Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1075/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlak və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən 370 kvadrat metrlik və 650 kvadrat metrlik ticarət obyektlərinin əvəzində həmin ərazidə inşa edilmiş binaların birinci mərtəbəsi və zirzəmisindən 370 kvadrat metrlik və 650 kvadrat metrlik qeyri-yaşayış sahəsinin 510 kvadrat metrlik hissəsinin Cavabdeh1, qalan 510 kvadrat metrlik hissənin isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya qaytarılması, mənəvi ziyana görə 50000 manat məbləğində pulun 25000 manat hissəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, digər 25000 manat hissəsinin isə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətində olan 50,7 kvadrat metrlik mağazadan istifadəyə maneələrin aradan qaldırılması və iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 17:00-a təyin edilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlak və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-1075/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1075/2025
16.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver