Məhkəmə qərarları › İş №e-2(060)-1121/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1121/2025

07.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1121/2025 07.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının qaytarılması və pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının qaytarılması və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər ticarətlə məşğul olmuş, qonşu olan cavabdehi də alverçi kimi tanımışdır. 2023-cü ilin oktyabr ayında cavabdeh iddiaçıya bildirdi ki, qızıl alıb-satmaqla məşğuldur, istəsə iddiaçıya da olan qızıl-zinət əşyalarını tez bir vaxtda sataraq pulunu iddiaçıya verə bilər. İddiaçının həyat yoldaşı X2 yataq xəstəsi olması səbəbilə pula ehtiyacı olduğu üçün onun bu təklifinə inanaraq 2023cü ilin oktyabr ayında ona satmaq üçün qızıl-zinət əşyaları vermiş, lakin cavabdehin həmin qızıllardan iddiaçıya 2600 manat borcu qalmışdır. 2024 ilin mart ayında iddiaçı cavabdehə satmaq üçün aşağıdakı qızıl-zinət əşyalarını vermişdir: qızıl boyunbağı “Pandora” 6.63 qram 750 əyar 866 manat, qızıl Üzük “Donba” 2.94 qram 750 əyar 382 manat, qızıl sırğa “Tfanik” 4.70 qram 750 əyar 611 manat, qızıl sırğa ürək 2.84 qram 750 əyar 369 manat, qızıl Sırğa ürək “naxış” 2.88 qram 750 əyar 374 manat, qızıl Sırğa “versage” 2.74 qram 750 əyar 356 manat, qızıl sırğa “halqa qaşlı“ 1.63 qram 750 əyar 211 manat, qızıl sırğa “halqa enli” 1.78 qram 750 əyar 231 manat, qızıl sırğa “Versage” kiçik 1.58 qram 750 əyar 205 manat, qızıl boyunbağı “Sünbül” 14.28 qram 750 əyar 1999 manat, qızıl sırğa “Şəbəkə” 6.20 qram 583 əyar 620 manat, kloun “Ərəb” 10.54 qram 22 əyar 1528 manat olmaqla, cəmi 7752 manat. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus olan qızıl zinət əşyalarının- qızıl boyunbağı “Pandora” 6.63 qram 750 əyar 866 manat, qızıl Üzük “Donba” 2.94 qram 750 əyar 382 manat, qızıl sırğa “Tfanik” 4.70 qram 750 əyar 611 manat, qızıl sırğa ürək 2.84 qram 750 əyar 369 manat, qızıl Sırğa ürək “naxış” 2.88 qram 750 əyar 374 manat, qızıl Sırğa “versage” 2.74 qram 750 əyar 356 manat, qızıl sırğa “halqa qaşlı“ 1.63 qram 750 əyar 211 manat, qızıl sırğa “halqa enli” 1.78 qram 750 əyar 231 manat, qızıl sırğa “Versage” kiçik 1.58 qram 750 əyar 205 manat, qızıl boyunbağı “Sünbül” 14.28 qram 750 əyar 1999 manat, qızıl sırğa “Şəbəkə” 6.20 qram 583 əyar 620 manat, kloun “Ərəb” 10.54 qram 22 əyar 1528 manatın iddiaçıya qaytarılması, həmin qızılzinət əşyaları olmadıqda onların dəyərinin, əvvəlki qızıllara görə qalan 2600 manat məbləğində borcunun və satdığı qadın donuna görə iddiaçıya borclu olduğu 40 manat pulun, ümumilikdə 10392 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 122 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edilərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əlyazmanın surətindən görünür ki, Cavabdeh İddiaçı 10390 manat pul verməlidir. Mart ayının 30-dan başlayaraq hər ay 250 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh qızıl-zinət əşyalarını nisyə olaraq satmış, cavabdeh həmin əşyaların dəyərini hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Bir müddət aralarında hər hansı mübahisə olmamış, cavabdeh aldığı əşyaların dəyərini əvvəllər vaxtı-vaxtında ödəmişdir. Sonradan tərəflər arasında münasibətlər pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsi üzrə aldığı malların dəyərini ödəmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

11. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.

12. Belə ki, iş materiallarında olan sübutlardan, tərəflərin izahatlarından, müəyyən olunur ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.

13. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən al qı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

20. Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

22. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

23. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

24. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin təmin olunmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir.

25. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 12 adda qızıl-zinət əşyaları -“Pandora” markalı qızıl boyunbağı 6.63 qram, 750 əyar- 866 manat; “Donba” qızıl üzük 2.94 qram, 750 əyar- 382 manat; “Tfanik” markalı qızıl sırğa 4.70 qram, 750 əyar- 611 manat; Qızıl sırğa ürək 2.84 qram, 750 əyar-369 manat; Qızıl sırğa ürək “naxış” 2.88 qram, 750 əyar-374 manat; “Versage” qızıl sırğa 2.74 qram, 750 əyar- 356 manat; Qızıl sırğa “halqa qaşlı“ 1.63 qram. 750 əyar- 211 manat; Qızıl sırğa “halqa enli” 1.78 qram, 750 əyar-231 manat; “Versage” qızıl sırğa kiçik 1.58 qram, 750 əyar- 205 manat; “Sünbül” qızıl boyunbağı 14.28 qram, 750 əyar- 1999 manat; “Şəbəkə” qızıl sırğa 6.20 qram, 583 əyar-620 manat; “Ərəb” kloun 10.54 qram, 22 əyar- 1528 manat natura şəklində tutulmalı, qeyd olunan əmlaklar mövcud olmazsa, Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların yuxarıda qeyd olunan məbləğdə dəyəri tutulmalı, Cavabdeh 2640 (iki min altı yüz qırx) manat məbləğində pul və ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə aşağıdakı 12 adda qızıl-zinət əşyaları natura şəklində tutulsun: 1) “Pandora” markalı qızıl boyunbağı 6.63 qram, 750 əyar- 866 manat; 2) “Donba” qızıl üzük 2.94 qram, 750 əyar- 382 manat; 3) “Tfanik” markalı qızıl sırğa 4.70 qram, 750 əyar- 611 manat; 4) Qızıl sırğa ürək 2.84 qram, 750 əyar-369 manat; 5) Qızıl sırğa ürək “naxış” 2.88 qram, 750 əyar-374 manat; 6) “Versage” qızıl sırğa 2.74 qram, 750 əyar- 356 manat; 7) Qızıl sırğa “halqa qaşlı“ 1.63 qram. 750 əyar- 211 manat; 8) Qızıl sırğa “halqa enli” 1.78 qram, 750 əyar-231 manat; 9) “Versage” qızıl sırğa kiçik 1.58 qram, 750 əyar- 205 manat; 10) “Sünbül” qızıl boyunbağı 14.28 qram, 750 əyar- 1999 manat; 11) “Şəbəkə” qızıl sırğa 6.20 qram, 583 əyar-620 manat; 12) “Ərəb” kloun 10.54 qram, 22 əyar- 1528 manat. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən yuxarıda qeyd olunan əmlaklar mövcud olmazsa, Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların yuxarıda qeyd olunan məbləğdə dəyəri tutulsun. Cavabdeh 2640 (iki min altı yüz qırx) manat məbləğində pul və ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar