Məhkəmə qərarları › İş №e-2(057)-955/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-955/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-955/2024 11.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat məbləğində vurulmuş zərərin, 70 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh sürcülük hüququ olmadan sərxoş vəziyyətdə etibamamə ilə idarə etdiyi “Toyota Prius” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də yol nəqliyyat hadisəsi törədərək zərərçəkən Məmmədli Nurəddin Ziyət oğlunun ölümünə səbəb olmaqla hadisə yerindən qaçmışdır.127526 nömrəli aktından və icbari sığorta bürosunun çıxarışdan görünür ki, Cavabdeh Əlhüseyn oğlunun idarə etdiyi "Toyota Prirs” markalı, ** YL *** markali, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "Atəşgah” SŞ-də avtonəqliyyat vasitələrinin mülki məsulyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-540/2023 nömrəli hökmündən görünür ki, hadisə zamanı X2 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə etibarnamə ilə idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla hadisə yerindən qaçmışdır. "İcbari Sığorta Haqqında” qanunun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. xx.xx.2023-cü il tarixli 14555 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti vəfat etmiş Məmmədli Nurəddin Ziyət oğlunun ölümünə görə həyat yoldaşı X3 5000 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yo-nəqiyyat hadisəsi zamanı Cavabdeh barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-540/2023 nömrəli hökmünə əsasən, nəqiliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə etibamamə də idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla hadisə yerindən qaçdığı üçün CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş və buna görədə ona qarşı subroqasiya hüquqlarının yarandığını bildirilmişdir. Hesab edilir ki, ödənimiş 5000 manat (beş min manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə sonuncunun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli, 50/2-34745/23 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülkiyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları baradə arayışdan görünür ki, avtonəqliyyat vasitəsi olan Toyota Pirus ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 isə Cavabdeh olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-540/2023 saylı xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100% təşkil edir, sığorta məbləği 5000 manat olduğundan vəfat etmiş Məmmədli Nurəddin Ziyət oğlunun sığorta ödənişi həyat yoldaşı X3 ödənilmişdir. «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış 02 aprel 2024-cü il tarixli O-AS-2024-0706 saylı bildiriş məktubundan görünür ki, “Toyota Prius” markal ** LY *** markalı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Məmmədli Nurəddin Ziyət oğlu vəfat etmişdir. Baş vermiş hadisə ilə əlaqədar «Atəşgah” Sığorta Şirkəti ASC zərəri aradan qaldıraraq Məmmədli Nurəddin Ziyət oğlu ölmünə görə X3 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh ödənişi həyata keçirən «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 5000,00 (beş min) manat sığorta ödənişini 10 iş günü ərzində «Atəşgah” Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Toyota Prius” markal ** LY *** markalı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Məmmədli Nurəddin Ziyət oğlu vəfat etmişdir. Baş vermiş hadisə ilə əlaqədar «Atəşgah” Sığorta Şirkəti ASC zərəri aradan qaldıraraq Məmmədli Nurəddin Ziyət oğlu ölmünə görə X3 5000 manat sığorta ödənilməsi, işin materialları ilə sübut olunur. Məhkəmə hesab edir ki, sığortalanmış “Toyota Prius” markal ** LY *** markalı dövlət qeydiyyat nişanlı avtomobil markalı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi Cavabdeh zərərçəkən Məmmədli Nurəddin Ziyət oğlunun ölmünə görə ödənilmiş 5000 manat cavadeh ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, (reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh zərərçəkən Məmmədli Nurəddin Ziyət oğlunun ölümünə görə ödənilmiş 5000 manat pulun və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-ninxeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh zərərçəkən Məmmədli Nurəddin Ziyət oğlunun ölümünə görə ödənilmiş 5000 manat pulun və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar