Məhkəmə qərarları › İş №e-2(054)-170/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-170/2023

06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-170/2023 06.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 4105 manat dəyərində geyim əşyaları və ya onların dəyərinin, 62 manat dövlət rüsumunun cavabdehdən alınması tələbinə dair işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 4105 manat dəyərində geyim əşyaları və ya onların dəyərinin, 62 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi ərizəni araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı 4105 manat dəyərində geyim əşyaları və ya onların dəyərinin, 62 manat dövlət rüsumunun cavabdehdən alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 62 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar