Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1596/2025 23.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.2054 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və onun həmin torpaq sahəsindən çıxarılmsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”-la (reyestr nömrəsi: **********54, qeydiyyat nömrəsi: **********), onun və ailə üzvlərinin mülkiyyətinə 1.2054 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 1.2054 hektar torpaq sahəsini Cavabdeh uzun müddətdir ki zəbt edib və qanunsuz istifadə edir. Cavabdehlə dəfələrlə əlaqə saxlayaraq ailə üzvlərinə məxsus torpaq sahəsinin boşaltmasını xahiş etmiş, lakin Cavabdeh torpaq sahəsindən qanunsuz istifadəni dayandırmır. Cavabdeh ona və ailə üzvlərinə aid torpaq sahəsini qaytarmayacağını bildirir. Odur ki, hüquqlarının bərpası üçün, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.2054 hektar torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2007-ci ildə iddiaçı Elçinin atası İsmayıl ilə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin vaxtı Bələdiyyə və icra nümayəndəsidə iştirak etmişdir. İddiaçının atası evinə gələrək pulla ehtiyacı olduğunu və torpaq sahəsini satığını bildirmişdir. O, da həmin torpaq sahəsini 6000 manata iddiaçının atası İsmayıldan almışdır. Həmin vaxtdan da torpaq sahəsini o, istifadə edir. Odur ki iddianın rədd olunmasını xahiş edir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan (reyestr nömrəsi: **********54, qeydiyyat nömrəsi: **********) görünür ki, Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1.2054 hektar torpaq sahəsi İddiaçı, X2, X5, X3, X4 və X1 ümumi birgə mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılm İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla (reyestr nömrəsi: **********54, qeydiyyat nömrəsi: **********) Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1.2054 hektar torpaq sahəsi İddiaçı, X2, X5, X3, X4 və X1 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi hazırda Cavabdeh tərəfindən qanunsuz istifadə olunur. Cavabdeh isə, İddiaçı və onun digər ailə üzvlərinin mülkiyyətində olan 1.2054 hektar torpaq sahəsini İddiaçın atası İsmayldan 6000 manat müqabilində birdəfəlik almasını göstərmişdir. Məhkəmə cavabdehin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti 1.2054 ha torpaq sahəsi hazırda iddiaçı və ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsidir. İddiaçının tələbi qanuni olduğundan onun tələbi məhkəmə qaydasında müdafiə olunmalı və iddia təmin edilməlidir. Cavabdehə isə izah olunur ki, torpaq sahəsinin alınmasına görə verdiyi pulu mərhum İsmayıl Mövludovun vərəsələrindən tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Bu halda da ilkin iddia üzrə iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla (reyestr nömrəsi: **********54, qeydiyyat nömrəsi: **********) İddiaçı, X2, X5, X3, X4 və X1 ümumi birgə mülkyyətinə verilmiş Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1.2054 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və o həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 13 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla (reyestr nömrəsi: **********54, qeydiyyat nömrəsi: **********) İddiaçı, X2, X5, X3, X4 və X1 ümumi birgə mülkyyətinə verilmiş Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1.2054 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və o həmin torpaq sahəsindən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1596/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1596/2025
23.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver