Məhkəmə qərarları › İş №e-2(055)-104/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-104/2024

07.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-104/2024 07.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlakın cavabdehə aid hissədə geri qaytarılması tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlakın cavabdehə aid hissədə geri qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Göstərilən mülki işin məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilib iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı:

1. İddiaçı cavabdeh X1 qarşı çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlakın cavabdehə aid hissədə geri qaytarılması tələbinə dair iddia ərizəsi iddia ərizəsi baxılmamış saxlanılsın.

2. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50(əlli) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın.

3. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar