Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-1248/2023 06.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin geri qaytarılması haqqında) Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus, qanuni əsaslarla ata mülkiyyətindən miras qalan, Saatlı Rayounu, Məmmədabad kəndində yerləşən torpaq sahəsi 0.2002 ha, yaşayış hissəsi 96.5 kv.m olan yaşayış evinə cavabdehə aid olan hissədə bağlanmış hər hansı əqdin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və daşınmaz əmlakın cavabdehə aid hissədə ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı iddia ərizəsində ona məxsus, qanuni əsaslarla ata mülkiyyətindən miras qalan, Saatlı Rayounu, Məmmədabad kəndində yerləşən torpaq sahəsi 0.2002 ha, yaşayış hissəsi 96.5 kv.m olan yaşayış evinə cavabdehə aid olan hissədə bağlanmış hər hansı əqdin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və daşınmaz əmlakın cavabdehə aid hissədə ona geri qaytarılmasını xahiş etsə də, məhz hansı əqdin və hansı qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini aydın və konkret şəkildə ifadə etməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: 1.İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.