Məhkəmə qərarları › İş №e-2(057)-989/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-989/2024

29.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-989/2024 29.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomaşının geri qaytarılması tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində göstərmişdir ki, 1992-cı il buraxılışlı Opel Frontera markalı, ** BG *** qeydiyyat nömrəli avtomaşın onun mülkiyyətindədir. Həmin avtomaşın 2013-cü il tarixdə onun mülkiyyətində olması barədə DYP-də qeydiyyat aparılmışdır. Avtomaşını bir müddət istifadə ekdikdən sonra 04 aprel 2018-ci il tarixdə Cavabdeh2 vermişdir. Bundan sonra Cavabdeh2 onun xəbəri və razılığı olmadan 11 dekabr 2018-ci il tarixdə avtomaşını Cavabdeh1 vermişdir. O, Cavabdeh2, sonradan isə həmin şəxs xəbər vermədən 11 dekabr 2018-ci il tarixdə adından Cavabdeh1 mülki etibarnamə vermişdir. Avtomaşını geri tələb edəndə ona məlum olmuşdur ki, həmin avtomaşın Cavabdeh1dır, amma buna baxmayaraq etibarnaməni və avtomaşını ondan xəbərsiz verdiyi üçün Cavabdeh2 də bu işdə cavabdehdir. Hər iki etibarnamə qüvvədən düşmüş və xitam verilmişdir. Həmin avtomaşına görə hər iki cavabdehə verdiyi etibarnaməni mobil notariat vastəsi ilə ləğv etdirmişdir. Hazırda aftomaşın onun mülkiyyətindədir, cavabdehin ondan istfadə etməsi qanunsuzdur və qanunsuz sahiblikdən avtomaşınını geri tələb edir. Həmin avtomaşının onun mülkiyyətində olmasını e-məhkəmə sistemi vasitəsi ilə də görmək mümkündür. Odur ki, 1992-ci il buraxılışlı Opel Frontera markalı, ** BG *** qeydiyyat nömrəli avtomaşının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona təhvil venlməsi bərədə qətnəmə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Opel markalı maşın onun olub və həmin maşını Vüqar adlı şəxsə etibarnamə ilə satmış və ondan 1000 manat pul almışdır. Sonradan onu Cavabdeh2, o da Cavabdeh1 satmışdır. 6 ildir ki, maşın ondadır. Tahirə sosial yardım ala bilmədiyi üçün avtomaşını adından çıxarmasını xahiş etmişdir. 2 ay keçməsinə baxmayaraq maşını adına keçirmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hətta Tahirə maşını adına keçirmək üçün 200 manatpul verəcəyini də demişdir.Lakin sonradan Tahir ona maşının mühərrikinin nömrəsinin düz olmadığını qeyd edərək 900 manat pul lazım olduğunu demişdir. Mobil notariat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə etibarnaməni ləğv etdirmişdir. Vüqardan aldığı 1000 manat pulu qaytarmağa razıdır.Odur ki, verilmiş iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 04 aprel 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 etibarnamə vermişdir.Həmin etibarnamənin üzərində “xitam edilib” sözləri yazılmışdır. Məhkəmədə elan olunmuş 11 dekabr 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 o isə Cavabdeh1 etibarnamə vermişdir. Həmin etibarnamənin üzərində “qüvvədən düşüb” sözləri yazılmışdır. E-məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, İddiaçı mülkiyyətində 1992-ci il buraxılışlı Opel Frontera markalı ** BG *** qeydiyyat nömrəli avtomaşın vardır. Məhkəmə iddiaçını dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının mülkiyyətində olan 1992-ci il buraxılışlı Opel Frontera markalı ** BG *** qeydiyyat nömrəli avtomaşını cavabdehlərə etibarnamə ilə vermiş, sonradan həmin etibarnamə ləğv olunmuşdur.Ona görə də nəqliyyat vasitəsi mülkiyyətçiyə qaytarılmalıdır.Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, nəqliyyat vasitəsi hazırda Cavabdeh1 sahibliyindədir, ona görə də iddia Cavabdeh2 aid hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 1992-ci il buraxılışlı Opel Frontera markalı, ** BG *** qeydiyyat nömrəli avtomaşın Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın. İddia Cavabdeh2 dair hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar