Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1171/2024 06.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh xx xxxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh ondan almış olduğu 5000 manat pulun və ödədiyi 70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, dövlət əhəmiyyətli tədbirlərdə və konfranslarda (ölkə xaricində) olduğu üçün məhkəmə proseslərində iştirak edə bilmir.Ona görə də, məhkəmə prosesini iştirakı olmadan keçirdərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 25 fevral 2023-cü il tarixli Cavabdeh adından yazılmış qəbzdən görünür ki, cavabdeh İddiaçı evinə mebel düzəltdirmək üçün almış olduğu 5500 manat pul məbləğini xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Ondan aldığı pul vəsaitini dediyi vaxtda ödəməsə cinayət məsuliyyətinə cəlb olunacağına etirazı yoxdur. Məhkəmədə elan olunmuş 13 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd olunmuş Cavabdeh araşdırma zamanı alınmış izahatından görünür ki, o, təxminən 7 ildir ki, fərdi qaydada mebel ustası işləyir. İddiaçı 2022-ci ilin yay aylarında tanışı ev ustası işləyən Şaiq Məmmədovun vasitəsilə tanımışdır. Həmin vaxtı Şaiq ona zəng edərək təmirini apardığı mənzildə onun mebel quraşdırma işləri aparmasını və bununla bağlı ev sahibi ilə gəlib görüşməsini demiş, o, Şaiqlə dediyi mənzildə görüşmüş, Şaiq mənzilin sahibi Xətai ilə onu tanış etmiş və o, Xətaidən mənzilə dair istədiyi formada və rəngdə mənzil mebelinin sifarişini qəbul etmişdir. Söhbət zamanı ümumi mebel işinin sifarişini 7600 manata razılaşmışlar və o, material almaq üçün öncədən pul verilməli olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə Xətai Şaiqin yanında təmir olunan evdə 2000 manat pulu ona vermişdir. O, da material alıb işini görməyə başlamış və bütün sifarişi 2022-ci ilin noyabr ayına kimi təhvil verəcəyini demişdir. Belə ki, bir müddətdən sonra Xətaidən öz ailə problemlərinə görə maddi vəziyyətini Xətaiyə danışıb hissə-hissə də pul almış və mebelin sifarişi ilə hesablaşacağını demişdir. Xətaidən ümumilikdə 5500 manat almışdır. Sonra o, dəhliz və mətbəx mebeli yığıb Xətainin evinə gətirmiş, lakin qurandıran zaman Xətai mebelin qapılarının rənglərini bəyənmədiyi üçün qapıları qaytarmış və geri götürməyə maddi imkanı olmamışdır. Bundan sonra başı öz ailədaxili problemlərə qarışdığı üçün Xətainin mebel işini tamamlaya bilməmişdir, vaxt olmadığı üçün Xətai yataq dəstini başqa şəxsə sifariş etdirmişdir. Sonradan Xətaidən aldığı puldan hissə-hissə qaytarmış və həmin vaxtdan təxminən 2500 manat pulu qaytarmağa qalmışdır, həmin puldan hissə-hissə qaytarıb hazırda ona 1700 manat borc pulu qalmışdır və razılaşmışlar ki, həmin pulu hissə-hissə qaytaracaqdır. Onun Xətaini aldatmaq fikri və niyyəti olmamışdır, Xətai ona maddi vəziyyəti çətin olanda maddi köməklik etmişdir ki, o da Xətainin onda qalan pulunu qaytaracaqdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan mebel düzəltmək üçün pul almış, lakin mebel düzəltəməyərək, pulunu qaytaracağına söz vermişdir.Bu barədə iddiaçıya qəbz vermiş, həmçinin Sumqayıt Şəhər Polis İdarəsində izahat verərkən iddiaçıdan 5500 manat pul aldığını etiraf etmişdir.Cavabdeh pulun bir hissəsini qaytardığını bildirsə belə, iddiaçı bunu təsdiq etməmiş və cavabdeh də həmin halın təsdiq olunması üçün məhkəməyə sübut təqdim edə bilməmişdir.Ona görə də məhkəmə iddiaçının dediklərini əsaslı hesab edərək iddianın təmin olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 529.1-ci maddəsində qeyd olunmuşdur ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 765-ci maddəsində qeyd olunmuşdur ki, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1171/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1171/2024
06.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver