Məhkəmə qərarları › İş №e-2(060)-1379/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1379/2022

21.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1379/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı Cavabdeh və "xxxx" MTK-ya qarşı müqavilənin ləğv edilməsi və digər tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh və "xxxx" MTK-ya (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MTK ilə X1 arasında bağlanmış 27.05.2021-ci il tarixli, 018003 saylı müqavilə, həmin müqaviləyə dair maliyyə arayışının ləğv edilməsi və ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104,79 kvadrat metr olan 18 saylı mənzilin ½ hissəsinin iddiaçının mülkiyyətinə keçməsini xahiş etmişdir. Müəyyən olunmuşdur ki, iddia ərizəsi iddiaçının nümayəndəsi kimi Vəkil tərəfindən imzalanmışdır. Lakin həmin şəxsə iddiaçı tərəfindən iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Yəni, iddia ərizəsi məhkəməyə verilərkən onu imzalayan şəxsin iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.2.). Məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh və "xxxx" MTK-ya qarşı müqavilənin ləğv edilməsi və digər tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar