Məhkəmə qərarları › İş №e-2(060)-1169/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1169/2024

18.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1169/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi nümayəndısi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli və MŞS/MT030/2023-02275 saylı barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Maraqlı şəxs ilə nikaha daxil olmuş və bu nikah Abşeron rayon, Saray qəsəbə Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə № 45 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Onların xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015 il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015 il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 250 manat sabit pul məbləğində olmaqla ümumilikdə 500 manat alimentin verilməsi barədə razılıq əldə edilərək, barışıq sazişi imzalanmışdır. Həmin sazişin 9-cu bəndində tərəflər arasında ayrı müddət müəyyən edilmədiyi halda barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunacağı qeyd edilmişdir. Həmin sazişin 11-ci bəndində sazişin könüllü şəkildə icrasından imtina olunduğu halda tərəfin, sazişin məcburi şəkildə ica edilməsi üçün məhkəməyə müraciət etmə hüququnun olduğu qeyd edilmişdir. Lakin, Maraqlı şəxs, xx.xx.2023-cü il tarixli və MŞS/MT030/2023-02275saylı barışıq sazişi üzrə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015 il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 250 manat sabit pul məbləğində olmaqla ümumilikdə 500 manatın verilməsi hissəsində öhədliyini icra etməkdən boyun qaçırdır. Bu səbəbdən də MŞS/MT030/2023-02275 saylı barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndısi və vəkili Nümayəndə ərizəni müdafiə edərək X9 ilə Maraqlı şəxs Capolad oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02275 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs X9 ilə aralarında bağlanmış xx.xx.2023cü il tarixli, MŞS/MT030/2023-02275 saylı barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02275 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesi zamanı Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat alimenti Ərizəçi ödəməsi barədə öhdəlik götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Maraqlı şəxs ilə nikaha daxil olmuş və bu nikah Abşeron rayon, Saray qəsəbə Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə № 45 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Onların xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015 il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02275 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə mediasiya prosesi zamanı Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat alimenti Ərizəçi ödəməsi barədə öhdəlik götürmüşdür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02275 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02275 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar