Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1552/2025 27.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Cavabdeh və "xxxx" MMC maraqlı şəxs qismində cəlb edilməklə) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesinin nəticəsində Ərizəçi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ******* saylı barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi və tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin ondan tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus “Kontakt Home” şirkəti ilə arasında xx.xx.2025-ci il tarixdə bağlanmış ********** nömrəli alqı-satqı müqaviləsinin predmenti olan “İPHONE 16 PRO MAX 256GB DESERT” modelli mobil cihaz Cavabdeh sərəncamına verilmiş və hazırda onun faktiki sahibliyindədir. Kəmalə müqavilə üzrə vaxtaşırı ödənişlərin icrasını tam həcmdə öhdəsinə götürmüş, bununla bağlı xx.xx.2025-ci il tarixdə Salyan 1 saylı Mediasiya təşkilatında ******* nömrəli barışıq sazişi bağlanmış və tərəflər tərəfindən imzalanaraq qüvvəyə minmişdir. Cari tarix üçün qüvvəyə mindiyi vaxtdan iki aydan artıq bir müddətin keçməsinə baxmayaraq qarşı tərəfə münasibətdə götürülən öhdəliklər icrasız qalmaqla pozulmuş, bu müddət ərzində kredit tarixçəsi zədələnmiş, eyni zamanda kreditorum qarşısında əlavə öhdəliklərim yaranmışdır. İddiaçı bildirir ki, maraqlı şəxsin barışıq sazişi üzrə götürdüyü öhdəliklərə dair məcburi icra mexanizminin formalaşdırılması zərurəti yaranmış və hesab edir ki, qeyd edilən xüsusatlar nəzərə alınmaqla Cavabdeh ilə arasında olan mediasiya prossesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, ******* nömrəli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi, həmçinin AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının barışıq sazişinin surətindən görünür ki, Cavabdeh sazişin 2-ci bəndində qeyd edilmişdir -Kontakt Home-dan alınmış ümumi məbləği 5010,96 azn olan Ərizəçi adına alınmış xx.xx.2025-ci il btarixli, ********** nömrəli müqavilə ilə rəsmiləşdirilmiş İPHONE 16 PRO MAX 256GB DESERT telefonunun avqust 2025-ci il tarixindən aylıq 181.29 azn-lik ödənişlərini Cavabdeh sona qədər ödəməyi öhdəsinə götürür. Bununla da ümumi məbləğ tam ödənildikdən sonra Ərizəçi telefonun Cavabdeh məxsus olacağənı bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* nömrəli barışıq sazişi ərizəçinin tələb etdiyi hissədə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq Ərizəçi ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 2-ci bəndi məzmunda təsdiq edilsin: Kontakt Home-dan alınmış ümumi məbləği 5010,96 azn olan Ərizəçi adına alınmış xx.xx.2025-ci il btarixli, ********** nömrəli müqavilə ilə rəsmiləşdirilmiş İPHONE 16 PRO MAX 256GB DESERT telefonunun avqust 2025-ci il tarixindən aylıq 181.29 azn-lik ödənişlərini Cavabdeh sona qədər ödəməyi öhdəsinə götürür. Bununla da ümumi məbləğ tam ödənildikdən sonra Ərizəçi telefonun Cavabdeh məxsus olacağını bildirir. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №e-2(053)-1552/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1552/2025
27.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver