Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-107/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan “VAZ 21043” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh qeyriqanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılması və ya avtomobilin özü olmadığı təqdirdə onun dəyəri olan 6000 manat pulun, məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş kürəkənidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-314/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, iddiaçı X2 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixində bağlanmış nikahın pozulmuşdur. Onlar ayrılmamışdan əvvəl iddiaçı şəxsi mülkiyyətində olan “VAZ 21043” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəvələrinin aparıb gətirilməsi məqsədi ilə kürəkəninə idarə etməsi üçün vermişdir. Artıq cavabdeh iddiaçının qızı Cəfərova Xəyalədən ayrılmışdır. Bu günə Cavabdeh “VAZ 21043” markalı, 99-LE -29 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçıya qaytarmır. Hətta bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ərizə ilə müraciət etmişdir.xx.xx.2023cü il tarixli cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar arasında yaranmış mülki mübahisələrlə əlaqədar nəqliyyat vasitələrinin axtarışı (həbs) və ya saxlanılmasının məhkəmə orqanlarının müvafiq qərarı (qərardadı) əsasında həyata keçirilməsi nəzərə alınaraq toxunduğunuz məsələnin müsbət həlli üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda Cavabdeh “VAZ 21043” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qaytarmaqdan imtina etdiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən təminedilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar arasında yaranmış mülki mübahisələrlə əlaqədar nəqliyyat vasitələrinin axtarışı (həbs) və ya saxlanılmasının məhkəmə orqanlarının müvafiq qərarı (qərardadı) əsasında həyata keçirilməsi nəzərə alınaraq toxunduğunuz məsələnin müsbət həlli üçün iddiaçıya aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - 28 noyabr 2024-cü il tarixli 9/7961 №-li ekspert rəyindən görünür ki, 2001-ci il buraxlışlı “VAZ 21043” markalı, 99-LE -29 dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1452 sm3 olan, 23 il istismarda olmuş (2024-2001), təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri hesablama yolu ilə hazırki orta bazar qiyməti 4800 manat təşkil edir. - Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı şəxsi mülkiyyətində olan “VAZ 21043” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəvələrinin aparıb gətirilməsi məqsədi ilə kürəkəninə idarə etməsi üçün vermişdir. Artıq cavabdeh iddiaçının qızı Cəfərova Xəyalədən ayrılmışdır. Bu günə Cavabdeh “VAZ 21043” markalı, 99-LE -29 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçıya qaytarmır. 28 noyabr 2024-cü il tarixli 9/7961 №-li ekspert rəyindən görünür ki, 2001-ci il buraxlışlı “VAZ 21043” markalı, 99-LE -29 dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1452 sm3 olan, 23 il istismarda olmuş (2024-2001), təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri hesablama yolu ilə hazırki orta bazar qiyməti 4800 manat təşkil edir. İddiaçı xüsusi mülkiyyətində olan “VAZ 21043” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılması və ya avtomobilin özü olmadığı təqdirdə onun dəyəri olan 6000 manat pulun, məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Azərbayca Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib almaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbayca Respublikası Mülki Məcəlləsinin 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən -Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan “VAZ 21043” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı və ya avtomobilin özü olmadığı təqdirdə onun dəyəri olan 4800 manat pulu ödənilməlidir və ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan “VAZ 21043” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılsın, avtomobilin özü olmadığı təqdirdə onun dəyəri olan 4800 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-107/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-107/2025
04.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver