Məhkəmə qərarları › İş №e-2(056)-2580/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-2580/2023

21.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2580/2023 21.12.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim X1 Əsədli Elçin Ayaz oğlunun katibliyi, Sabirabad rayonu Minbaşı bələdiyyəsinin numayəndəsi X5 və Cavabdeh1 iştirakı ilə, İddiaçi İddiaçı Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qzına qarşı “Bələdiyyə mülkiyyətinə aid su kanalının zəbtdən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasinda baxaraq, Müəyyən etdi: İddiaçi İddiaçı Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qzına qarşı “Bələdiyyə mülkiyyətinə aid su kanalının zəbtdən azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçi Sabirabad rayonunun Minbaşi bələdiyyəsinin numayəndəsi X7 məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb etməmişdir. Digər cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh4 qzı məhkəmə iclasinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamani iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin məcəllənin 170.3-cü maddəsinə əsasən, bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldi: İddiaçı Azərbaycan Respublikası Sabirabad rayonunun Minbaşı bələdiyyəsi vəsatəti təmin edilsin. İddiaçi Azərbaycan Respublikasi Sabirabad rayonunun Minbaşı bələdiyyəsi Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 qarşı əmlak tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar