Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-439/2025 23.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi və İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi, əşyanın ümumi mülkiyyətə qaytarılmaqla bölünərək yeni çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi digər Cavabdeh1 ilə onun ümumi mülkiyyəti olduğu üçün həmin evin bağışlanmağına dair müqavilə etibarsız hesab edilməklə, həm müqavilə, həm də çıxarış ləğv edilməli, ev ümumi mülkiyyətə qaytarılmaqla Cavabdeh1 və onun hər birinin 1/2 hissədə payları müəyyən edilməklə yeni çıxarış verilməlidir. Cavabdeh1 isə iddiaya dair etiraz edərək həmin evin birgə mülkiyyətə daxil olmadığını, onlar arasında rəsmi nikah münasibətləri bitdikdən sonra tikildiyini, hazırda da qızının xüsusi mülkiyyətində olduğunu bildirib iddianın təmin edilməməsini xahiş edir. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi və İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi, əşyanın ümumi mülkiyyətə qaytarılmaqla bölünərək yeni çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evinin Cavabdeh2 adına rəsmiləşdirilmiş 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 4Ə-787 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də qeydə alınmış 04 iyun 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla bağlı qeydin ləğv edilməsi, həmin əmlakın ümumi mülkiyyətə qaytarılması, əmlak üzərində 1/2 hissədə payının müəyyən edilərək yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 12 may 2003-cü ildən 15 noyabr 2011-ci ilədək rəsmi nikah münasibətində olmuş, habelə nikahda olduqları müddətdə yəni, 2004-cü ildə ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini almış, həmin torpaq sahəsi üzərində inşa etdikləri evə isə 2006-cı ildə köçməklə, orada yaşamışlar. Qeyd olunan torpaq sahəsi 2009-cu ildə cavabdehin adına rəsmiləşdirilmiş, həmçinin bu faktları ətraflı əks etdirən Siyəzən Rayon Məhkəməsinin bir neçə qətnaməsi vardır. Belə ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(059)-38/13 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyul 2013-cü il tarixli, 2(105)-753 nömrəli qətnamələri ilə 24 may 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilmiş yuxarıda qeyd olunan 0,6 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Lakin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi DƏDRX-də qeydiyyata alınmadığından məhkəmə evin bölgüsünü təmin edə bilməmişdir. Bununla belə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(059)-38/13 saylı qətnaməsində ünvan 3 ünvanında yerləşən evin qeydiyyat vəsiqəsi olmadığından, həmin evin mülkiyyət hüququ tanındıqdan sonra 3 il müddətində həmin evdə payının müəyyən edilməsi barədə iddia qaldıra biləcəyini də məhkəmə qeyd etmişdir. Diqqətə çatdırmaq istəyir ki, nikahları pozulduqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-539/2014 saylı qərarına əsasən onun cavabdehlə birgə nikahından doğulan qızı ilə birlikdə Siyəzən şəhəri Fəyyaz Əlməmmədov küçəsində yerləşən 57 nömrəli mənzilə köçürülmələri qət edilmiş və 2015-ci ildə onların mənzilə köçürülmələri təmin edilmişdir. Bundan sonra, 2015-ci ildən 2024-cü ilin aprel ayınadək Cavabdeh1lə qeyd edilən mənzildə yaşayaraq, yenidən ər-arvad münasibətlərini davam etdirməklə, defacto nikah münasibətində olmuşlar. Onlar artıq faktiki ailə münasibətində olduqlarından yuxarıda qeyd edilən torpağın bölgüsü ilə bağlı məhkəmə qərarı icra edilməmişdir. 2024cü ilin aprel ayında cavabdehlə aralarında yaranan ailə münaqişəsi nəticəsində Cavabdeh1 onu və qızını sözügedən mənzildən çıxarmış, bundan dərhal sonra isə, məqsədli şəkildə ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi üzərində 22 may 2024-cü il tarixində ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququnu qeydə aldırmış, daha sonra 29 may 2024-cü il tarixdə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 4Ə-787 reyestr nömrəli bağışlama müqaviləsi ilə sözügedən fərdi yaşayış evini Cavabdeh1 ilk nikahdan olan qızı Cavabdeh2 adına özgəninkiləşdirmiş, nəhayət 04 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 tam mülkiyyət hüququ DƏDRX-də qeydiyyata alınmışdır. Qeyd edir ki, tarixlərin ardıcıllığından aydın olur ki, Cavabdeh1 onu və qızını mənzildən çıxartdıqdan dərhal sonra birgə nikah dövründə inşa etdikləri sözügedən fərdi yaşayış evi üzərində onu paydan məhrum etmək məqsədilə həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almaqla, onu öz adından çıxararaq ilk nikahdan olan qızına bağışlamışdır. Halbuki, bu tamamilə əsassız və qanunsuzdur. İllərlə onun əziyyət çəkərək tikdiyi mənzildə və evin mülkiyyət hüququnu DƏDRX-də rəsmiləşdirərək çıxarış almışdır. Cavabdeh1 tərəfindən birgə nikah dövründə əldə etdikləri, birgə mülkiyyətləri hesab edilən əmlakı onun heç bir razılığı və məlumatı olmadan başqa şəxsə bağışlaması qəsdən hüquqdan yayınma kimi qiymətləndirilməlidir. Faktların ardıcıllığından da görünür ki, Cavabdeh1 onu və qızını evdən çıxardıqdan sonra, birgə nikah dövründə əldə etdikləri, birgə mülkiyyətləri hesab edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almış, daha sonra əmlakı qızına bağışlamışdır. Cavabdeh bağışlamanı onun əmlak hüquqlarını pozmaq məqsədilə etmişdir ki, bu da qəsdən hüquqdan yayınma və mülkiyyət hüququndan sui-istifadə kimi qiymətləndirilməlidir. O, mülkiyyətlə bağlı hüquqlarının pozulmasını ötən ilin aprel ayında evdən çıxarıldıqdan sonra, daha dəqiq iyun ayında DƏDRX-nin rayonda yerləşən şöbəsinə yaxınlaşaraq, birgə nikah dövründə əldə etdikləri əmlakın özəlləşdirilməsi ilə bağlı məlumat əldə etmək istəyərkən xəbərdar olmuşdur. Habelə, vəkili vasitəsilə rəsmi sorğu verdikdən sonra birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evinin cavabdeh tərəfindən ona məlumat vermədən gizli şəkildə çıxarış almaqla, qızı Cavabdeh2 bağışlaması aydın olmuşdur. Cavabdehin davranışlarının ardıcıllığından onu mülkiyyət hüququndan məhrum etmək niyyəti aydın görülür. Belə ki, Cavabdeh1lə ötən ilin aprel ayında aralarında mübahisə yarandığından sonuncu onu və qızını evdən çıxardıqdan sonra, may ayında sözügedən fərdi yaşayış evinə çıxarış almış, iyun ayında isə həmin fərdi yaşayış evini qızına bağışlamışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, 12 il əvvəl, yəni 2013-cü ildə torpaq bölüşdürülməsi ilə bağlı məhkəmə qərardadlarının yenidən icraya yönəldilməsi üçün keçən il iki dəfə məhkəmə prosesləri, o cümlədən aplleyasiya prosesi olmuş və iddiaçının iddiaları rədd edilmişdir. Bu, iddiaçının təkrar-təkrar əsassız müraciətlər etdiyini göstərir. Həmçinin, İddiaçı 12 avqust 2020-ci il tarixində torpaq hüququndan öz razılığı ilə imtina etmişdir. Bu fakt sənədlərlə təsdiqlənmiş və tərəfindən təqdim edilmiş ərizədə qeyd olunmuşdur. Bu əsasla, 2024-cü ildə Siyəzən Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi köhnə torpaq bölüşdürülməsi ilə bağlı icra prosesinin icraya yönəldilməsi ərizəsinə rədd cavabı vermişdir. Bundan başqa, o, hal-hazırda İddiaçı 13 il əvvələ aid köhnə əşyalarla bağlı kompensasiya ödəyir. Buna baxmayaraq, iddiaçı yenidən əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Habelə, iddiaçının 12 avqust 2020-ci ildə torpaq hüququndan imtina etdiyi sənədlərlə təsdiqlənib. İddiaçının dəfələrlə polisə yalan və şər-böhtan şikayətləri etdiyi, bu şikayətlərin əsassız olduğu Siyəzən Rayon Polis Şöbəsinin sənədləri ilə sübut olunub. Bu MPM-in 43-cü maddəsinə (cavabdehin prosessual hüquqları) zidd olmaqla bərabər hətta inzibati qaydada cərimələnib. Bundan əlavə, iddiaçı təkrar-təkrar eyni məsələlərlə (torpaq hüququ, evə köçürülmə və s.) bağlı məhkəməyə müraciət edir. Bu, MPM-in 429-cu maddəsinə (eyni məsələ ilə bağlı təkrar müraciətlərin qadağan edilməsi) ziddir. Bundan əlavə, Kifayət Binyəminova ona xəyanəti üzündən 12 il bundan əvvəl boşanmışlar və uzun məhkəmə prosesləri olmuşdur. Həmçinin, İddiaçı bu illər ərzində yenə də, öz əməllərindən geri qalmamışdır. Kifayət Binyəminova evdən zorla yox, onun xəbəri olmadan əşyaları toplayıb daşıtmış, 14 aprel 2024-cü il tarixində də, o, işdən gələndə “gedirik deyib”, getmişdir. Kifayət Binyəminovanın evdən getməsinin əsas səbəbinin bu ərizəyə aidiyyəti olmadığı üçün detalları yazmaqda ehtiyac duymamışdır. Son bir ildə dəfələrlə ondan polis şöbəsinə şər-böhtan yalanlarla şikayət etmiş və təbii ki əsassız olmuşdur və cəzalandırılmışdır. Eyni məzmunla Siyəzən Rayon Məhkəməsinə şikayəti verilmiş və işin yenidən icra və probasiya şöbəsinə göndərilməsi, torpaq üzərində mülkiyyət hüququnun tanınması və evə köçürülmə ilə məhkəmə prosesləri keçirilmişdir. Qeyd edilmişdir ki, eyni tələblə bağlı işə neçə dəfə baxılmalı, İddiaçı 2020-ci il tarixdə torpaq sahəsindən imtina etməsi nəzər alınmalı, habelə onun iddiaçı ilə de-fakto nə də de-yura ər-arvad kimi yaşamaması nəzərə alınmalı və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Tərəflərin izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə yanaşı, əlavə olaraq izahatında göstərdi ki, o, 12 may 2003-cü il tarixdən 15 noyabr 2011-ci il tarixədək Cavabdeh1 ilə rəsmi nikahda olmuşdur. Cavabdehlə birgə nikahda olduqları zamanı yəni, 2004-cü ildə ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini almaqla, həmin torpaq sahəsi üzərində inşa etdikləri evə 2006-cı ildə köçüb orada yaşamışlar. Belə ki, bu halları təsdiq edən Siyəzən Rayon Məhkəməsinin bir neçə qətnaməsi vardır. Bundan başqa, 08 may 2008-ci il tarixdə cavabdehin iki oğlu, qızı və yeznəsi tərəfindən şiddətli şəkildə döyüldüyü üçün həmin evi qızı ilə birlikdə tərk etsə də, 2014-cü il dekabr ayında məhkəmə və icra və probasiya şöbəsinin qərarları əsasında qızı ilə birlikdə həmin evə köçmüş, habelə 2015-ci ildən 2024-cü ilin aprel ayına kimi Cavabdeh1lə sözügedən mənzildə yenidən ər-arvad münasibətlərini davam etdirməklə, de-facto nikah münasibətində olmuşlar. Eyni zamanda, faktiki olaraq nikah münasibətlərini davam etdirdikləri üçün məhkəmə qətnaməsi ilə bölünməli olan torpaq sahəsinin naturada bölünməsini tələb etməmişdir. Bundan əlavə, ötən ilin aprel ayında Cavabdeh1lə aralarında mübahisə yaranmış, habelə birinci onu və qızını evdən çıxardıqdan sonra, həmin ilin may ayında sözügedən evə dair çıxarış almış və iyun ayında isə evi qızına bağışlamışdır. Halbuki onlar həmin torpağı və üzərində inşa edilmiş evi birgə gəlirlər hesabına əldə etmişlər. Lakin, cavabdeh məqsədyönlü şəkildə bu addımları atmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə yanaşı, əlavə olaraq izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah münasibətləri 2011-ci ildə bitsə də, tərəflər yenidən ər-arvad münasibətlərini davam etdirərək, de-facto nikah münasibətində yaşamışlar. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 2013-cü il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 1/2 hissəsində iddiaçının tam mülkiyyət hüquqi tanınmış, lakin tərəflər faktiki olaraq birgə yaşadıqları üçün məhkəmənin həmin qətnaməsi icra edilməmişdir. Eyni zamanda, sözügedən qətnamənin icra edilməsi ilə bağlı tələb irəli sürmüşlər. Belə ki, qətnamədə texniki səhvə görə ünvanın düzgün qeyd olunmaması səbəbindən, qətnamə icra olunmamışdır. Habelə, qeyd olunan qətnamə qəbul edilən zaman sözügedən ev də qətnamədə qeyd edilmiş, lakin ev həmin dövrdə DƏDRX-də qeydiyyata alınmadığından tərəflər arasında bölgüsü aparılmamışdır. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, mübahisəli ev xüsusi mülkiyyət kimi qeydə alındıqdan 3 il müddətinə tərəflər əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Hazırda cavabdehin davranışlarının ardıcıllığından iddiaçını mülkiyyət hüququndan məhrum etmək niyyəti aydın sezilir. Ona görə də hesab edir ki, iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmər zamanı izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının qeyd etdiklərinin hər biri yalandır. Belə ki, iddiaçı 2020-ci il tarixdə torpaqdan imtina etmiş və bundan sonra o, torpağı övladına ev tikmək məqsədi ilə vermiş, habelə sözügedən evi özü inşa etmişdir. Həmçinin, iddiaçı ona xəyanət etdiyi üçün 2011-ci ildən birgə yaşamamaqla yanaşı, o, həmin tarixə qədər ata evində yaşamışdır. Hazırda, həmin evi bağışlama yolu qızına bağışlamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Ailə Məcəllə:
31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən şəhərində yerləşən 0,06 ha torpaq sahəsi X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 5 saylı reyestr kitabının 86 nömrəli vərəqində **********14 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Siyəzən rayon Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, X18 MH seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-ci il olan Siyəzən şəhərindəki 0.06 ha torpaq sahəsini 3000 manat müqabilində Cavabdeh1 satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2(059)-38/13 nömrəli qətnaməsinin surətindən görünür ki, sözügedən iş üzrə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh1 adına 24 may 2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən rəsmiləşdirilmiş Siyəzən şəhərindəki 0,06 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması, həmçinin ünvan 5 saylı evin altında yerləşən torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazisi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş icra sənədinin geri qaytarılması barədə İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-539/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədində qeyd olunan ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin sənədləri olduqda həmin icra sənədi üzrə tələbin yerinə yetiriləcəyinə dair qarşılıqlı razılığa gəldikləri üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu Siyəzən şəhərinin Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 saylı ev xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli daşınmaz bağışlanması haqqında müqavilənin surətindən görünür ki, Tağıyev X17 rayonu Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən ümumi sahəsi 110 kv/m, yaşayış sahəsi 55 kv/m, yardımçı sahəsi 55 kv/m olan 3 otaqlı fərdi yaşayış evini tam mülkiyyət hüquqi ilə Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu Siyəzən şəhərinin Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 saylı ev xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(059)-205/2013 saylı qərardadının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2014-cü il tarixli 2(105)-539/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilməsinə dair İddiaçı ərizəsi təmin edilmiş, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin 12 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək icra sənədi icra edilmədiyindən yenidən icraya yönəldilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 07 yanvar 2025-ci il tarixli, 3-21-3-31/2-17/2025 nömrəli məktubunun surətindən görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının fərdi mənzil tikintisi haqqında sərəncamına, Azərbaycan Respublikası Dövlət arxivi Siyəzən rayon dövlət arxivinin 25 iyul 2008-ci il tarixli 69 nömrəli arxiv surətinə, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 22 avqust 2008-ci il tarixli 474 qeydiyyat nömrəli, AN053595 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Siyəzən şəhəri ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində 14 may 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X11 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusunun 24 may 2009-cu il tarixli, 4Ə-39 reyestr nömrəli altı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş, sözügedən torpaq sahəsi üzərində 06 may 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi üzərində 22 may 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 29 may 2024-cü il tarixli 4Ə-787 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Cavabdeh2 adına özgəninkiləşdirilmiş, 04 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə xx xxxx 1986-cı il təvəllüdlü Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli 5-73-12/2- 113/2025 saylı məktubundan görünür ki, Siyəzən şəhərində F.Əhmədov küçəsi yoxdur, F.Əlməmmədov küçəsi vardır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin bağışlama müqaviləsinə dair 666.1-ci maddəsinin mənasına görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Qanunun mənasından göründüyü kimi hədiyyə verən yalnız özünə məxsus əmlakı bağışlaya bilər. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 12 may 2003-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, nikahları 15 noyabr 2011-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra xx.xx.2012-ci ildə iddiaçı əmlak tələbi ilə bağlı Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş, cehiz və birgə nikah dövründə əldə edilmiş əmlakları, o cümlədən ünvan 5 ünvanında yerləşən birgə nikah dövründə əldə edilmiş 0,05 ha torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin 1/2 hissədə bölünməsinə dair tələb irəli sürmüşdür. Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli 2(059)-38/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 adına 24 may 2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən rəsmiləşdirilmiş Siyəzən şəhərindəki 0,06 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması, həmçinin ünvan 5 saylı evin altında yerləşən torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazisi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-753/2013 saylı qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli 2(059)-38/2013 saylı qətnaməsi yalnız “ünvan 5 saylı evin altında yerləşən torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazisi İdarəsinə həvalə edilməsi” hissəsi ləğv edilmiş, qalan hissələrdə qüvvədə saxlanılmışdır. Qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli 2(059)-38/2013 saylı qətnaməsindən görünür ki: -iş üzrə cavabdeh X19 izahatında göstərmişdir ki, F.Əhmədov küçəsi 57 ünvanında yerləşən, birgə nikah dövründə əldə edilmiş, 0.06 ha torpaq sahəsini öz vəsaiti hesabına Siyəzən şəhər sakini X7 2009-cu ildə almışdır. Belə ki, o, sürücü işləyir, iddiaçı isə evdar qadın olmuş heç bir qazanca malik olmamşıdır. Həmin torpaq sahəsi üzərində tikilmiş ev onun öz vəsaiti hesabına tikilmişdir. - şahid X3 ifadəsində göstərmişdir ki, o, sözügedən mənzilin tikintisində iştirak etmişdir. Bu evin bünövrəsi qoyulduqdan sonra ustanın fəhləsi olmuşdur. 2001-2002-ci ildən 10-15 il gün işləmişdir. Cavabdeh1 o vaxtki pulla ona 2 0000 manat verirmiş, həmin evdə işlədiyi 15 gün ərzində Cavabdeh1 ona 300000 pul vermişdir. İşlədiyi dövr ərzində Kifayət Qasımovanı görməmişdir. -şahid X4 ifadəsində göstərmişdir ki, Kifayət Binayaminova cavabdeh Qasim Tağıyevlə evli olduğu zaman onlar ünvan 8 saylı ev inşa etmişlər. Onun qardaşı Elşad Xalıqov və iddiaçının öz qardaşı həmin evin inşa edilməsində iştirak etmişlər. -şahid X14iu ifadəsində göstərmişdir ki, İddiaçı xalası oğludur. O, ünvan 7 ünvanında yerləşən evin tikintisində iştirak etmişdir. Həmin ev tərəflərin birgə nikahda olduqları dövrdə tikilmiş, pulu Cavabdeh1 tərəfindən ödənilmişdir. Tikintidə Absəttər Binayaminov və o, iştirak etmiş, o, usta kimi, Absəttər Binayaminov isə fəhlə kimi sözügedən evin tikintisində iştirak etmişdir. -şahid X1 ifadəsində göstərmişdir ki, İddiaçı onu bacısıdır. ünvan 8 ünvanında yerləşən evin tikintisində o, fəhlə kimi, xalası Elşad Xalıqov isə usta kimi iştirak etmişdir. -şahid X2 ifadəsində göstərmişdir ki, cavabdeh onun doğma qardaşıdır. ünvan 5 ünvanında yerləşən ev tərəflər birgə nikahda olduqları dövrdə cavabdehin vəsaiti hesabına tikilmişdir. O, qardaşının evinə gedib gələrək həmin evdə ustalar işlədiyini və evin tikilməsini görmüşdür. Həmin evin, yerləşdiyi torpaq sahəsi də qardaşının şəxsi vəsaiti hesabına alınmışdır. -şahid X15 ifadəsində göstərmişdir ki, həmin ev tikilərkən birgə suvaq verilmişdir, pulu ona Cavabdeh1 vermişdir. Həmin evin tikintisində 20 gün ərzində işləmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində tikilmiş ev İddiaçı və Cavabdeh1 birgə mülkiyyətinə aid edilmiş, torpaq sahəsi rəsmi dövlət reyestrində qeydiyyata alındığından tərəflər arasında 1/2 nisbətində bölünmüş, ev isə rəsmi dövlət reyestrində qeydə alınmadığından iddiaçıya izah edilmişdir ki, evə dair mülkiyyət hüququ rəsmi qeydə alındıqdan sonra 3 il müddətinə həmin evə dair payının müəyyən edilməsini tələb edə bilər. Cavabdeh məhkəmə hazırlıq iclasında onun torpağının və evinin Siyəzən şəhəri, F.Əhmədov 57 ünvanında deyil, F.Əlməmmədov 53 ünvanında yerləşdiyini, İddiaçı torpaq sahəsindən imtina etdiyini, evi isə o, tək başına nikah pozulduqdan sonra tikdiyini, evə dair çıxarış alaraq evi qızı Gülnarə Qasımovaya bağışladığını bildirmişdir. İddiaçı tərəf məhkəmə iclasında izahat verərək nikahları pozulduqdan sonra onların yenidən barışıb bir evdə yaşadıqlarını, ona görə qətnamənin icrasını dayandırdıqlarını, həmin qətnamənin yenidən icraya yönəldiyini, məhkəmə qətnaməsində texniki səhvə yol verilərək F.Əlməmmədov küçəsi əvəzinə F.Əhmədov küçəsi yazıldığını, Siyəzən rayonunda F.Əhmədov küçəsinin ümumiyyətlə olmadığını və buna dair sənədlərin mövcud olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində mübahisəli evin F.Əhmədov küçəsi 57 ünvanında yerləşdiyi göstərilsə də, həmin evin yerləşdiyi torpaq sahəsinə dair müqavilə kimi 24 may 2009-cu il tarixli müqavilə göstərilmişdir. Həmin müqaviləyə əsasən torpaq və onun üzərində yerləşən ev xüsusi mülkiyyət kimi qeydə alınmış və orada ünvan ünvan 10t Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 07 yanvar 2025-ci il tarixli, 3-21-3-31/2-17/2025 nömrəli məktubunda göstərilən məlumatlarla, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Siyəzən şəhərində F.Əhmədov küçəsinin olmaması, F.Əlməmmədov küçəsinin olmasına dair 16 oktyabr 2025-ci il tarixli 5-73-12/2-113/2025 saylı məktubu və Xaçmaz Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, Xaçmaz Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Siyəzən şəhərində ümumiyyətlə Fəyyaz Əhmədov küçəsi yoxdur, ünvan 11 ünvanı isə X16 məxsusdur və qeyd olunan mənzilin Cavabdeh1 isə hər hansı əlaqəsi yoxdur. İş materiallarında olan Siyəzən Rayon İcra və X10 şəhəri İnzibati Dairəsi üzrə nümayəndəsinin müavini X8 ilə birlikdə baxış keçirilmiş ünvana dair məlumat verilməsi barədə 01 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 06 may 2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, qeyd olunan ünvanın yeni qaydalarla ünvan 12işdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan biri digərini tamamlayan sübutlardan müəyyən edilir ki, hazırki mübahisəli mənzil Siyəzən şəhəri, F.Əlməmmədov küçəsi 53 ünvanında yerləşməklə, mənzilə dair mülkiyyət hüquqları 22 may 2024-cü il tarixdə Cavabdeh1 adına qeydə alınmış, qeydə alınmaya əsas olan sənəd 0,06 ha torpaq sahəsinin onun mülkiyyətində olmasına dair xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarış olmuşdur ki, həmin torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydə alınmasına əsas X18 ilə Cavabdeh1 arasında bağlanmış torpağın alqı-satqısına dair 24 may 2009-cu il tarixli müqavilə olmuşdur. Beləliklə, Siyəzən şəhəri, F.Əlməmmədov küçəsi 53 ünvanında yerləşən mənzil İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətində olmuşdur. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin müəyyən olunan hallarını əsas götürməklə məhkəmə hesab edir ki, mübahisəli mənzil birgə mülkiyyətdə olmuş, iddiaçının əmlakını satmaq kimi niyyəti olmamış və müvafiq səlahiyyəti olmayan Cavabdeh1 iddiaçının razılığı olmadan bağladığı bağışlama müqaviləsi iddiaçının iradə ifadəsinin təzahürü hesab oluna bilməz. Bağışlama müqaviləsinə münasibətdə məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Bundan başqa “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 7.5-ci bəndinə əsasən Ailə Məcəlləsinin 33.4-cü maddəsi ər-arvadın ümumi daşınmaz əmlakı üzərində onlardan birinin sərəncam verməsi üçün digər tərəfin razılığı ilə bağlı xüsusi forma şərti – notarial qaydada təsdiq edilmiş razılıq nəzərdə tutmuşdur. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdlərin bağlanması zamanı müvafiq razılığın alınmamasının nəticələri və vicdanlılıq Həmin qərarın 7.6-cı bəndinə əsasən ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Həmin qərarın 7.8-ci bəndinə əsasən ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz. Həmin qərarın 7.11-ci bəndinə əsasən eyni zamanda Mülki Məcəllənin daşınmaz əşyalarla bağlı 225.6-cı maddəsində vicdanlı şəxsin hüquqlarının qorunmaması barədə müddəa mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi qaydadan istisna olduğu üçün həmin normanın geniş təfsir olunması, eləcə də analogiya üzrə tətbiqi yolverilməzdir (Mülki Məcəllə, maddə 11.4). İşin yuxarıda şərh olunan hallarından görünür ki, cavabdeh Gülnarə Qasımova Cavabdeh1 birinci nikahdan olan qızı olmaqla onun ailə üzvü olmuş, hələ tərəflər arasında nikah pozulan zaman atasına məxsus torpaq sahəsinin və onun üzərində yerləşən evin ikinci nikahdan olan arvadı İddiaçı ilə birgə mülkiyyətində olduğunu bilmişdir və ya bilməli idi. Bundan başqa işdə olan çıxarış və bağışlama müqaviləsindən görünür ki, mübahisəli Siyəzən şəhəri, F.Əlməmmədov küçəsi 53 ünvanında yerləşən ev 22 may 2024-cü il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh1 adına rəsmiləşdirilmiş, bundan cəmi 7 gün sonra, yəni 29 may 2024-cü il tarixdə Cavabdeh1 bağışlama müqaviləsi ilə həmin mənzili qızı Gülnarə Qasımovaya bağışlamış və bundan cəmi 6 gün sonra, 04 iyun 2025-ci il tarixdə həmin mənzil xüsusi mülkiyyət hüquqi ilə X5 adına qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Gülnarə Qasımova əmlakı əldə edərkən daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi olmamış, əmlak qanunsuz yolla iddiaçının mülkiyyətindən çıxarılmış vəziyyət almışdır (reyestrdə bu cür görünmüşdür). Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək Cavabdeh1 Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamasına dair 29 may 2024-cü il tarixli 4Ə-787 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında aparılmış reyestr qeydi ləğv edilməklə, mübahisəli mənzil ümumi birgə mülkiyyətə qaytarılmalıdır. Müqavilənin ləğv edilməsi hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi onun bağlanması qaydasına uyğun həyata keçirilməlidir. Deməli müqavilənin ləğv edilməsi üçün ən azı iki müqavilə tərəfi olmalıdır. Bağışlama müqaviləsinin hüquqi təbiətinə görə isə bağışlama bir tərəfin iradə ifadəsini əks etdirməklə ikitərəfli müqavilə deyildir. Odur ki, onun ləğv edilməsinə deyil, yalnız etibarsız hesab edilməsinə yol verilir. Odur ki, iddia bu hissədə əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə ümumi birgə mülkiyyətdə olan əmlaka dair payların müəyyən edilməsi ilə bağlı qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarında qeyd edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Həmin qərarın 6.11-ci bəndinə əsasən ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Bununla belə, aşağıdakı istisna hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Həmin qərarın 6.12-ci bəndinə əsasən birincisi, ümumi əmlaka daxil olan predmetlərin bəziləri ər-arvad arasında mübahisəli deyilsə və ya öz razılıqları ilə artıq bölünmüşsə, məhkəmə həmin predmetləri tərəflərin iradəsi ziddinə bölə bilməz. Həmin qərarın 6.13-cü bəndinə əsasən ikincisi, tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. Həmin qərarın 6.18-ci bəndinə əsasən məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). Həmin qərarın 7.17-ci bəndinə əsasən ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür. Məhkəmə yuxarıda göstərilən hüquqi mövqeyi də nəzərə almaqla qeyd edir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsini deyil əmlak üzərində 1/2 hissəyə münasibətdə payların müəyyən edilməsini tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməli, Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh1 payları müəyyən edilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi verilərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamasına dair 29 may 2024-cü il tarixli 4Ə-787 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə qaytarılmalı, Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh1 payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamasına dair 29 may 2024-cü il tarixli 4Ə-787 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə qaytarılsın. Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsi, giriş 53 ünvanında yerləşən, ümumi sahəsi 110.0 kvadratmetr olan fərdi yaşayış evi üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh1 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günel Quluzadə