Məhkəmə qərarları › İş №e-2(053)-252/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-252/2025

06.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-252/2025 06.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə arasında bağlanmış 27 sentyabr 2024-cü il tarixli, ******* №-li Barışıq sazişinin təsdiq edilməsi və tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları – 30 aprel 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Neftçala Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(053)-502/2021 №-li qətnaməsi ilə nəzərdə tutulmuş alimentin 180 (yüz səksən) manat həcmində artırılaraq maraqlı şəxsin vəsaitindən xeyrinə ödənilməsinə dair razılıq əldə olunmuş, bu barədə aralarında xx.xx.2024-cü il tarixli, ******* №-li Barışıq sazişi bağlanmışdır. Saziş elə həmin tarixdə də imzalanmış və qüvvəyə minmişdir. Bundan əlavə, alimentin artırılmış məbləğdə ödənilməsinin icra üsulu da müəyyən edilmişdir. Belə ki, saziş maraqlı şəxsin əmək haqqından vaxtaşırı tutulmaların aparılması yolu ilə icra edilməsi üçün onun iş yerinə göndərilməlidir. Lakin məhkəmə tərəfindən təsdiq edilmədiyi müddətcə sazişin sözügedən üsulla icrası qeyri-mümkündür. Beləliklə, maraqlı şəxsin Barışıq sazişi üzrə götürdüyü öhdəliklərə dair məcburi icra mexanizminin formalaşdırılması zərurəti yaranmış və hesab edir ki, qeyd edilən xüsusatlar nəzərə alınmaqla Cavabdeh ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, ******* №-li Barışıq sazişi təsdiq edilməlidir. Ərizəçi məhkəməyə ərizə göndərərək Bakı şəhərində yaşadığı üçün 06 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, qeyd etdiklərinin nəzərə alınmaqla ərizənin təmin edilməsini xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs Cavabdeh iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq sazişi məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə Barışıq sazişi bağlamışlar: 1.1 Qarşılıqlı razılığa əsasən birgə nikahdan anadan olmuş 30.04. 2013-cü il təvəllüdlü X1 üçün Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(053)-502/2021 saylı qətnaməsi qətnaməsi ilə hər ay uşağa 110 (yüz on) manat olmaqla tutulmuş alimentin miqdarı hər ay 180 (bir yüz səksən) manat artırılır. 1.2 Alimentin artırılmış məbləğdə ödənilməsi 2024-cü ilin oktyabr ayından başlayaraq verilməsini Cavabdeh iş yeri “Azəriqaz” X6 X8 İdarəsinin Neftçala qaz istismar sahəsinə təqdim etməyi təmin edəcəkdir. AA seriyalı, ******* nömrəli şəxiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin məlumatlarının elektron sorğulanması haqqında çıxarışdan görünür ki, X5 30 aprel 2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Cavabdeh birgə nikah münasibətlərindən bir uşaq – 30 aprel 2013-cü il təvəllüdlü Sevinc adlı uşaqları doğulmuşdur. xx.xx.2024-cü il tarixdə Ərizəçi və Cavabdeh arasında keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında Barışıq sazişi imzalanmış, sazişin 1.1-ci bəndinin şərtinə görə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-502/2021 saylı qətnaməsi ilə hər ay uşağa 110 (yüz on) manat olmaqla tutulmuş alimentin miqdarının hər ay 180 (bir yüz səksən) manat artırılmasını, sazişin 1.2-ci bəndinin şərtinə görə alimentin artırılmış məbləğdə ödənilməsi 2024-cü ilin oktyabr ayından başlayaraq verilməsini Cavabdeh iş yeri “Azəriqaz” X6 X8 İdarəsinin Neftçala qaz istismar sahəsinə təqdim etməyi Cavabdeh öhdəsinə götürmüşdür. Daha sonra, Barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi Əskərova X2 məcburi icrası üçün Barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış Barışıq sazişi ilə bağlı qeyd olunan bəndlər qarşılıqlı razılıq əsasında həll edilməmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin 2.1, 2.2 və 2.4-cü maddələrinin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə Barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bu baxımdan məhkəmə Barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 (on) gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və Barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə Barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər Barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) Barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi barışıq şərlərinin 1.1 və 1.2-ci bəndlərinə əsasən təmin - qarşılıqlı razılığa əsasən birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-502/2021 saylı qətnaməsi ilə hər ay uşağa 110 (yüz on) manat olmaqla tutulmuş alimentin miqdarı hər ay 180 (bir yüz səksən) manat artırılması və alimentin artırılmış məbləğdə ödənilməsi 2024-cü ilin oktyabr ayından başlayaraq verilməsini Cavabdeh iş yeri “Azəriqaz” X6 X8 İdarəsinin Neftçala qaz istismar sahəsinə təqdim etməyi təmin edəcəyini öhdəsinə götürməsi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi – aşağıdakı şərtlərə əsasən təsdiq edilsin: “1.1 Qarşılıqlı razılığa əsasən Birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-502/2021 saylı qətnaməsi ilə hər ay uşağa 110 (yüz on) manat olmaqla tutulmuş alimentin miqdarı hər ay 180 (bir yüz səksən) manat artırılır. 1.2 Alimentin artırılmış məbləğdə ödənilməsi 2024-cü ilin oktyabr ayından başlayaraq verilməsini Cavabdeh iş yeri “Azəriqaz” X6 X8 idarəsinin Neftçala Qaz istismar sahəsinə təqdim etməyi təmin edəcəkdir”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar