Məhkəmə qərarları › İş №e-2(053)-1682/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1682/2025

23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1682/2025 23.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə (Maraqlı şəxs) ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə doğulmuş X2 xx.xx.2025-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 ilə 06 oktyabr 1983-cü il tarixində İİİ-JQ 309937 nömrəli şəhadətnamə ilə nikaha daxil olmuşdur. Yoldaşı xx.xx.2025-ci il tarixində özünü yaxşı hiss etmədiyinə görə xəstəxanaya yerləşdirilib. Psixi pozuntuları olduğuna görə xəstəxanada qalmaqdan qorxduğu üçün müalicəsini evdə davam etdirmək məcburiyyətində qalmışlar. 14 sentyabr 2025-ci ildə vəziyyəti ağırlaşmış, Təcili Yardım çağırmasına baxmayaraq mərhum faktiki olaraq yaşadıqları Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Xankəndi küçəsi, 3-cü döngə, ev 6 ünvanında yerləşən evdə vəfat etmişdir. Bu barədə ünvan 1rdım briqadasının həkimləri tərəfindən xx.xx.2025-ci il tarixli 03/07 nömrəli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. Ərizəçi mərhum həyat yoldaşının ölümü haqqında şəhadətnamə alınması məqsədi ilə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmişdir. 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından ona təqdim olunmuş xx.xx.2025-ci il tarixli 18-1-1-61/2-C-20-42-7/2025 nömrəli cavab məktubunda bildirilir ki, xx.xx.1957ci ildə doğulmuş X4 bu günə kimi müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verə bilmirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 sentyabr 2025-ci il tarixli Respublika Təcili və X3 Mərkəzi “PHŞ” “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”nin surətindən görünür ki xəstə X2 ölüm səbəbi kimi “həkimə qədər ölüm” qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞnin 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1-1-61/2-C-20-42-7/2025 nömrəli cavab məktubunda bildirilir ki, xx.xx.1957-ci ildə doğulmuş X4 bu günə kimi müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verə bilmirlər. İş materiallarında olan İİİ-JQ 309937 nömrəli nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasında 06 oktyabr 1983-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 39 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 13419284 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1957-ci il tarixdə Salyan rayonu, Boranıkənd kəndində doğulmuşdur. İş materiallarında olan Qaçaqkənd kənd İƏÜDN tərəfindən 06 yanvar 2026-cı il tarixində 03 nömrə ilə verilmiş arayışa əsasən X4 xx.xx.2025-ci il tarixdə Qaçaqkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş qəbir daşı fotolarından da görünür ki, X4 xx.xx.1957-ci ildə doğulmuuş, xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, ərizəçi əmisi qızının yoldaşıdır. Familə onun əmisi qızıdır. O əmisi qızının dəfnində və yas mərasimində iştirak etdiyini, əmisi qızı Familənin ölüm yeri Bakı şəhəri, Sabunçu rayonu olsa da onu Neftçala rayonu, Qaçaqkənd kənd qəbiristanlığında dəfn etdiklərini bildirir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin arvadı olmuşdur. X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin arvadının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə arvadının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin arvadı xx.xx.1957-ci ildə Salyan rayonu Boranıkənd kəndində doğulmuş X2 xx.xx.2025-ci il tarixində ünvan 2 ünvanında ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci ildə Salyan rayonu Boranıkənd kəndində doğulmuş X2 xx.xx.2025-ci il tarixində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar