Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1304/2024 18.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 343.14 (üç yüz qırx üç manat on dörd qəpik) məbləğində sığorta ödənişinin və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 373.54 (üç yüz yetmiş üç manat əlli dörd qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdı ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyov küçəsində Cavabdeh idarə etdiyi BMW520 D” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsini törətmiş və hadisə nəticəsində “Volkswagen Polo” markalı ** LP *** nömrəli, “Volkswagen Polo” markalı ** PU *** və "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış "xxxx" markalı ** HA *** nömrəli avtomobillərə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" markalı ** HA *** nömrəli avtomobil hadisə zamanı "xxxx" ASC-də kasko qaydası ilə sığortalanmış və hadisə nəticəsində dəymiş zərər 681 (altı yüz səksən bir) manat məbləğində qiymətləndirilərək zərərin aradan qaldırılması üçün "xxxx" markasının Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi olan "xxxx" MMC-nin hesabında ödənilmişdir. Hadisə anında üçüncü şəxslər qarşısında mülki məsuliyyət "xxxx" ASC tərəfindən sığortalanmış və sonuncu bir hadisə nəticəsində əmlaka dəymiş zərər üzrə öhdəliyinin yuxarı həddi olan 5000 (beş min) manat məbləğində sığorta ödənişi etmişdir. Cavabdeh bir neçə əmlaka zərər vurduğu üçün "xxxx" markalı ** HA *** nömrəli avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən ödənilmiş məbləğ tam şəkildə deyil, digər zərərlə birlikdə mütənasib şəkildə bölünməklə 337.86 (üç yüz otuz yeddi manat, səksən altı qəpik) manat geri ödənilmişdir. Ödənilməmiş 343.14 (üç yüz qırx üç manat, on dörd qəpik) məbləğində pulu "xxxx" ASC cavabdehdən tələb etmək hüququna yiyələnmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli sığorta şəhadətnaməsindən müəyyən olunur ki, "xxxx" markalı ** HA *** nömrəli avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş yekun qiymətləndirmə aktından müəyyən olunur ki, "xxxx" markalı ** HA *** nömrəli avtomobilə dəymiş zərər 681 (altı yüz səksən bir) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" markalı ** HA *** nömrəli avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 681 (altı yüz səksən bir) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, həmin məbləğin 337.86 (üç yüz otuz yeddi manat səksən altı qəpik) manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/0866 saylı geriyə tələb (subroqasiya) məktubundan və məktubun cavabdehə araşdırılmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 681 (altı yüz səksən bir) manat məbləğində sığorta ödənişinin ödənilməmiş 343,14 (üç yüz qırx üç manat on dörd qəpik) məbləğində olan hissəsinin geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 343.14 (üç yüz qırx üç manat on dörd qəpik) məbləğində sığorta ödənişinin və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 373.54 (üç yüz yetmiş üç manat əlli dörd qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışının ksero surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində, saat 10:30 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyov küçəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “BMW 520 d” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi, "xxxx" markalı, **-HA-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsi əzilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 5 gün müddətində 343.14 manat məbləğində sığorta ödənişini "xxxx" ASC-yə ödəməsi xahiş olunmuş, əks təqdirdə "xxxx" ASC tərəfindən haqqınızda müvafiq məhkəmə orqanına 343.14 manat məbləğində pulun ödənilməsi tələbi ilə müraciət olunacağı və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan yekun qiymətləndirmə aktı ümumi məlumatından görünür ki, 2010-cu il buraxılışlı, "xxxx" markalı, **-HA-*** qeydiyyat nişanlı avtomobilə ümumi dəymiş ziyan 681 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ240307007 nömrəli ödəniş tapşırığının ksero surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 681 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan AC № 952356 saylı Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin ksero surətindən görünür ki, 2010-cü il buraxılışlı, SALLSAAE4BA279231 ban nömrəli, qara rəngli, “Range Rover minik” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarında olan 268/9 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 29 noyabr 2023-cü il tarixdə saat 10:30 dəqiqədə Cavabdeh idarə etdiyi “BMW 520 d” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X2 idarə etdiyi “Volkswagen Polo minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi Volkswagen Polo minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində əmlaklara zərər vurulmuşdur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən dövlət nəfinə 30 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh 29 noyabr 2023-cü il tarixdə saat 10:30 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyov küçəsində idarə etmək hüququ olmadan idarə etdiyi “BMW 520 d” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsini törətmiş və hadisə nəticəsində “Volkswagen Polo” markalı **-LP-*** nömrəli, “Volkswagen Polo” markalı **-PU-*** və "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış "xxxx" markalı ** HA *** nömrəli avtomobillərə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" markalı **-HA-*** nömrəli avtomobil hadisə zamanı "xxxx" ASC-də kasko qaydası ilə sığortalanmışdır. Hadisə nəticəsində dəymiş zərər 681 manat məbləğində qiymətləndirilmiş, zərərin aradan qaldırılması üçün "xxxx" markasının Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi olan "xxxx" MMC-nin hesabında ödənilmişdir. Hadisə anında üçüncü şəxslər qarşısında mülki məsuliyyət "xxxx" ASC tərəfindən sığortalanmış və sonuncu bir hadisə nəticəsində əmlaka dəymiş zərər üzrə öhdəliyinin yuxarı həddi olan 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Cavabdeh bir neçə əmlaka zərər vurduğu üçün "xxxx" markalı **-HA-*** nömrəli avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən ödənilmiş məbləğ tam şəkildə deyil, digər zərərlə birlikdə mütənasib şəkildə bölünməklə 337.86 manat geri ödənilmişdir. Ödənilməmiş 343.14 məbləğində pulu "xxxx" ASC cavabdehdən tələb etmək hüququna yiyələnmişdir. "xxxx" markalı **-HA-*** nömrəli avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yekun qiymətləndirmə aktından müəyyən olunur ki, "xxxx" markalı **-HA-*** nömrəli avtomobilə dəymiş zərər 681 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" markalı 90-HA- 969 nömrəli avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 681 manat məbləğində sığorta ödənişi edilmişdir. "xxxx" ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, həmin məbləğin 337.86 manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli, BS- S-24/0866 saylı geriyə tələb (subroqasiya) məktubundan və məktubun cavabdehə araşdırılmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 681 manat məbləğində sığorta ödənişinin ödənilməmiş 343,14 məbləğində olan hissəsinin geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 343.14 (üç yüz qırx üç manat on dörd qəpik) məbləğində sığorta ödənişinin və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 373.54 (üç yüz yetmiş üç manat əlli dörd qəpik) manat pulun əvəzi tutulub "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 343.14 (üç yüz qırx üç manat on dörd qəpik) məbləğində sığorta ödənişinin və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 373.54 (üç yüz yetmiş üç manat əlli dörd qəpik) manat pulun əvəzi tutularaq "xxxx" ASCnin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1304/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1304/2024
18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver