Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-291/2024 23.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya hüquqi ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə Cavabdeh 116.40 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun, cəmi 146.80 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 19 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi “İveco” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “KİA Pride” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsinə görə DYP tərəfindən tərtib olunan 20 sentyabr 2021-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarı ilə məlum olmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verərkən “İveco” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi saxlama qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsinə əsasən “KİA Pride” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər çəkən X2 5236.40 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh idarə etdiyi avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalandığı üçün dəymiş zərərin 5000 manat hissəsi əvəzlənmiş, qalan 236.40 manat hissə isə Cavabdeh tərəfindən ödənilməli olsa da, cavabdeh tərəfindən 120 manat ödəniş həyata keçirilmiş, qalan 116.40 manat isə cavabdeh tərəfindən bugünədək də ödənilməmişdir. Ona görə də, Cavabdeh 116.40 manat sığorta ödənişinin, 30.40 manat ödənilmiş dövlət rüsumunun, cəmi 146.80 manat pulun alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətina ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X2 məxsus “KİA Pride” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı Cavabdeh məxsus “İveco” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 19 sentyabr 2021-ci il tarixdə “İveco” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan yol-nəqliyyat hadisəsinə dair ərizədən, nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Cavabdeh 19 sentyabr 2021-ci il tarixdə “İveco” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “KİA Pride” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. İşdə olan əmlaka dair qiymətləndirmə aktından görünür ki, zədələnmiş “KİA Pride” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün tələb olunan ümumi xərc cəmi 5486.40 manat təşkil edir. İşdə olan 08 oktyabr 2021-ci il tarixli sığorta aktından görünür ki, Cavabdeh məxsus “İveco” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığorta şəhadətnaməsi əsasında sığortalamışdır. 19 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində “İveco” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “KİA Pride” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuş və nəticədə zərərçəkmiş şəxsə 5486.40 manat məbləğində ziyan dəymişdir. İşdə olan Sabunçu rayon X5 Şöbəsinin 20 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 19 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində “İveco” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 5236.40 manat sığorta ödənişi köçürülmüşdür. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, 19 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi “İveco” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “KİA Pride” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsinə görə DYP tərəfindən tərtib olunan 20 sentyabr 2021-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarı ilə məlum olmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verərkən “İveco” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi saxlama qaydalarınıpozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsinə əsasən “KİA Pride” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər çəkən X2 5236.40 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh idarə etdiyi avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalandığı üçün dəymiş zərərin 5000 manat hissəsi əvəzlənmiş, qalan 236.40 manat hissə isə Cavabdeh tərəfindən ödənilməli olsa da, cavabdeh tərəfindən 120 manat ödəniş həyata keçirilmiş, qalan 116.40 manat isə cavabdeh tərəfindən bugünədək də ödənilməmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığını əsas tutaraq Cavabdeh 116.40 manat məbləğində qalan sığorta ödənişini tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ödədiyi 116.40 manat qalan sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 116.40 manat sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 116(bir yüz on altı) manat 40(qırx) qəpik sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətina ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat 40(qırx) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-291/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-291/2024
23.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver