Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2436/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh qarşı musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi Cavabdeh qarşı musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsinində olan Park Palace şadlıq evində, mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, cavabdehdən ödənilməmiş müəllif qonorarı olmaqla 18.450 (on altımin 450) AZN vəsaitin və 50000 (əlli min) AZN kompensasıyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh qarşı musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2436/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2436/2025
29.05.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver