Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1492/2025 07.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 8026.20 (səkkiz min iyirmi altı) manat 20 (iyirmi) qəpik məbləğində borcun, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X7” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 156x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (müddətin qurtarması ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. İddiaçı MMC-nin – 28 May 4 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3555 manat 65 qəpik və 7461 manat 43 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8026.20 (səkkiz min iyirmi altı) manat 20 (iyirmi) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin 05 iyun 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən nümayəndə X2 iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, əvvəl satıcı-kassir işləmiş və uzun müddət sonra onu Nizami rayonu 28 May filialına məcburi şəkildə mağaza müdiri vəzifəsinə təyin etmişlər. Valideynlərinə bu barədə məlumat verilməmişdir. 3-4 ay mağazada işçi ilə işləmiş, lakin sonralar işçi olmadığından tək işləməyə məcbur olmuşdur. Tək olduğundan mağazada olan oğurluqlara nəzarət edə bilməmişdir. Hətta bir dəfə bölgə müdrinin gözünün qabağında oğurluq olmuş, arxasınca qaçan zaman ona mağazanı qoyub getməməsini bildirmişdir. Daxili nəzarət bu hadisəni kamerada görmüşdür. Mağazada sayımlar olmuş, qol çəkməsini bildirmişlər, lakin razılaşmamış, sübut olmadığı üçün onun tərəfindən oğurlanmadığını bildirmişdir. Bu barədə ona heç bir söz deməmişlər. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 8026.20 manat (səkkiz min iyirmi altı manat iyirmi qəpik) təşkil edir. İşdə olan Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00454 saylı, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. İşdə olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, İddiaçı MMC CavabdehYaşar oğluna yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 274 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 656 saylı əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsində administrator vəzifəsinə keçirilmiş və əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və X7 haqqında müqavilə bağlanmışdır. İşdə olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin İdarə Heyətinin sədri X1 ünvanlanmış ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdən satış departamentinin satış 6 şöbəsində administrator vəzifəsinə keçməyinə və əmək haqqının dəyişdirilməsinə etiraz etməmişdir. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MMC çalışdığı OBA-28 may 4 (796), mağazasında inventarizasiya yoxlaması aparılması barədə xəbərdar olunmuşdur. İşdə olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli imtina aktından görünür ki, OBA MARKET” MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-28 may 4 (796), həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Yaşar oğlunun iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya : nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs X3 inventarizasiyanın aparılması və nəticələrin araşdırılmasını üçün dəvət olunsada iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-3555.65 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 12 mart 2023-cü il tarixli imtina aktından görünür ki, OBA MARKET” MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-28 may 4 (796), həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Yaşar oğlunun iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs X3 inventarizasiyanın aparılmasında iştirak etmiş lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-7461.43 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X7” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 156x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (müddətin qurtarması ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh İddiaçı MMC-nin – 28 May 4 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində Cəmiyyətə müvafiq olaraq 3555 manat 65 qəpik və 7461 manat 43 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh rəsmi müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyindən, İddiaçı MMC-yə 8026.20 manat (səkkiz min iyirmi altı manat iyirmi qəpik) məbləğində borclu olduğundan iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 8026.20 manat (səkkiz min iyirmi altı manat iyirmi qəpik) məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8026.20 manat (səkkiz min iyirmi altı manat iyirmi qəpik) borc mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 51 (əlli bir) manat pul məbləği alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8026.20 manat (səkkiz min iyirmi altı manat iyirmi qəpik) məbləğində borc, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 51 (əlli bir) manat pul məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1492/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1492/2025
07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver