Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-182/2025 11.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 2137 (iki min yüz otuz yeddi) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri Ş.İ.Xətai prospektində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh 12 sentyabr 2022-ci il tarixdə ona məxsus mebel satışı mərkəzindən 2800 manat dəyərində 1 ədəd künc divanı almış və xahiş etmişdir ki, pulu hissə-hissə versin. O isə razılaşmış və divanı verəndən sonra cavabdeh cəmi 663 manat pul ödəmişdir . Dəfələrlə ona xəbərdarlıq etməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələr edərək ödəniş etməkdən yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış. Cavabdehin hazırda ona 2137 manat borcu mövcuddur. Ona görə də o, məcbur olub pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, İddiaçı onun qohumu olmaqla ticarət obyektinin sahibidir və həmin ticarət obyektində mebellərin satışı həyata keçirilir. Satışı həyata keçirən şəxs isə odur. Cavabdehə nisyə qaydada satılmış mebelin satışını da o həyata keçirmiş, malı cavabdehə təhvil vermişdir. Malın dəyəri 2800 manat olmuş, cavabdeh həmin borcdan 663 manat ödəmiş, lakin onun 2137 manat borcu qalmışdır. Dəfələrlə cavabdehən qalan borcunun ödənilməsi tələb olunsa da o, həmin məbləği ödəməkdən yayınmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, bildirişi cavabdehə təqdim olunması məqsədilə onun qeydiyyatda olduğu ərazi dairəsi üzrə icra nümayəndəliyinə ünvanlamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: İddiaçı tərəfin sübut kimi məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş audio yazıdan görünür ki, Cavabdeh iddiaçıdan nisyə qaydada aldığı ev əşyasına görə iddaçıya 2100 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi qaydada nisya alqı satqı müqaviləsi bağlanmış və onlar arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Bu hal iş materiallarındakı sübutla öz təsdiqini tapmışdır. Ona görə də iddiaçı cavabdehdən öhdəliyinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin qismən təmin olunmalı olduğu qənaətini isə onunla əsaslandırı ki, iddiaçı tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək üçün məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq edilmiş audio yazıda cavabdeh aldığı malın dəyəri kmi cavabdehə məhz 2100 manat ödəməli olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 2100 (iki min yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-182/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-182/2025
11.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver