Məhkəmə qərarları › İş №e-2(060)-1544/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1544/2021

01.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1544/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinin yüklülükdən azad edilməsi iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı lizinq müqaviləsi üzrə lizinq alan X4 xeyrinə yüklü edilmiş "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsinin yüklülükdən azad edilməsinin AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (hal-hazırda MMC) mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsini X9 ilə bağlanmış 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı lizinq müqaviləsinə əsasən, onun sahibliyinə və istifadəsinə vermişdir. AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində lizinq alan X1 və istifadə hüquqları qeydiyyata alınaraq torpaq sahəsi ilə yüklü edilmişdir. Lizinq müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, müqavilənin 1 saylı əlavəsində nəzərdə tutulmuş 107.064 manat məbləğində lizinq haqqı tam ödənildikdən sonra Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsi X4 mülkiyyətinə veriləcəkdir. Müqavilənin şərtlərinə görə X9 torpaq sahəsinin dəyərini hər ay 2974 manat olmaqla 36 ay müddətində ödəməyi üzərinə götürmüşdür. Lizinq alan X9 tərəfindən müqaviləyə uyğun olaraq lizinq obyektindən sahiblik və istifadə etdiyinə görə 17.09.2013-cü il tarixdə 2975 manat, 18.10.2013-cü il tarixdə 3000 manat, 09.11.2013-cü il tarixdə 654.71 manat və 14.04.2014-cü il tarixdə 1100 manat, ümumilikdə 7729,71 manat məbləğində ödənişlər etmiş, lakin sonradan müqaviləyə əsasən üzərinə götürdüyü ödənişləri dayandıraraq müqavilə şərtlərini pozmuşdur. Sonuncu dəfə ödənişi etdikdən 4 ay sonra isə 16.08.2014-cü il tarixdə lizinq alan X9 vəfat etmiş və onun 99.334 manat borcu qalmışdır. MMC tərəfindən lizinq alan X4 qanun üzrə birinci növbəli vərəsələrinə müraciət edilərək (anası və həyat yoldaşına) lizinq müqaviləsinin onlardan birinin adına dəyişdirilməsi, sahibliklərində və istifadələrində olan lizinq obyektinə görə qalan vəsaitin cədvəl üzrə ödənilməsinin davam edilməsi bildirilsə də, onlar bundan imtina edərək, təhviltəslim aktı ilə lizinq obyektini geri qaytarmışlar və ona görə də lizinq müqaviləsinə xitam verilmişdir. Bundan sonra AR ƏMDK yannda DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət edərək, lizinq alan X9 vəfat etdiyi üçün "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsinin yüklülükdən azad edilməsi xahiş edimişdir. Lakin cavabdeh İdarə **********02 saylı 03 iyun 2017-ci il tarix məktubla bidirmişdir ki, mərhum X4 notarius tərəfindən vərəsələri müəyyən olunmuş vərəsələrin ərizəsi əsasında və ya məhkəmə qararı əsasında yüklülükdən azad oluna bilər. Torpaq sahəsi lizinq alan X4 mülkiyyətində olmadığına görə onun vərəsələrinin həmin əmlaka dair vərəsəlik hüququ yaranmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı "Lizinq obyektinin yüklülükdən azad edilməsinə dair" iddia ərizəsi ilə müraciət edilmiş, lakin Məhkəmənin 2-1(85)- 220/2018 saylı 22 may 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmayaraq izah edilmişdir ki, daşınmaz əmlakın yuklülükdən azad olunması mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilən qərardad qanuni qüvvəsini almışdır. Lizinq alan mərhum X10 vəfat edəndən sonra onun qanun üzrə vərəsələri vərəsəlik şəhadətnaməsi almamışlar və lizinq obyektini almaqdan imtina edərək, lizinq obyektinin geri götürülməsi barədə MMC-yə rəsmi ərizə vermişlər. Hal-hazırda lizinq alan şəxsin vəfat etməsindən 6 il, onun vərəsələrinin isə torpaq sahəsinin geri qaytarmasından 5 ildən çox müddət keçmişdir. Bu müddət ərzində mərhum X4 anası vəfat etmişdir, qanun üzrə birinci növbəli vərəsələr dairəsində yalnız həyat yoldaşı qalmışdır. X5 birinci növbəli qanuni vərəsəsi sayılan həyat yoldaşı bu günə kimi vərəsəlik haqqında şəhadətnaməsi almadığına və torpaq sahəsinin yüklülükdən azad olunması barədə reyestr xidmətinə müraciət etmədiyinə görə "xxxx" MMC mülkiyyətində olan torpaq sahəsini yüklülükdən azad edə bilməmişdir. Bele olan halda "xxxx" MMC-nin mülkiyyət hüququ pozulmuş və həmin torpaq sahəsi ilə bağlı lizinq fəaliyyətini həyata keçirtmək hüququ uzun müddətdir ki, məhdudlaşmışdır. Lizinq alan mərhum X4 həyat yoldaşı Cavabdeh1 vərəsəlik şəhadətnaməsi almadığından və torpaq sahəsini geri qaytardığına görə "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsinin yüklülükdən azad olunmasına dair qərar çıxarılmalı və MMC-nin mülkiyyət hüquqları bərpa edilməlidir. Ona görə də iddia tələbinin qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC-nin 21.10.2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə lizinq alan X9 arasında bağlanmış 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı daxili lizinq müqaviləsinə əsasən, "xxxx" ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsi lizinq alan X6 36 ay müddətinə lizinqə verilmişdir. Lizinq alan X9 16.08.2014-cü il tarixdə vəfat etmişdir. - "xxxx" ASC-nin Müşahidə Şurasının iclasının 07.09.2015-ci il tarixli, 048/15-1 №-li protoklundan görünür ki, "xxxx" ASC ilə lizinq alan X9 arasında bağlanmış 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi; "xxxx" ASC ilə lizinq alan X9 arasında bağlanmış 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı daxili lizinq müqaviləsinin qeydiyyata alınmasına dair verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv olunması barədə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilməsi qərara alınmışdır. - "xxxx" ASC ilə lizinq alan X9 arasında bağlanmış 16.08.2013-cü il tarixli, DL- LA032-235829 saylı daxili lizinq müqaviləsinə əsasən, "xxxx" ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsi lizinq alan X6 36 ay müddətinə lizinqə verilmişdir. - 16.08.2013-cü il tarixli qəbul aktından görünür ki, lizinq obyekti olan - Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsi lizinq alan X9 tərəfindən 80.000.00 manat məbləğində təhvil alınmışdır. - Lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, lizinqin və lizinq obyektinin qiyməti 80.000 manatdır, aylıq ödənişin məbləği isə 36 ay müddətinə hər ay 2,974.00 manat təşkil edir. - X8 və Cavabdeh1 "xxxx" ASC-nə ünvanlanmış 11 dekabr 2014-cü il tarixli məktubundan görünür ki, X2 Vəzifə Cəmil qızının oğlu, Cavabdeh1 isə həyat yoldaşıdır. 16 avqust 2014-cü il tarixdə lizinq alan X9 vəfat etmişdir. Ona görə də, mərhumun birinci növbə vərəsələri olaraq onlar 80.000 manat məbləğində qiymətləndirilmiş lizinq obyektinin eyni qiymətlə "xxxx" ASC-dən geri götürülməsini xahiş etmişdirlər. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 16.08.2014-cü ildə X9 vəfat etmişdir. - Sumqayıt şəhər nikah evinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X11 arasında 28.06.2005-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 682 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. - 05 sentyabr 2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 ünvanında yerləşən, 0,12 ha torpaq sahəsi X4 ailə üzvü tərəfindən iddiaçıya geri qaytarılmışdır. - 07.09.2015-ci il tarixli iclas protokolundan görünür ki, "xxxx" ASC ilə lizinq alan X9 arasında bağlanmış 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı daxili lizinq müqaviləsinin ləğv edilməməsi; Müqavilənin lizinq qeydiyyatından azad olunması barədə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilməsi qərara alınmışdır. - "xxxx" ASC-nin AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış 25.05.2017-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə lizinq alan X9 arasında bağlanmış 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı daxili lizinq müqaviləsini yüklülükdən azad edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış 03.06.2017-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 ünvanında yerləşən, 0,12 ha torpaq sahəsi üzərindəki lizinq hüququnun (yüklülüyün) ləğv olunması üçün qanunamüvafiq qaydada mərhum X4 notarius tərəfindən vərəsələri müəyyən olunduqdan sonra, müəyyən olunmuş vərəsələrin ərizəsi əsasında və ya məhkəmə qərarı əsasında ləğv oluna bilməsi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə lizinq alan X9 arasında bağlanmış 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı daxili lizinq müqaviləsinə əsasən, "xxxx" ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsi lizinq alan X6 36 ay müddətinə lizinqə verilmişdir. Lizinq müqaviləsinin 2.3-cü maddəsinə əsasən, müqavilənin 1 saylı əlavəsində nəzərdə tutulmuş öhdəliklər tamamilə yerinə yetirildikdə lizinq obyekti olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsi X4 mülkiyyətinə keçməli idi. Lakin lizinq alan tərəfindən müqavilə bağlandıqdan sonra lizinq obyektindən istifadəyə görə lazımi ödənişləri etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Lizinq alan X9 16.08.2014-cü il tarixdə vəfat etmişdir. Sonuncunun ailə üzvləri ərizə ilə "xxxx" ASC-yə müraciət edərək lizinq obyektini geri qaytarmaq istədiklərini bildirmişlər və təhvil-təslim aktına əsasən, lizinq obyekti onlara geri qaytarılmışdır. Bu barədə iddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, "xxxx" ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsinin yüklülükdən azad edilməsini xahiş etmişdir. Cavabdeh isə "xxxx" ASC-yə 03.06.2017-ci il tarixli bildirişlə müraciət edərək, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv oluna biləcəyini, eyni zamanda mərhum X4 notarius tərəfindən vərəsələri müəyyən olunduqdan sonra, müəyyən olunmuş vərəsələrin ərizəsi əsasında və ya məhkəmə qərarı əsasında ləğv oluna biləcəyini bildirmişdir. İddiaçı hazırki iddia ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Bu Məcəllənin 748-5-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, sözügedən lizinq müqaviləsinə artıq xitam verildiyindən lizinq obyektinin yüklülüyünə hər hansı bir zərurət qalmadığı, müvafiq qeydiyyatın lizinq verənin- iddiaçının öz mülkiyyət hüquqlarını həyata keçirməsinə məhdudiyyətlər yaratdığı üçün iddia AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı münasibətdə əsaslıdır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Cavabdeh1 iddiaçı qarşısında hazırki iddiaya münasibətdə öhdəlik daşımır. Yəni Cavabdeh1 dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün səlahiyyətli deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə Cavabdeh1 cavabdeh qismində öhdəlik daşıya bilməz və o, iş üzrə cavabdeh kimi iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalı, 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı lizinq müqaviləsi üzrə lizinq alan X4 xeyrinə yüklü edilmiş "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsi yüklülükdən azad edilməli, həmin torpaq sahəsinin yüklülükdən azad edilməsi AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16.08.2013-cü il tarixli, DL-LA032-235829 saylı lizinq müqaviləsi üzrə lizinq alan X4 xeyrinə yüklü edilmiş "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2022 saylı torpaq sahəsi yüklülükdən azad edilsin. Həmin torpaq sahəsinin yüklülükdən azad edilməsi AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar