Məhkəmə qərarları › İş №e-2(055)-518/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-518/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-518/2024 16.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2457,89 manat subroqasiya qaydasında pulun, ödənilmiş 44,60 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əsaslandırılmış etirazına əsasən Saatlı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(055)-518/2024 saylı qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E220” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimələnmişdir. **********475 nömrəli sığorta şəhadətnaməsi və 126197 saylı sığorta aktı ilə müəyyən edilir ki, “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. Rəsmi servis "xxxx" MMC tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair qüsur aktı ilə müəyyən edilir ki, sığortalanmış “Changan UNİ-T” markalı, **-PB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7525 manat ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq sığortalanmış “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə "xxxx" MMC-yə 7525 manat sığorta ödənişi etmişdir. Buna görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. 200 manat azadaolma məbləği çıxıldıqdan sonra 7325 manat məbləğin 4867,11 manat hissəsi cavabdehin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, qalan 2457,89 manat isə cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh ilə həm pretenziya, həm də şifahi danışıq yolu ilə əlaqə yaradılmış, lakin borc hazırki vaxtadək ödənilməmiş qalmışdır. Ona görə də, Cavabdeh “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2457,89 manat məbləğində subroqasiya qaydasında pulun, ödənilmiş 44,60 manat dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaya etiraz edərək izahatında göstərdi ki, İddiaçı Sığorta Şirkəti ASC-nin ona qarşı olan “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə razı deyildir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsində onun təqsiri olsa da, həmin yol nəqliyyatı hadisəsi nəticəsində “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın 7525 manat məbləğində olması həddən artıq şişirdilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi foto şəkillərdən görünür ki, “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği 1000 manatdan artıq ola bilməzdi, bunda başqa da, “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan onun sığortaçısı tərəfindən artıqlaması ilə ödənilmişdir. Onun vəsatəti əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının hazırki ekspert rəyinə qarşı da etirazı yoxdur, lakin iddia ərizəsində qeyd edilən ziyan məbləğini də qəbul etmir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını, həmçinin də, ekspert rəyində üç ehtiyyat hissəsinin qiymətinin müəyyən edilməsinin və qalan ehtiyyat hissəslərinin bazar qiymətlərinin ekspertlərə bəlli olmadığından həmin hissəyə qiymət verilməməsinin nəzərə alaraq məhkəmədən iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 18 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Mercedes Benz E220” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" MMC-nin 11 may 2023-cü il tarixli icra edilmiş xidmətlərə dair aktından və foto şəkillərdən görünür ki, “Changan UNİ-T” markalı, **-PB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18 adda quraşdırılmış ehtiyyat hissələrinə və icra edilmiş işlərə görə ƏDV ilə birlikdə cəmi 7525 manat ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 oktyabr 2023-cü il tarixli, 126197 saylı sığorta aktından görünür ki, **********475 nömrəli, Kasko növlü sığorta müqaviləsinə əsasən “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilə qədər sığortalı olmuşdur. Sığorta hadisəsi xx.xx.2022-ci il tarixdə olmuş, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 7525 manatdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 oktyabr 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “ABB” vasitəsi ilə 126197 saylı sığorta aktına əsasən ödəyici olaraq İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə 7525 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 9/4830 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan 11 may 2023-cü il tarixli qüsur aktında 2021-ci il buraxılışlı “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üç adda ehtiyyat hissələrinin (qabaq sol təkərin kalpakı 10 manat, sol qanad 120 manat, qabaq sol sükan yumruğu (rulavoy dəst) 500 manat) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 630 manat müəyyən edilir. Qərarda və mülki iş materiallarında göstərilən digər 15 adda malların yerli internet saytlarında, Babək prospektində yerləşən avtomobil ehtiyyat hissələri satışı mağazalarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələmiş, həmin yol nəqliyyat hadisəsinə görə Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuşdur. Hadisə nəticəsində “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 7525 manat ziyanın aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən «Azərbaycan Avtomobil Evi” MMC-yə həmin 7525 manat sığorta ödənişi həyata keçirilmişdir. Buna görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. 200 manat azadaolma məbləği çıxıldıqdan sonra 7325 manat məbləğin 4867,11 manat hissəsi cavabdehin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, qalan 2457,89 manat isə cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti subroqasiya hüququ yarandığını əsas tutaraq Cavabdeh 2457,89 manat məbləğində pulun alınmasını tələb edir. Cavabdeh iddiaya qarşı etirazının əsası kimi hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsirili olsa da, həmin yol nəqliyyatı hadisəsi nəticəsində “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın 7525 manat məbləğində göstərilməsi həddən artıq şişirdilmişdir, həmin avtomobilə dəyən ziyan məbləği 1000 manatdan artıq deyildir, eyni zamanda dəymiş ziyan onun sığortaçısı tərəfindən artıqlaması ilə ödənilmişdir. Vəsatəti əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının hazırki ekspert rəyinə qarşı da etirazı yoxdur, lakin iddia ərizəsində qeyd edilən ziyan məbləğini də qəbul etmir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 9/4830 nömrəli rəyində isə göstərilmişdir ki, iş materiallarında olan 11 may 2023-cü il tarixli qüsur aktında 2021-ci il buraxılışlı “Changan UNİ-T” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə 18 adda ehtiyyat hissələrindən üç adda ehtiyyat hissələrinin (qabaq sol təkərin kalpakı 10 manat, sol qanad 120 manat, qabaq sol sükan yumruğu (rulavoy dəst) 500 manat) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 630 manat təşkil etmiş, digər 15 adda ehtiyyat hissələrinin isə yerli internet saytlarında, Babək prospektində yerləşən avtomobil ehtiyyat hissələri satışı mağazalarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin cavabdehin iddianın ziyan məbləğinin həddən artıq çox olması ilə bağlı etirazında və izahatında göstərdiklərini, eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyini araşdıraraq hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları (dəymiş ziyanın 7525 manat deyil, 1000 manat olmasını) məhkəmədə sübut edə bilmədiyindən və öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz, eyni zamanda da iddia ərizəsinə əlavə edilmiş qüsur aktındakı on səkkiz adda ehtiyyat hissələrindən həmin üç adda ehtiyyat hissələrinin (qabaq sol təkərin kalpakı 41,01 manat, sol qanad 312 manat, qabaq sol sükan yumruğu (rulavoy dəst) 835 manat) ümumilikdə 1188,01 manat deyil, məhkəmə ekspertiza rəyi ilə (qabaq sol təkərin kalpakı 10 manat, sol qanad 120 manat, qabaq sol sükan yumruğu (rulavoy dəst) 500 manat) orta bazar qiymətinin ümumi dəyəri nəzəri hesablama yolu ilə ümumilikdə 630 manat olması ağlabatan olduğundan həmin rəydə qeyd olunan məbləği əsaslı hesab edir. Qeyd olunanları və qüsur aktında göstərilən üç adda ehtiyyat hissələrinin qiyməti ilə ekspert rəyində göstərilən qiymət məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh subroqasiya qaydasında ödənilməmiş qalan 2457,89 manatı deyil, 1899,88 manatı (2457,89-31,01-192-335=1899,88) tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək subroqasiya qaydasında Cavabdeh 1899,88 manat alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 44,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 9/4830 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspert rəyinin verilməsinə dair çəkilən xərc 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,6 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1899 (bir min səkkiz yüz doxsan doqquz) manat 88 (səksən səkkiz) qəpik alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 (qırx dörd) manat 60 (altımış) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-518/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 16 dekabr 2024-cü il Saatlı şəhəri Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq .... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1899 (bir min səkkiz yüz doxsan doqquz) manat 88 (səksən səkkiz) qəpik alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 (qırx dörd) manat 60 (altımış) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar