Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1686/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlaklarının və şəxsi əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əmlaklarının və şəxsi əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus iddia ərizəsində qeyd olunan cehiz əmlaklarının və şəxsi əşyalarının, həmin əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 15.055 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun (85 AZN Sumqayıt Şəhər Məhkəməsinin, 50 AZN mediatorun hesabına) Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 10.03.2020-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahlarını 2 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 516 nömrə ilə qeyd edilmiş, AZ-İİ №392838 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahlarından 08.01.2021-ci ildə X3 adında övladları anadan olmuşdur, ona AZ-İV №547343 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri, ailə institutundan gözləntiləri uyğun gəlməmişdir. Belə ki, cavabdeh ailəsinin qeydinə qalmır, həyat yoldaşının və övladının maddi ehtiyaclarının ödənilməsinə biganə yanaşmışdır. Demək olar ki, ailə münasibətləri mütəmadi münaqişə şəraitində olmuşdur. Artıq uzun müddətdir ki, valideynləri ilə birlikdə yaşayır. Qeyd olunan səbəblərdən nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2021ci il tarixli, 2(011)-8173/2021-007 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Aylardır valideynlərinin evində yaşasa da, cehiz əşyalarının və şəxsi əşyalarının cavabdehlə birgə yaşadıqları Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 2, 10 nömrəli mənzildə qalmışdır. Onlar aşağıda qeyd olunan əşyalardır: mebellər: Yataq dəsti (çarpayı, paltar şkafı, 2 ədəd tumba, makyaj masası) yerli istehsal/ağ rəng – 2500 manat, Künc divan yerli istehsal/qəhvəyi rəng (1,70×3,20 ölçüsündə) - 1500 manat, Stol+ 6 ədəd stul yerli istehsal/qəhvəyi rəng – 750 manat, Kitab rəfi yerli istehsal/qəhvəyi rəng - 300 manat, Uşaq çarpayısı Mamalove – 300 manat, elektrik avadanlıqları X8 33 J 3420BC - 1150 manat, X7 202s2me (S2e) - 750 manat, Tozsoran Bergamo 4037 - 145 manat, Soba Eltek F-İ-28TTCG - 186 manat, Ətçəkən Berqamo 1167 - 192 manat, Mikser Eurolux 3899 ( ED) - 72 manat, Sokçəkən Kenwood, ağ rəng - 150 manat, Qəhvəüyüdən Sokany- 30 manat, Ütü Bergamo 1167 - 84 manat, Xrustallar: Dəst ayaqlı(1 böyük meyvəqabı, 1 konfet qabı, 2 mürəbbə qabı) - 290 manat, Ləpə qabı ayaqlı (2 ədəd) - 70 manat, Kül qabı (2 ədəd) - 50 manat, Meyvə qabı ayaqsız (4 ədəd) - 120 manat, Konfet/qənd qabı ayaqsız (7 ədəd) - 90 manat, Qapaqlı konfet qabı ayaqlı (1 ədəd) - 25 manat, Mürəbbə/qənd qabı uzun ayaqlı qapaqsız (2 ədəd) - 30 manat, Qənd qabı qapaqlı balaca (2 ədəd) - 10 manat, Qənd qabı karaca dəst (3 ədəd: 2 ədəd balaca; 1 ədəd böyük) - 60 manat , Şirniyyat qabı (2 ədəd dördkünc, 2 ədəd qayıqvari) - 60 manat, Güldan (2 ədəd böyük, 1 ədəd kiçik) - 75 manat, Xrustal çay stəkanı (12 ədəd) - 100 manat, Xrustal bakal (6+5 ədəd) - 45 manat, Xrustal su qabı - 15 manat, Xrustal kompot qrafini - 15 manat, Xrustal razetka (6 ədəd) - 10 manat, Qablar Serviz (12 person abed, çay, kofe) - 280 manat, Serviz (6 person: 5 salat, 6 dolma, 6 aş, 5 balaca kasa, 2 böyük kasa, 2 bulud) - 120 manat, Serviz dördkünc (6 boşqab, 1 iri boşqab, 2 duzistiot qabı) - 25 manat, Şüşə boşqab (4 ədəd) - 10 manat, Farfor dəst (çay nəlbəki; armudu nəlbəki; razetka- hərəsindən 12 ədəd) - 150 manat, Qaşıq dəsti sıyırmalı çamadan (12 person) - 180 manat, Qaşıq dəsti (6 xörək, 6 çəngəl, 6 çay, 6 bıçaq) - 25 manat, Dolma qaşığı (6 ədəd) - 12 manat, Aş qaşığı (2 ədəd) - 2 manat, Nəlbəki (6 ədəd) - 6 manat, Şüşə stəkan (6 ədəd) - 6 manat, Çaşqa (2 ədəd) - 4 manat, Su qarafini dəsti (12 stəkan, 1 su qarafini) – 30 manatTort qabı dəsti (6 boşqab, 1 ayaqlı tort qabı) - 30 manat, Slikon çömçələr- 20 manat , Taxta çömçələr - 4 manat, Nejavik çömçələr - 20 manat, Nejavika 5-li qazan dəsti - 185 manat, Tava (3 ədəd) - 60 manat , Aliminium böyük qazan - 35 manat, Aliminium balaca qazan - 4 manat, Çuqun tava balaca (2 ədəd) - 5 manat, Emal qazan dəsti 12-li (3 tas, 3+3 qazan, çaydan, çaşqa, uzun qulplu çaşqa) - 150 manat, Borcam dəsti 5 və ya 6-lı (qapaqlı şüşə qazanlar) - 100 manat, Çaydan (2 ədəd) - 55 manat , Elektrik çaydançaynik qırmızı rəng - 100 manat, Çaynik (3 ədəd) - 20 manat , Biçaq dəsti 5-li - 60 manat, Sos qabı balaca (2 ədəd) - 5 manat, Sos qabı qapaqlı balaca (2 ədəd) - 5 manat, Taslar (3 plasmas, 7 nejavik/dəmir) - 50 manat , Aşsüzən nejavik (1 ədəd böyük, 1 ədəd balaca) - 15 manat, Aşsüzən plastik (2 ədəd balaca) - 1 manat, Padnos 3-lü dəst nejavik - 60 manat, Padnos nejavik balaca - 5 manat, Padnos plasmas (2 ədəd) - 5 manat, Ədviyyat qabı şüşə (3 böyük, 3 balaca) - 8 manat, Duz istiot qabı (2 ədəd) - 2 manat, Saxlama qabı plasmas dördkünc (5 ədəd) - 12 manat, Doğrama taxtası (2 ədəd: 1 ədəd taxta; 1 ədəd plastik) - 10 manat, Çay dəmlik saxlama qabı- 5 manat, Stəkan içinə qoyulan setka dəmlik (2 ədəd) - 2 manat, Süzgəc (3 ədəd) – 3 manat, Oxlov (2 ədəd) - 2 manat, Tort qəlibi 3-lü dairəvi - 15 manat, Tort qəlibi dördkünc - 10 manat, Tort qabı fırlanan - 10 manat, Tort bəzəmə krem başlıqları- 6 manat, Krem yayma qaşıqları (3 ədəd balaca dəst, 1 ədəd böyük) - 10 manat, Peçenye qəlibləri və kəsənləri - 10 manat, Şirniyyat bişirmə ləvazimatları - 15 manat, Limonsıxan - 2 manat, Ələk - 1 manat, Ətdöyən - 3 manat , Qəndsındıran - 1 manat, Sarımsaq əzən - 3 manat, Banka açan - 1 manat, Alma içi oyan - 1 manat, Xəmir kəsən (2 ədəd) - 2 manat, Salfet bükən gül formasında (12 ədəd) - 12 manat, Plastik yağ qabı- 4 manat, Plastik süfrə üçün yağ-pendir qabı- 2 manat, Plastik yumurta qabı çamadanlı- 4 manat, Plastik səbət (2 ədəd) açıq yaşıl rəng- 2 manat, Plastik qapı asqısı zoğalı rəng - 2 manat , Paraşok qabı (2 ədəd) - 8 manat , Sürtgəc - 8 manat , Çörək qabı (2ədəd) - 5 manat, Qıf (3 ədəd) - 3 manat, Qazan qapaq papağı 3-lü dəst - 5 manat , Stol üstü qaşıq qoyan - 3 manat, Çömçə/qaşıq qabı dəmir deşikli (3 ədəd) - 4 manat, Süfrə üçün balaca süpürgə-xəkandaz - 1 manat , Çamadan bıçaq/forma kəsən dəsti - 30 manat , Qazan altlığı (3 ədəd) - 5 manat, Tutacaq (4 ədəd) - 5 manat, Suçəkən (qablar üçün pampers) - 1 manat , Dabankeş - 2 manat , Şüşə silən plastik - 1 manat, Polsilən vedrə - 11 manat, Yorğan- Döşək: Döşək-döşək dəsti (3 ədəd döşək, 4 ədəd yorğan) - 500 manat, Yastıq ( 4 ədəd tüklü, 3 ədəd slikon) - 140 manat, Uşaq üçün yorğan, döşək, yastıq - 60 manat , Pastel dəsti (6 dəst cüt, 1 dəst tək) - 450 manat, Yataq örtüsü dəst çəhrayı rəng - 200 manat, Qalın ədyal tünd bənövşəyi rəng - 60 manat , Nazik ədyal yaşıl rəng - 6 manat , Toxunma yataq örtüsü açıq bənövşəyi rəng - 250 manat , Uşaq ədyalı qalın krem rəngi- 60 manat , Uşaq ədyalı nazik göy rəng - 15 manat, Uşaq səbəti qəhvəyi rəng - 70 manat , Hamam, əl-üz dəsmalları- 300 manat, Çay dəsmalları- 60 manat , Xırda toxunma əşyalar - 15 manat , Süfrə (4 ədəd) - 125 manat, Süfrə toxunma krem-ten rəngi- 100 manat, İri Əşyalar: Xalça (2 ədəd: 1 ədəd 2×3 ölçüsündə; 1ədəd 0,80×1,50 ölçüsündə) - 420 manat, Pərdə zal (dekor, tül, günlük) qəhvəyi rəng - 150 manat, Pərdə yataq otağı(dekor, tül, günlük) zoğalı rəng - 150 manat, Lüstür zal 8 işıqlı gümüşü rəng- 110 manat, Ütü masası çəhrayı rəng - 65 manat, digər əşyalar: Paltar asqıları(17 ədəd) - 15 manat, Slikon pambıq - 5 manat , Dərzilik əşyaları- 50 manat, Rəngli kağızlar - 5 manat, Yapışqanlı rəngli balaca kağızlar - 5 manat , İynə-sap - 1 manat, Qayçı- 2 manat, Muncuqlar və s. - 5 manat, D vitamini (2 və ya 3 ədəd) -21 manat, Sarırezin halqa balaca idman aləti - 2 manat, Dərslik kitab dəftərləri və digər kitablar - 50 manat, Qarşoq, vanna, çasqa, vedrə - 25 manat, Beşbölməli saxlama qabı (3ədəd) çəhrayı rəng - 3 manat, Lövhə və ayaqlığı- 50, Makyaj aksessuarları üçün bölməli şüşəli organizer - 4 manat, Paltar qurutmaq üçün asqı- 30 manat, Xəkəndazlı süpürgə göy rəng - 8 manat, Paltar səbəti qəhvəyi rəng - 5 manat, Qapaqlı plastik səbət ağ rəng - 2 manat, şəxsi əşyalar, diplom, Üst paltarları- 50 manat, Alt paltarları- 5 manat, Uşaq paltarları-10 manat, Çantalar (4 ədəd) - 20 manat, Ayaqqabılar - 20 manat, Bijuteriya/aksesuarlar - 20 manat, Makyaj-kosmetika ləvazimatları- 30 manat, Mücrü suvenir çəhrayı rəng - 8 manat, Bakım setləri - 30 manat, Saç aksesuarları- 15 manat, Saç üçün hava feni - 25 manat, Saç üçün ütü feni - 25 manat. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəblərdən özünün və iddiaçının məhkəmə iclasında iştirak edə biməyəcəyini bildirərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə bildirişinin kötüyünə imza etdirilməklə) məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan əşyaların bəziləri, şirəçəkən, qəhvə üyüdən və kitab rəfi onun vəsaiti hesabına alınmışdır. Ona görə də hesab edir ki, əslində heç onlarla bağlı iddia tərəfindən tələb irəli sürülə bilməz. Bəzi əşyalar da vardır ki, onların nə olduğunu bilmir. O, iddiaçı tərəfə dəfələrlə əşyalarını götürməklərini xahiş etmişdir. İddiaçının qardaşı qızılları qaytaracağını və əşyaları götürəcəyini bildirmişdir. Lakin məsələnin məhkəmədən kənar həlli mümkün olmamışdır. Hazırda əşyaları götürmələrinə etiraz etmir və qızılları da istəmir. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 25.05.2019-cu il tarixli müqavilədən görünür ki, X1-dan 280 manat olan 1 ədəd SERVİS HS LUXE 12/137, 1 ədəd 185 manat olan SET FALEZ CELİK RUMBA 10 PRC almışdır. İşdə olan 08.03.2020-ci il tarixli müqavilədən görünür ki, X1-dan 1150 manat dəyərində olan X8 33 J 3420BC, 750 manat dəyərində olan X7 202s2me (S2e), 145 manat dəyərində olan Tozsoran Bergamo 4037, 186 manat dəyərində olan Soba Eltek F-İ-28TTCG, 192 manat dəyərində olan Ətçəkən Berqamo 1167, 72 manat dəyərində olan Mikser Eurolux 3899 (ED), 84 manat dəyərində olan Ütü Bergamo 1167 almışdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13.01.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər birgə nikaha daxil olmuş, onlar nikaha daxil olarkən azərbaycan el adət-ənənəsinə uyğun olaraq iddiaçıya valideynləri tərəfindən cehiz əmlak hədiyyə edilmişdir. Daha sonra tərəflər arasında olan nikah rəsmi qaydada pozulmuş və iddiaçının cehiz əmlakları cavabdehlə birgə yaşaqdıqları mənzildə qalmışdır. Hazırda iddiaçı həmin cehiz əmlaklarını geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Hazırki iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus cehiz əşyalarının cavabdehdə qalması işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh məhkəmə iclasında İddiaçı məxsus cehiz əmlakların onun mənzilində qaldığını və həmin əmlakların geri qaytarılmasına razı olduğunu bildirmişdir. Cavabdeh bəzi əşyaların - şirəçəkən, qəhvə üyüdən və kitab rəfinin onun tərəfindən alındığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddia ərizəsində qeyd edilən cehiz əmlaklar və şəxsi əşyalar alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə dövlət rüsumu və mediasiya xərci ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən çəkilən 135 manat məhkəmə xərci (85 manat dövlət rüsümu, 50 manat mediasiya xərci) cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 manat dəyərində olan Yataq dəsti (çarpayı, paltar şkafı, 2 ədəd tumba, makyaj masası) yerli istehsal/ağ rəng, 1500 manat dəyərində olan Künc divan yerli istehsal/qəhvəyi rəng (1,70×3,20 ölçüsündə), 750 manat dəyərində olan Stol+ 6 ədəd stul yerli istehsal/qəhvəyi rəng, 300 manat dəyərində olan Kitab rəfi yerli istehsal/qəhvəyi rəng, 300 manat dəyərində olan Uşaq çarpayısı Mamalove, 1150 manat dəyərində olan X8 33 J 3420BC, 750 manat dəyərində olan X7 202s2me (S2e), 145 manat dəyərində olan Tozsoran Bergamo 4037, 186 manat dəyərində olan Soba Eltek F-İ-28TTCG, 192 manat dəyərində olan Ətçəkən Berqamo 1167, 72 manat dəyərində olan Mikser Eurolux 3899 ( ED), 150 manat dəyərində olan Sokçəkən Kenwood, ağ rəng, 30 manat dəyərində olan Qəhvəüyüdən Sokany, 84 manat dəyərində olan Ütü Bergamo 1167, 290 manat dəyərində olan Dəst ayaqlı(1 böyük meyvəqabı, 1 konfet qabı, 2 mürəbbə qabı), 70 manat dəyərində olan Ləpə qabı ayaqlı(2 ədəd), 50 manat dəyərində olan Kül qabı (2 ədəd), 120 manat dəyərində olan Meyvə qabı ayaqsız (4 ədəd), 90 manat dəyərində olan Konfet/qənd qabı ayaqsız (7 ədəd), 25 manat dəyərində olan Qapaqlı konfet qabı ayaqlı (1 ədəd), 30 manat dəyərində olan Mürəbbə/qənd qabı uzun ayaqlı qapaqsız (2 ədəd), 10 manat dəyərində olan Qənd qabı qapaqlı balaca (2 ədəd), 60 manat dəyərində olan Qənd qabı karaca dəst (3 ədəd: 2 ədəd balaca; 1 ədəd böyük), 60 manat dəyərində olan Şirniyyat qabı (2 ədəd dördkünc, 2 ədəd qayıqvari), 75 manat dəyərində olan Güldan (2 ədəd böyük, 1 ədəd kiçik), 100 manat dəyərində olan Xrustal çay stəkanı (12 ədəd), 45 manat dəyərində olan Xrustal bakal (6+5 ədəd), 15 manat dəyərində olan Xrustal su qabı, 15 manat dəyərində olan Xrustal kompot qrafini, 10 manat dəyərində olan Xrustal razetka (6 ədəd), 280 manat dəyərində olan Qablar Serviz (12 person abed, çay, kofe), 120 manat dəyərində olan Serviz (6 person: 5 salat, 6 dolma, 6 aş, 5 balaca kasa, 2 böyük kasa, 2 bulud), 25 manat dəyərində olan Serviz dördkünc (6 boşqab, 1 iri boşqab, 2 duz-istiot qabı), 10 manat dəyərində olan Şüşə boşqab (4ədəd), 150 manat dəyərində olan Farfor dəst (çay nəlbəki; armudu nəlbəki; razetka- hərəsindən 12 ədəd), 180 manat dəyərində olan Qaşıq dəsti sıyırmalı çamadan (12 person), 25 manat dəyərində olan Qaşıq dəsti (6 xörək, 6 çəngəl, 6 çay, 6 biçaq), 12 manat dəyərində olan Dolma qaşığı (6 ədəd), 2 manat dəyərində olan Aş qaşığı (2 ədəd), 6 manat dəyərində olan Nəlbəki (6 ədəd), 6 manat dəyərində olan Şüşə stəkan (6 ədəd), 4 manat dəyərində olan Çaşqa (2 ədəd), 30 manat dəyərində olan Su qarafini dəsti (12 stəkan, 1 su qarafini), 30 manat dəyərində olan Tort qabı dəsti (6 boşqab, 1 ayaqlı tort qabı), 20 manat dəyərində olan Slikon çömçələr, 4 manat dəyərində olan Taxta çömçələr, 20 manat dəyərində olan Nejavik çömçələr, 185 manat dəyərində olan Nejavika 5-li qazan dəsti, 60 manat dəyərində olan Tava (3 ədəd), 35 manat dəyərində olan Aliminium böyük qazan, 4 manat dəyərində olan Aliminium balaca qazan, 5 manat dəyərində olan Çuqun tava balaca (2 ədəd), 150 manat dəyərində olan Emal qazan dəsti 12-li (3 tas, 3+3 qazan, çaydan, çaşqa, uzun qulplu çaşqa), 100 manat dəyərində olan Borcam dəsti 5 və ya 6-lı (qapaqlı şüşə qazanlar), 55 manat dəyərində olan Çaydan (2 ədəd), 100 manat dəyərində olan Elektrik çaydan-çaynik qırmızı rəng, 20 manat dəyərində olan Çaynik (3 ədəd), 60 manat dəyərində olan Biçaq dəsti 5-li, 5 manat dəyərində olan Sos qabı balaca (2 ədəd), 5 manat dəyərində olan Sos qabı qapaqlı balaca (2 ədəd), 50 manat dəyərində olan Taslar (3 plasmas, 7 nejavik/dəmir), 15 manat dəyərində olan Aşsüzən nejavik (1 ədəd böyük, 1 ədəd balaca), 1 manat dəyərində olan Aşsüzən plastik (2 ədəd balaca), 60 manat dəyərində olan Padnos 3-lü dəst nejavik, 5 manat dəyərində olan Padnos nejavik balaca, 5 manat dəyərində olan Padnos plasmas (2 ədəd), 8 manat dəyərində olan Ədviyyat qabı şüşə (3 böyük, 3 balaca), 2 manat dəyərində olan Duz istiot qabı (2 ədəd), 12 manat dəyərində olan Saxlama qabı plasmas dördkünc (5 ədəd), 10 manat dəyərində olan Doğrama taxtası (2 ədəd: 1 ədəd taxta; 1 ədəd plastik), 5 manat dəyərində olan Çay dəmlik saxlama qabı, 2 manat dəyərində olan Stəkan içinə qoyulan setka dəmlik (2 ədəd), 3 manat dəyərində olan Süzgəc (3 ədəd), 2 manat dəyərində olan Oxlov (2 ədəd), 15 manat dəyərində olan Tort qəlibi 3-lü dairəvi, 10 manat dəyərində olan Tort qəlibi dördkünc, 10 manat dəyərində olan Tort qabı fırlanan, 6 manat dəyərində olan Tort bəzəmə krem başlıqları, 10 manat dəyərində olan Krem yayma qaşıqları (3 ədəd balaca dəst, 1 ədəd böyük), 10 manat dəyərində olan Peçenye qəlibləri və kəsənləri, 15 manat dəyərində olan Şirniyyat bişirmə ləvazimatları, 2 manat dəyərində olan Limonsıxan, 1 manat dəyərində olan Ələk, 3 manat dəyərində olan Ətdöyən, 1 manat dəyərində olan Qəndsındıran, 3 manat dəyərində olan Sarımsaq əzən, 1 manat dəyərində olan Banka açan, 1 manat dəyərində olan Alma içi oyan, 2 manat dəyərində olan Xəmir kəsən (2 ədəd), 12 manat dəyərində olan Salfet bükən gül formasında (12 ədəd), 4 manat dəyərində olan Plastik yağ qabı, 2 manat dəyərində olan Plastik süfrə üçün yağ-pendir qabı, 4 manat dəyərində olan Plastik yumurta qabı çamadanlı, 2 manat dəyərində olan Plastik səbət (2 ədəd) açıq yaşıl rəng, 2 manat dəyərində olan Plastik qapı asqısı zoğalı rəng, 8 manat dəyərində olan Paraşok qabı (2 ədəd), 8 manat dəyərində olan Sürtgəc, 5 manat dəyərində olan Çörək qabı (2ədəd), 3 manat dəyərində olan Qıf (3 ədəd), 5 manat dəyərində olan Qazan qapaq papağı 3-lü dəst, 3 manat dəyərində olan Stol üstü qaşıq qoyan, 4 manat dəyərində olan Çömçə/qaşıq qabı dəmir deşikli (3 ədəd), 1 manat dəyərində olan Süfrə üçün balaca süpürgə-xəkandaz, 30 manat dəyərində olan Çamadan biçaq/forma kəsən dəsti, 5 manat dəyərində olan Qazan altlığı (3 ədəd), 5 manat dəyərində olan Tutacaq (4 ədəd), 1 manat dəyərində olan Suçəkən (qablar üçün pampers), 2 manat dəyərində olan Dabankeş, 1 manat dəyərində olan Şüşə silən plastik, 11 manat dəyərində olan Polsilən vedrə, 500 manat dəyərində olan Döşək-döşək dəsti (3 ədəd döşək, 4 ədəd yorğan), 140 manat dəyərində olan Yastıq ( 4 ədəd tüklü, 3 ədəd slikon), 60 manat dəyərində olan Uşaq üçün yorğan, döşək, yastıq, 450 manat dəyərində olan Pastel dəsti (6dəst cüt, 1dəst tək), 200 manat dəyərində olan Yataq örtüsü dəst çəhrayı rəng, 60 manat dəyərində olan Qalın ədyal tünd bənövşəyi rəng, 6 manat dəyərində olan Nazik ədyal yaşıl rəng, 250 manat dəyərində olan Toxunma yataq örtüsü açıq bənövşəyi rəng, 60 manat dəyərində olan Uşaq ədyalı qalın krem rəngi, 15 manat dəyərində olan Uşaq ədyalı nazik göy rəng, 70 manat dəyərində olan Uşaq səbəti qəhvəyi rəng, 300 manat dəyərində olan Hamam, əl-üz dəsmalları, 60 manat dəyərində olan Çay dəsmalları, 15 manat dəyərində olan Xırda toxunma əşyalar, 125 manat dəyərində olan Süfrə (4 ədəd), 100 manat dəyərində olan Süfrə toxunma krem-ten rəngi, 420 manat dəyərində olan Xalça (2 ədəd: 1 ədəd 2×3 ölçüsündə; 1ədəd 0,80×1,50 ölçüsündə), 150 manat dəyərində olan Pərdə zal (dekor, tül, günlük) qəhvəyi rəng, 150 manat dəyərində olan Pərdə yataq otağı(dekor, tül, günlük) zoğalı rəng, 110 manat dəyərində olan Lüstür zal 8 işıqlı gümüşü rəng, 65 manat dəyərində olan Ütü masası çəhrayı rəng, 15 manat dəyərində olan Paltar asqıları (17 ədəd), 5 manat dəyərində olan Slikon pambıq, 50 manat dəyərində olan Dərzilik əşyaları, 5 manat dəyərində olan Rəngli kağızlar, 5 manat dəyərində olan Yapışqanlı rəngli balaca kağızlar, 1 manat dəyərində olan İynə-sap, 2 manat dəyərində olan Qayçı, 5 manat dəyərində olan Muncuqlar və s., 21 manat dəyərində olan D vitamini (2 və ya 3 ədəd), 2 manat dəyərində olan Sarırezin halqa balaca idman aləti, 50 manat dəyərində olan Dərslik kitab dəftərləri və digər kitablar, 25 manat dəyərində olan Qarşoq, vanna, çasqa, vedrə, 3 manat dəyərində olan Beşbölməli saxlama qabı(3ədəd) çəhrayı rəng, 50 manat dəyərində olan Lövhə və ayaqlığı, 4 manat dəyərində olan Makyaj aksesuarları üçün bölməli şüşəli organizer, 30 manat dəyərində olan Paltar qurutmaq üçün asqı, 8 manat dəyərində olan Xəkəndazlı süpürgə göyrəng, 5 manat dəyərində olan Paltar səbəti qəhvəyi rəng, 2 manat dəyərində olan Qapaqlı plastik səbət ağ rəng, şəxsi əşyalar, diplom, 50 manat dəyərində olan Üst paltarları, 5 manat dəyərində olan Alt paltarları, 10 manat dəyərində olan Uşaq paltarları, 20 manat dəyərində olan Çantalar (4 ədəd), 20 manat dəyərində olan Ayaqqabılar, 20 manat dəyərində olan Bijuteriya/aksesuarlar, 30 manat dəyərində olan Makyaj-kosmetika ləvazimatları, 8 manat dəyərində olan Mücrü suvenir çəhrayı rəng, 30 manat dəyərində olan Bakım setləri, 15 manat dəyərində olan Saç aksesuarları, 25 manat dəyərində olan Saç üçün hava feni, 25 manat dəyərində olan Saç üçün ütü feni, onlar olmadığı təqdirdə isə onların dəyəri və ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu və mediasiya xərci alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1686/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1686/2022
25.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver