Məhkəmə qərarları › İş №e-2(055)-452/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-452/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-452/2024 01.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 100 manat pulun, 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 25 yanvar 2023-cü il tarixdə X1 idarə etdiyi “QAZ 33021” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş hadisədə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində könüllü sığorta növü üzrə sığortalı olan “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Lakin “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı isə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olmuşdur. Məlum olmuşdur ki, “QAZ 33021” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortaçısı olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 333,10 manat məbləğində sığorta ödənişi edilmişdir. Beləliklə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödəniş edilməsinə baxmayaraq, o icbari sığortadan aldığı ödənişlə yanaşı, həm də İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən, yəni könüllü sığortadan ödəniş almış və əsassız olaraq varlanmışdır. Cavabdeh əsassız olaraq aldığı 250 manat pul tələb edilmiş, Cavabdeh 150 manat ödəniş etsə də, qalan 100 manat pulu qaytarmamışdır. Ona görə də Cavabdeh “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 100 manat pulun, 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 fevral 2023-cü il tarixli 121478 saylı sığorta aktından görünür ki, “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində 11 fevral 2021-ci il tarixdən 10 fevral 2024-ci il tarixədək **********4 nömrəli sığorta müqaviləsi əsasında sığortalanmışdır. 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda “QAZ 33021” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ** PR *** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” markalı nəqliyyat vasitəsi toqquşmuş və nəticədə ** PR *** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” markalı nəqliyyat vasitəsinə 350 manat məbləğində ziyan dəymişdir. İşdə olan 1846 saylı 15 fevral 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 15 fevral 2023-cü il tarixli 121478 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh hesabına 250 manat sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan 05 aprel 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh əsassız olaraq ödənilmiş 250 manat sığorta ödənişinin qaytarılması tələb edilmişdir. İşdə olan Binəqədi Rayon Dövlət X3 inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 25 yanvar 2023-cü il tarixdə “QAZ 33021” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, X1 25 yanvar 2023-cü il tarixdə “QAZ 33021” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. İşdə olan nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, zədələnmiş “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin qiyməti 170 manat, görülən işlər 180 manat, cəmi 350 manat təşkil edir. İşdə olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışdan görünür ki, hadisə baş verdiyi tarixdə, yəni 25 yanvar 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növü üzrə sığortalanması barədə müqavilə qüvvədə olmuşdur. İşdə olan 04 aprel 2023-cü il tarixli AS-23/126 saylı məktubdan görünür ki, 25 yanvar 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAA********** saylı şəhadətnamə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “QAZ 33021” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə loto sistemi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 333,10 manat sığorta ödənişi edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materialları araşdırılarkən müəyyən olundu ki, 25 yanvar 2023-cü il tarixdə X1 idarə etdiyi “QAZ 33021” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində könüllü sığorta növü üzrə sığortalı olan “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Lakin məlum olmuşdur ki, “QAZ 33021” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “TOYOTA PRİUS” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 333,10 manat məbləğində sığorta ödənişi edilmişdir. Beləliklə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödəniş edilməsinə baxmayaraq, həmçinin İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən, yəni könüllü sığortaçı tərəfindən sığorta ödənişi edilmişdir. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq aldığı 250 manat pul tələb edilmiş, Cavabdeh 150 manat ödəniş etsə də, qalan 100 manat pulu qaytarmamışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh əsassız olaraq ödənilmiş 100 manat məbləğində pulu tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti sığorta ödənişinə görə əsassız olaraq ödənilmiş 100 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 100 manat alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 11 mart 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 100 (bir yüz) manat alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar