Məhkəmə qərarları › İş №e-2(053)-1660/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1660/2025

09.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1660/2025 09.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (qızı) Nümayəndə Maraqlı şəxs1 müdiri X2 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs1) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə (Maraqlı şəxs1) ilə məhkəməyə müraciət edərək, mərhum övladı xx.xx.1982-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdə Neftçala şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğlu X5 xx.xx.1997-ci ildə vəfat etmiş və hazırda barəsində təyin olunmuş güzəştli şərtlərlə sosial təminat xərcliyinin dayandırılması fonunda aparılan inzibati icraat çərçivəsində onun ölüm şəhadətnaməsinin təqdim edilməsinə şərait yaranmışdır. Lakin mərhumun ölümü qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadığından sözügedən hüququn realizəsi mümkün olmamışdır. Belə ki, Hidayət Ələkbərov ev şəraitində vəfat etdiyindən bu barədə tibbi şəhadətnamə alınmamış, hazırda isə sözügedən prosedurun icrası qeyrimümkün olduğundan həmin şəhadəttnamənin əldə olunması və ölümün dövlət qeydiyyatının inzibati icraat qaydaları çərçivəsində həyata keçirilməsi imkan xaricindədir. Ərizəçi belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (qızı) Nümayəndə ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 müdiri X6 ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs1 Ərizəçi nümayəndəsi Nümayəndə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, oğlu X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Maraqlı şəxs1nə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan Vİİİ-JQ seriyalı 353869 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə Neftçala şəhərində doğulmuşdur. Ata qrafasında X7, ana qrafasında Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan X-JQ seriyalı 389957 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1985-ci il tarixdə Neftçala şəhərində doğulmuşdur. Ata qrafasında X7, ana qrafasında Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan İ-JQ seriyalı ******* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X1 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 112 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Ələkbərov , arvada Ələkbərova soyadı verilmişdir. Neftçala Rayon Mərkəzi Xəstəxanası" X16 tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli, məktuba əsasən xx.xx.1982-ci il tarixdə anadan olmuş və xx.xx.1997-ci ildə vəfat etmiş X3 ölümü ilə bağlı heç bir ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş qəbrin fotoşəkillərindən görünür ki, X5 1997-ci ilin dekabr ayında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, ərizəçi onun bibisidir. Hidayət onun bibisi oğludur. xx.xx.1997-ci ildə vəfat etmiş bibisi oğlu X3 ölməsi və dəfni zamanı orada olmamış, lakin dəfn olunduğu günün səhəri yas yerinə gəlib iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin oğlu olmuşdur. X5 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin oğlu xx.xx.1982-ci ildə Neftçala şəhərində doğulmuş X3 xx.xx.1997-ci il tarixində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə doğulmuş X3 xx.xx.1997-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar