Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1362/2024 25.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 750 manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 18 oktyabr 2018-ci il tarixdən 18 oktyabr 2019-cu il tarixədək PAT********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Cavabdeh 10 iyul 2019-cu ildə idarə etdiyi “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən yolnəqliyyat hadisəsi törətmişdir, nəticədə X4 yüngül dərəcədə xəsarət almışdır. İş materiallarına əlavə edilmiş 070915 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə zamanı “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığortalı olmuşdur.İş materiallarına əlavə edilmiş 8556 saylı ödəniş tapşırığından görünür ki, X1 dəymiş yüngül dərəcədə xəsarətlə bağlı X3 750 manat sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-64/2020 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, Cavabdeh talama məqsədi olmadan “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmiş, daha sonra sürücülük vəsiqəsi olmadan həmin nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsini törətmişdir. Ona görə də, Cavabdeh ümumilkdə 750 manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” 23 iyul 2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 10 iyul 2019-cu ildə idarə etdiyi “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Səbail rayonu, Z.Yusifzadə küçəsi ilə Q.Abbasov küçəsinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X3 xəsarət yetirmişdir. İşdə olan Bakı şəhər Səbail rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 1(009)- 64/2020 saylı hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2019cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.. İşdə olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 070915 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində PAT********** saylı sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil 18 oktyabr 2018-ci il tarixdən 18 oktyabr 2019-cu il tarixədək icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh 10 iyul 2019-cu ildə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən Bakı şəhəri, Səbail rayonu, Z.Yusifzadə küçəsi ilə Q.Abbasov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 xəsarət yetirmişdir. İşdə olan 29 avqust 2019-cu il tarixli 8556 saylı ödəniş tapşırığından görünür ki, X1 dəymiş yüngül dərəcədə xəsarətlə bağlı X3 750 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin araşdırılan hallaraı ilə müəyyən olundu ki, “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 18 oktyabr 2018-ci il tarixdən 18 oktyabr 2019-cu il tarixədək PAT********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Cavabdeh 10 iyul 2019-cu ildə idarə etdiyi “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmişdir, nəticədə X4 yüngül dərəcədə xəsarət almışdır. İş materiallarına əlavə edilmiş 070915 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə zamanı “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığortalı olmuşdur.İş materiallarına əlavə edilmiş 8556 saylı ödəniş tapşırığından görünür ki, X1 dəymiş yüngül dərəcədə xəsarətlə bağlı X3 750 manat sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-64/2020 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, Cavabdeh talama məqsədi olmadan “Hyundai Santafe” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmiş, daha sonra sürücülük vəsiqəsi olmadan həmin nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsini törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhər Səbail rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 1(009)-64/2020 saylı hökmü ilə təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı subroqasiya hüququ əsasında cavabdehdən 750 manat məbləğində sığorta ödənişini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 750 manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 750 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 780(yeddi yüz səksən) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1362/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1362/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver