Məhkəmə qərarları › İş №e-2(060)-1569/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1569/2024

18.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1569/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/5-01664 nömrəli barışıq sazişinin 2.2-ci bəndinin (23 may 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 100 (bir yüz) manat alimentin hər ayın son günündən gec olmayaraq ödənilməsi hissəsinin) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə qeyri-rəsmi nikahda olmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə Mələk İsmətli adlı övladları olmuşdur. xx.xx.2017-ci ildə Atalığın müəyyən edilməsi barədə şəhadətnamə əldə etmişdir. Maraqlı şəxs ilə ilk dövrlərdən münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur. Halhazırda faktiki olaraq özünə məxsus ünvan 1 ünvanında yerləşən evimdə yaşayır. Maraqlı şəxs uşaqlarına baxmadığı və onunla maraqlanmadığı üçün maddi cəhətdən çətinlik çəkir. Həmçinin maddi tələbatları artığından qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və aralarında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən həmin tarixdən hesablanmaqla hər ay üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin hər ayın sonu ona ödənilməsi barədə razılıq əldə etmişlər. Saziş Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən Sumqayıt şəhərində bağlanmışdır. O, Şəki rayon qeydiyyatında olsa da özünə məxsus ünvan 1 ünvanında faktiki yaşayır. Məhz buna görə də saziş həmin yer üzrə bağlanmışdır. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs uşağın saxlanılması üçün alimentin ödənilməsindən yayınır. Bununlada o barışıq sazişinin tələblərini pozur və barışıq sazişinin könüllü icrasından imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Maraqlı şəxs ərizəni əsaslı hesab edərək bildirdi ki, o, işsiz olduğu üçün ərizəçiyə aliment ödəyə bilmir. Hazırda aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 23 may 2022-ci il tarixdə MŞB/5-01664 nömrəli barışıq sazişindən görünür ki, hər iki tərəf mediasiya prosesində qarşılıqlı razılıq əldə etdilər ki, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində aliment müəyyən edilsin. Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimenti hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Tərəflər arasında xx.xx.2015-ci il təvəllüdlü X2 təhsili, məktəbi və dini etiqadı ilə bağlı hə hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Tərəflərin bir-birinə qarşı hal-hazırda heç bir əmlak tələbi yoxdur və bundan sonra da olmayacağı barədə razılıq əldə edirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 23 may 2022-ci il tarixdə MŞB/5-01664 nömrəli barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təsdiq edilsin. Tərəflər arasında 23 may 2022-ci il tarixdə bağlanmış MŞB/5-01664 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar