Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2363/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2846 (iki min səkkiz yüz qırx altı) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, 50 (əlli) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2996 (iki min doqquz yüz doxsan altı) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 13 mart 2020-ci il tarixli ALY-34 saylı “X3” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, 99- PX-89 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD779103 seriyalı, 2020- ci il buraxılışlı, Ban: №XWBTF69V9LA040104, ağ rəng) avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün X1 istifadəsinə verilmişdir. X2 istifadəsində olan zaman vətəndaş Cavabdeh30 mart 2021-ci il tarixdə, saat 03:30 radələrində həmin avtomobili idarə etmiş və Bakı-Quba yolunun 28-ci kilometrliyində ara məsafəsi qaydalarını pozmuşdur. Qeyd olunan əmələ görə 10 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP _4363246 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2846 (iki min səkkiz yüz qırx altı) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 2846 (iki min səkkiz yüz qırx altı) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək eyni zamanda ərizə ilə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, ALY-34 saylı X3ndən görünür ki, lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, 99-PX-89 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD779103 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA040104, ağ rəng) avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün X1 istifadəsinə verilmişdir. - xx.xx.2020-ci il tarixli 53 №-li icarə müqaviləsindən görünür ki, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. - 09 aprel 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. - Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, **-PX-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtomobil servisdə təmir edilərsə ona çəkilən xərc ümumilikdə 2846 manat təşkil edəcəkdir. - 10 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP _4363246 nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 13 mart 2020-ci il tarixli ALY-34 saylı “X3” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, 99-PX-89 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD779103 seriyalı, 2020- ci il buraxılışlı, Ban: №XWBTF69V9LA040104, ağ rəng) avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün X1 istifadəsinə verilmişdir. X2 istifadəsində olan zaman vətəndaş Cavabdeh3 0 mart 2021-ci il tarixdə, saat 03:30 radələrində həmin avtomobili idarə etmiş və Bakı-Quba yolunun 28-ci kilometrliyində ara məsafəsi qaydalarını pozmuşdur. Qeyd olunan əmələ görə 10 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP _4363246 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2846 (iki min səkkiz yüz qırx altı) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 2846 (iki min səkkiz yüz qırx altı) manat zərər dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə zərər dəymiş, lakin dəymiş zərər cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, Cavabdeh ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın hüquqi yardımla əlaqədar çəkilmiş xərc hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarına əlavə olunmuş qəbzdə onun tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində vəsaitin ödənilməsi təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 2846 (iki min səkkiz yüz qırx altı) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, 50 (əlli) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2996 (iki min doqquz yüz doxsan altı) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2846 (iki min səkkiz yüz qırx altı) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi, ümumilikdə 2996 (iki min doqquz yüz doxsan altı) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2363/2022
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-2363/2022
23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver