Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1405/2025 07.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs1) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə (Maraqlı şəxs1) ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixində Neftçala rayonu, Kürkənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 3 nəfərdən ibarət aztəminatlı ailə qismində ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ailə tərkibi haqqında arayış təqdim olunması zərurəti yaranmışdır. Lakin, ərizəçinin övladı xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 ölümü qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadığından arayışda onun ölümü haqqında müvafiq qeydlər aparılmamışdır. Ərizəçi qeyd edir ki, Mayılova Yağmur doğulduqdan təxminən 5 ay sonra vəfat etdiyindən tibbi şəhadətnamə alınmamış hazırda isə sözügedən prosedurun icrası qeyrimümkün olduğundan həmin şəhadənamənin əldə olunması və ölümün dövlət qeydiyyatının inzibati icraat qaydalarında həyata keçirilməsi imkan xaricindədir. Belə olduğu halda iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlir. Ərizəçi Neftçala Rayon Mərkəzi Xəstəxanasına tibbi arayış almaq üçün müraciət edib oradan verilən 08 sentyabr 2025-ci il tarixli 665 nömrəli arayışda 17 avqust 2019cu ildə X2 ölümü barədə xəstəxana tərəfindən heç bir sənəd verilmədiyi qeyd edilib. Ərizəçi daha sonra Maraqlı şəxs1nə müraciət etsə də, ona verilən 03 sentyabr 2025-ci il tarixli 3-16-5/8-M- 541/2025 nömrəli məktubda ölüm faktını təsdiq edən həkim şəhadətnaməsinin müraciətinə əlavə edilmədiyini, verdiyi məlumatda ölüm haqqında şəhadətnamənin verilmədiyi və ölümün qeydiyyatının aparılmadığı bildirilərək ərizə ilə məhkəmə müraciət etməyim tövsiyə olunmuşdur. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Neftçala rayon Qeydiyyat X1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qızı X2 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Maraqlı şəxs1nə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. Maraqlı şəxs1 Neftçala Rayon Məhkəməsinə verdiyi arayışa əsasən X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonunda doğulmuşdur və 2019-cu il avqust ayının 17-də vəfat etmiş X6 barəsində Neftçala RMX-sı tərəfindən heç bir tibbi sənəd verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, ərizəçi onun bacısıdır. X2 leykoz xəstəliyindən əziyyət çəkdiyini bildirirərək, ərizəçinin uşağı İran İslam Respublikasına müalicə məqsədi ilə aparmaq istədiyini deyir, lakin uşağın ümumvətəndaş pasportunun müddəti bitdiyindən onlar passportun müddətinin bərpası üçün Kürkənd kəndinə geri qayıdıblar, həmin vaxt ərzində uşaq orada, yəni ərizəçinin anasının evində vəfat etmişdir və Kürkənd kəndində dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin qızı olmuşdur. X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qızının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin qızı xx.xx.2019-cu ildə Bakı şəhəri, Xətai rayonunda doğulmuş X2 17.08. 2019-cu il tarixində ölməsi ərizəçinin izahatı, şahidin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2019-cu il tarixində Neftçala rayonu Kürkənd kəndində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №e-2(053)-1405/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1405/2025
07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver