Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1027/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh «Mercedes-Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 1770 manatın və ödənilmiş 38,10 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən idarə olunan “X1” markalı, **-DA-*** (hadisə vaxtı dövlət qeydiyyat nişanı ** HK ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes-Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes-Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mercedes-Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1770 (bir min yeddi yüz yetmiş) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdehnəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cavabdeh təqsirli olması Sumqayıt şəhər DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1770 (bir min yeddi yüz yetmiş) manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı "xxxx"ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməklərinin üzrlü hesab edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitələrinin sığortası şəhadətnaməsindən görünür ki, “X1” markalı, **- DA-*** (hadisə vaxtı dövlət qeydiyyat nişanı ** HK ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək "xxxx"xxxx"xxxx"ASC tərəfindən verilmiş 054060 saylı sığorta aktından görünür ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1770 manat təşkil edir. - Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokolundan və qərarından görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətmiş və o, İXM-nin 332.2-cü maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 332.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 100 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən idarə olunan “X1” markalı, **-DA-*** (hadisə vaxtı dövlət qeydiyyat nişanı ** HK ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes-Benz” markalı, **- FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes-Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mercedes-Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1770 (bir min yeddi yüz yetmiş) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdehnəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cavabdeh təqsirli olması Sumqayıt şəhər DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1770 (bir min yeddi yüz yetmiş) manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli iddia tələbi 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1770 manat olduğundan cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 38,10 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh «Mercedes-Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 1770 manatın və ödənilmiş 38,10 manat dövlət rüsumunun əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş zərər 1770 manatın və ödənilmiş 38,10 manat dövlət rüsumunun əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-1027/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1027/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver