Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-56/2022 01.07.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz tələblərini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildə X8 ilə rəsmi nikaha daxil olmuşdur. Onalrın birgə nikahından xx.xx.1997-ci il tarixdə X9 adlı bir uşaqları anadan olmuşdur. X2 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Hazırda mübahisə olunan ünvan 3 ünvanında yerləşən, sahəsi 59.3 kv.metr olan ev mərhum ərinin şəxsi mülkiyyətində olmuşdur. Əri vəfat etdikdən sonra o, ərindən miras qalmış evi və torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyəndə ərinin qardaşı, yəni hazırki iş üzrə Cavabdeh və anası ona bildirmişlər ki, oğlu Ruslan yetkinlik yaşına çatanadək miras əmlak hesab olunan ev heç kimin adına rəsmiləşdirilməsin, Ruslan yetkinlik yaşına çatdıqdan sonra ev onun adına rəsmiləşdirilər. O da gələcəkdə miras evin oğlunun adına rəsmiləşdiriləcəyinə inandığı üçün buna razılıq vermişdir. 2021-ci ilin yay aylarında miras əmlakla bağlı Qəbələ “ASAN Xidmət” Mərkəzinə müraciət edərkən ona bildirmişlər ki, müvafiq sorğulara cavab alındıqdan sonra vərəsəlik şəhadətnaməsi verilə bilər. Təxminən, 1 ay sonra Qəbələ “ASAN Xidmət” Mərkəzinə dəvət olunmuş və həmin vaxt ona bildirilmişdir ki, onun adına artıq vərəsəlik şəhadətnaməsi verilmişdir və o, həmin sənədləri Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinə təqdim edərək evə dair Çıxarış sənədi ala bilər. O, Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinə müraciət edən zaman isə məlum olmuşdur ki, cavabdeh onun xəbəri olmadan evi öz adına rəsmiləşdirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət etmiş, həmin orqandan ona verilən sənədlərdən məlum olmuşdur ki, cavabdeh onun xx.xx.2000-ci il tarixdə Oğuz rayon Notariat X1 verdiyi etibarnamədən istifadə edərək xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuşdur. O, yalnız mərhum ərindən qalmış avtomobilin satılması ilə bağlı etibarnamə vermişdir. X7 isə tanımır, həmin şəxsə hər hansı etibarnamə və tapşırıq verməmişdir. O, ümumiyyətlə ərindən qalan miras əmlakla bağlı notariat orqanına müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Belə ki, mərhum ərinin anası və hazırki iş üzrə cavabdehlə aralarında olan razılaşmaya əsasən oğlu Ruslan 18 yaşına çatanadək heç buna ehtiyac olmamalı idi. Cavabdeh həmin etibarnaməni ondan mərhum ərindən miras qalmış avtomobilin satılması üçün istəyib almışdır. Onun mərhum ərindən miras qalmış, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini satmaq fikri olmamışdır. Həmin əsaslara görə hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və qeyd olunan evin hüquqi statusu əvvəlki vəziyyətinə qaytarılmalıdır. Ona görə də o, hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, Oğuz şəhərindəki evdə yaşamaq istəmədiyi üçün onların Rusiya Federasiyasındakı evi satıldıqdan sonra mərhum ərinin dayısı Bakı şəhərindəki evi almışdır. Cavabdeh ona mərhum ərinin adına Rusiya Federasiyasının Surqut şəhərində minik avtomobili qaldığını bildirmiş, o da həmin işlə bağlı Rusiya Federasiyasında yaşayan şəxsə etibarnamə vermişdir. Avtomobillə bağlı etibarnamə verdiyi şəxsin adı Ramazan olmuş, soyadı və digər məlumatları isə hazırda xatırlamır. Oğuz şəhərindəki evin satılması ilə bağlı onun yanımda heç vaxt danışıq və ya razılaşma olmamışdır. O, həmin evin mərhum ərinin adına olduğunu bilmiş, ancaq evin onun öz adına necə rəsmiləşdirildiyindən və satıldığından xəbəri olmamışdır. O, Kamal Yusifov adlı şəxsi görməmiş, ona etibarnamə verməmiş, həmin şəxsə etibarnamə əsasında konkret olaraq hər hansı işi görməyi, notariat əməliyyatını həyata keçirməyi şəxsən tapşırmamışdır. Onun oğlu Ruslan 1997ci ildə anadan olmaqla, 2015-ci ildə 18 yaşı tamam olmuş və yetkinlik yaşına çatmışdır. Ancaq anasının vəfat etməsi, həmçinin, digər ailə qayğıları və problemləri səbəbindən oğlunun 18 yaşı tamam olduqdan dərhal sonra sənədləşmə işlərinə başlaya bilməmişdir. Qeyd olunan əsaslara görə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının məhkəmə prosesinin əvvəlki mərhələsində iştirak edən etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin, eyni zamanda, iddiaçının izahatının məzmununa uyğun izahat verməklə göstərdi ki, 2000-ci ildə miras əmlaka dair vərəsəlik işi açılması zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, həmin vaxt iddiaçının oğlu Ruslan Mabudov azyaşlı olmuş, lakin, onun adına miras payı ayrılması və həmin payın hansı qaydada satılması, qeyd olunan əməliyyatlar aparılarkən qəyyumluq və himayəçilik orqanının müvafiq rəyinin alınıb-alınmaması məsələləri araşdırılmamışdır. Eyni gündə həm alqı-satqı müqaviləsi bağlanmış, həm də evə dair Qeydiyyat vəsiqəsi alınmışdır. İddiaçının oğlu 1997-ci ildə anadan olmuş, iddiaçı isə oğlu yetkinlik yaşına çatanadək miras evlə bağlı hər hansı bir əməliyyat aparılması üçün müraciət etmədən onun yetkinlik yaşına çatmasını gözləmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı onun mərhum qardaşı Habil Mabudovu arvadı olmuşdur. X13 1996-cı ildə Rusiyadan Azərbaycana gəlmiş və oğlu Samir üçün Oğuz şəhərindən ev almışlar. Həmin vaxt Samirin hələ 18 yaşı tamam olmadığına görə evi öz qardaşı Habil Mabudovun adına rəsmiləşdirmişlər. Qeyd olunan ev hazırki iddia tələbində göstərilən, ünvan 1 ünvanında yerləşən evdir. Belə ki, həmin ev qardaşı Habilin adına rəsmiləşdirilsə də, faktiki olaraq ev qardaşına məxsus olmamışdır. Bunun əksinə, mərhum qardaşı Habilin Rusiya Federasiyasında faktiki olaraq evi olmasına baxmayaraq, həmin ev isə Habilin adına rəsmiləşdirilməmişdir. 1998-ci ildə qardaşı Habil vəfat etmişdir. Habilin vəfatından sonra onun Rusiya Federasiyasındakı evi satılmış və əldə olunmuş vəsaitlə onun ailəsinə ev almaq qərarına gəlmişlər. X14 şəhərində Habilin adına aldığı ev iddiaçıya təklif olunsa da, İddiaçı, yəni hazırki iş üzrə iddiaçı Oğuz şəhərindəki evi istəmədiyi, ona Bakı şəhərindən ev alınmasını təkidlə istədiyi üçün iddiaçıya Bakı şəhərindən ev alınmışdır. Həmin evin rəsmiləşdirilməsi ilə əlaqədar xərcləri də o özü ödəmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə onun qohumu X6 etibarnamə verərək ünvan 3 ünvanında yerləşən evdən istifadə etməyi, evi satmağı və sair hüquqları ona etibar etmişdir. Həmin vaxtlarda iddiaçı Bakı şəhərində işlədiyinə və Oğuz rayonuna tez-tez gəlib-getmək imkanları olmadığına görə həmin etibarnamə də məhz qeyd olunan sənədləşmə işləri ilə bağlı vermişdir. Qardaşı Habilin dəfn mərasimindən bir müddət sonra X13 demişdir ki, öz bacısı oğlu Sahil İsmayılova, yəni onun xalası ogluna pul borclu olduğu üçün Oğuz şəhərində oğlu Samir üçün aldığı evi borcun əvəzində Sahilə vermişdir. Onun özünün də Oğuz şəhərində evi olmuş və onlar Sahil ilə razılaşmışlar ki, evləri dəyişsinlər. İddiaçının verdiyi etibarnamə əsasında ünvan 3 ünvanında yerləşən evə dair onunla iddiaçı arasında xx.xx.2002-ci il tarixli alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə satıcı qismində iddiaçının adından etibarnamə əsasında X10 imza etmişdir. Etibarnamə veriləndə və alqı-satqı müqaviləsi bağlananda bütün məsələlər tərəflərin razılığı ilə həyata keçirilmişdir. Mübahisə predmetinə olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi qanuni əsaslarla tərtib edilmişdir. Həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı əsas yoxdur. Ona görə də iddiaçının ona qarşı olan hazırki iddia tələbini tamamilə əsassız hesab edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, iddiaçının mərhum əri Habil Mabudov və hazırki iş üzrə Cavabdeh onun arvadının qardaşlarıdırlar. İddiaçı onun adına verdiyi etibarnamə əsasında ünvan 3 ünvanında yerləşən evə dair Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə satıcı qismində İddiaçı adından etibarnamə əsasında o özü imza etmişdir. Onun adına etibarnamə verilən vaxtlarda İddiaçı Bakı şəhərində yaşayırdı və bildiyinə görə etibarnaməni də Bakı şəhərindən vermişdir. Belə ki, həmin etibarnaməni ona Cavabdeh təqdim etmişdir. İddiaçı onun adına etibarnamə verərkən o, İddiaçı görməmiş və İddiaçı ona etibarnamə əsasında konkret olaraq hər hansı işi görməyi, notariat əməliyyatını həyata keçirməyi şəxsən tapşırmamışdır. Ancaq o, ailənin yaxın adamı kimi həmin evin Cavabdeh adına rəsmiləşdirilməsinə ümumi razılığın olduğunu bilmişdir. Bundan sonra onlar notariat orqanına gedib həmin frdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlamışlar. Fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində alıcı tərəfindən ona hər hansı məbləğ ödənilməmiş, o da İddiaçı evin alqı-satqısına görə hər hansı məbləğ verməmişdir. İddiaçı özünə məxsus olan, ünvan 3 ünvanında yerləşən evə dair X6 etibarnamə vermədiyini və ona belə bir müqavilənin bağlanması üçün tapşırıq vermədiyini bildirmiş, xx.xx.2000-ci il tarixli etibarnamədə “İddiaçı” sözlərinin qarşısında olan imzanın kim tərəfindən icra edildiyini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəsatəti əsasında iş materiallarında olan xx.xx.2000-ci il tarixli etibarnamədə “İddiaçı” sözlərinin, həmin sözlərin qarşısında olan imzanın kim tərəfindən icra edildiyini, həmin imzanın İddiaçı tərəfindən qəsdən dəyişdirilməklə təhrif olunmuş şəkildə icra edilib-edilmədiyini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/518 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adından verilmiş xx.xx.2000-ci il tarixli etibarnamədə “İddiaçı” sözləri, həmin sözlərin qarşısında olan imza İddiaçı tərəfindən icra edilmişdir. Həmin imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri aşkar edilməmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir). İddiaçı iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilən sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəmə prosesinin sonrakı mərhələsində onu təmsil edən etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasının iddiaçının iştirakı olmadan davam etdirilməsini və məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan davam etdirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçının məhkəmə prosesinin sonrakı mərhələsində onu təmsil edən nümayəndəsi və vəkili Nümayəndə2 iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilən növbəti məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilən növbəti məhkəmə iclasında verdiyi izahatında da iddia tələbini qəbul etmədiyini bildirdi və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Notariat Ofisi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə göndərilən müraciətlərdə iş yükünün çoxluğunu nəzərə alaraq işə nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının üçüncü şəxs B Oğuz rayon Notariat Ofisi nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş, xx.xx.1996-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surəti, xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surəti, xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surəti, xx.xx.2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, 2587 reyestr nömrəli Qeydiyyat vəsiqəsi, xx.xx.2000-ci il tarixli etibarnamə, xx.xx.2002ci il tarixli alqı-satqı müqaviləsinin surəti, 2271 reyestr nömrəli Qeydiyyat vəsiqəsi, xx.xx.2012-ci il tarixli A 400249 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti və xx.xx.2021-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, iddiaçı hazırki iş üzrə cavabdehin mərhum qardaşı X3 arvadı olmuşdur. Onların birgə nikahından xx.xx.1997ci il tarixdə X9 adlı bir uşaqları olmuşdur. X8 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ondan miras qalan, ünvan 1 ünvanında yerləşən evə dair xx.xx.2000-ci il tarixdə hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına birinci növbədə vərəsələr kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vəsiyyətnamə əsasında həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə iddiaçı və onun övladı X4 adına rəsmiləşdirilmişdir. xx.xx.2000-ci il tarixdə iddiaçının adından X6 etibarnamə verilərək ünvan 3 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən ev cavabdehə satılmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından X10 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə hazırki iş üzrə cavabdehin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi ünvan 3 ünvanında yerləşən evə dair X6 etibarnamə vermədiyini və ona belə bir müqavilənin bağlanması üçün tapşırıq vermədiyini bildirir. Cavabdeh ona qarşı olan iddia tələbini qəbul etmir, qeyd olunan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin qanuni əsaslarla tərtib edildiyini, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı əsas olmadığını bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq evin satılması ilə bağlı iddiaçının öz iradə ifadəsi olaraq verdiyi xx.xx.2000-ci il tarixli etibarnaməyə istinad edir. Üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyinə görə həmin tərəfin iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi satıcı qismində iddiaçının adından onun verdiyi xx.xx.2000-ci il tarixli etibarnamə əsasında imzalanmışdır. Məhkəmə iddiaçının iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməzdən əvvəl iştirak etdiyi məhkəmə prosesində verdiyi izahatda göstərdiyi, X7 tanımadığı, həmin şəxsə hər hansı etibarnamə və tapşırıq vermədiyi, ümumiyyətlə, evi satmaq fikrində olmadığı barədə xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusatlar cavabdehin dəlilləri ilə yanaşı, məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə təkzib edilmiş, yəni xx.xx.2000-ci il tarixli etibarnamədə olan yazıların və imzanın məhz iddiaçının özü tərəfindən icra edildiyi təsdiq edilmişdir. Eyni zamanda, iddiaçı yalnız mərhum ərindən qalmış avtomobilin satılması ilə bağlı etibarnamə verdiyini, cavabdehin həmin etibarnaməni ondan qeyd olunan avtomobilin satılması üçün istəyib aldığını, ümumiyyətlə, onun ərindən miras qalan evi satmaq niyyətində olmadığını, mərhum ərinin anası və hazırki iş üzrə cavabdehlə aralarında olan razılaşmaya əsasən həmin şəxslərin onun oğlu Ruslan 18 yaşına çatanda evin onun adına rəsmiləşdiriləcəyini vəd etdiklərini iddia etsə də, bunu sübut edə bilməmişdir. Məhkəməyə təqdim edilən və məhz iddiaçı tərəfindən imzalanmış olduğu sübuta yetirilən etibarnamədə isə etibarnamənin konkret olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sərəncam verilməsi (o cümlədən evin satılması) məqsədi ilə verildiyi müəyyən olunur. Ona görə də məhkəmə iddiaçının iddia tələbində və izahatında göstərdiyi xüsusatlara tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evindən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi ilə əlaqədar 2020-ci ildə digər şəxsə etibarnamə verməsi, o vaxtdan indiyədək keçən 22 ilə yaxın müddət ərzində qeyd olunan etibarnaməni, həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsini və etibarnamənin doğurduğu digər nəticələri, habelə, evin cavabdehin mülkiyyətində və faktiki sahibliyində olmasını mübahisələndirməməsi də onun etibarnamə verilən vaxtda həmin evin satılmasına razı olduğunu deməyə əsas verir. Hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. İddiaçı isə hazırki iddiasında mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi, iddiaçı onun adına etibarnamə verərkən onun iddiaçını görmədiyi və iddiaçı ona etibarnamə əsasında konkret olaraq hər hansı işi görməyi, notariat əməliyyatını həyata keçirməyi şəxsən tapşırmadığı, həmin etibarnaməni ona cavabdehin təqdim etdiyi barədə xüsusatları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1 və 362.1-ci maddələrinin tələbləri baxımından həmin etibarnamə əsasında bağlanmış əqdin etibarlılığının şübhə altına alınması üçün əsas hesab etmir. Evin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində alıcı tərəfindən iddiaçını etibarnamə ilə təmsil edən şəxsə hər hansı məbləğ ödənilməməsi və həmin şəxsin də iddiaçıya evin alqı-satqısına görə hər hansı məbləğ verməməsi isə hazırki iş üzrə mübahisə predmetinə aid olmayıb, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına əsas deyildir. Məhkəmə tərəflərin dəlillərinə məcmu halında işin faktiki halları və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı əsaslar mövcud olmadığına görə məhkəmə iddia tələbinin ünvan 3 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mübahisə predmetinə aid olan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissəsinin əsası kimi də alqı-satqı müqaviləsinin etibarsızlığına istinad etmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından və iddia tələbinin həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı hissəsinin də heç bir hüquqi əsası yoxdur. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılmasına dair hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğinin onun özünə aid edilməsini qanunauyğun hesab edir. İş üzrə ekspertiza iddiaçının vəsatəti əsasında təyin edildiyindən və ekspertizaya təqdim edilmiş sənədin (etibarnamə) məhz onun tərəfindən imzalandığı sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olan 138 manat məbləğ də iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi təmin edilməsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği İddiaçı aid edilsin. İş üzrə cəmi 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-56/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-56/2022
01.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver