Məhkəmə qərarları › İş №e-2(060)-1852/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1852/2023

16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1852/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, ərizəçi İddiaçı ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs - Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, Corat Bağları fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir (149.2.2.). İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.) Göründüyü kimi ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Belə olan halda qeyd edilən tələblə bağlı ərizə məhkəməyə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında verilməli idi. Lakin ərizəçi belə etməmiş, sözügedən ərizənin başlığında iddia ərizəsi, icraatın növü kimi iddia icraatı qeyd etmişdir. Eyni zamanda ərizəçi ərizənin başlığında özünü iddiaçı kimi qeyd etmişdir. Həmçinin o, ərizənin başlığında maraqlı şəxs kimi 1 saylı Sumqayıt regional "Asan Xidmət " mərkəzini göstərsə də, ərizənin mətninin giriş hissəsində Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi göstərməklə ərizənin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi İddiaçı ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar