Məhkəmə qərarları › İş №e-2(060)-234/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-234/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-234/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakdan əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində 11 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakdan əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00629 nömrəli və xx.xx.2020-ci il tarixli 2020/00752 nömrəli nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı "Kəpəz” BOKT MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixinə 2019/00629 nömrəli kredit üzrə ümumi 43 471.91 manat məbləğində (24 922.46 əsas borc, 8 256.45 faiz borc və 10 290.00 manat dəbbə pulu), 2020/00752 nömrəli kredit üzrə ümumi 17 217.77 manat məbləğində (10 000 manat əsas borc, 3 537.77 manat, faiz borc və 3 680.00 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 0.0135 ha torpaq sahəsinin üzərində yerləşən 222.2 kv.m. ümumi sahəsi, 142.5 kv.m. yaşayış sahəsi, 79.7 kv.m. köməkçi sahəsi olan, 2 mərtəbəli 6 otaqlı 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 2019/00629 nömrəli kredit üzrə ümumi 43 471.91 manat məbləğində (24 922.46 əsas borc, 8 256.45 faiz borc və 10 290.00 manat dəbbə pulu), 2020/00752 nömrəli kredit üzrə ümumi 17 217.77 manat məbləğində (10 000 manat əsas borc, 3 537.77 manat, faiz borc və 3 680.00 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS799419466AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hal-hazırda iddiaçı "xxxx" BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən kredit tam ödənildiyindən hazırkı məhkəmə işinə xitam verilməsini xahiş etmişdir. Аzərbaycan Рespublikası МPМ-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq, həmçinin iddiadan imtina barədə ərizəni və işin digər materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmamaqla yanaşı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, hazırki iş üzrə iddiaçı "xxxx" BOKT MMC-nin iddiadan imtina barədə ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Аzərbaycan Рespublikası МPМ-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Respublikası МPМ-in 261.0.4; 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakdan əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar