Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3013/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, anası mərhum X2 xx.xx.2023-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçinin mərhum anası xx.xx.1957-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində faktiki olaraq yaşadığı ünvan 1 ünvanında uzun müddətdir əziyyət çəkdiyi“ Epilepsiya, yüksək təzyiq və şəkərli diabet” xəstəliyi səbəbindən vəfat etmişdir. Belə ki, xx.xx.2023-cü il tarxində anası G.Hümbətova adına Sumqayıt şəhər Təcili və X5 Stansiyasına daxil olmuş çağırış əsasında, göndərilən briqada tərəfindən qeyd edilən ünvanda anası G.Hümbətovanın meydini aşkar edilmişdir. Sonradan tərəfindən edilmiş müraciət əsasında “Sumqayıt Tibb Mərkəzi” X10 X11 Stansiyası xx.xx.2023-cü il tarxili 2075 nömrəli rəsmi şəkildə təqdim edilən məktubda ölüm hadisəsinin baş verdiyi təsdiqlənmiş və hadisə barədə müvafiq polis orqanına məlumat verildiyi qeyd edilmişdir. “Sumqayıt Tibb Mərkəzi” X10 X11 Stansiyası tərəfindən təqdim edilmiş məktub əsasında 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzinə ölüm haqqında şəhadətnamənin təqdim edilməsi ilə bağlı müraciət etsədə ərizəçiyə ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışının) təqdim edilmədən şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarxində ölüm faktını təsdiq edən sənədin təqdim edilməsi məqsədi ilə “Sumqayıt Tibb Mərkəzi” X12 rəsmi müraciət ünvanlansa da, sonuncu tərəfindən göndərilən 21 dekabr 2023-cü il tarixli cavab məktubunda anası G.Hümbətovanın Ailə Sağlamlıq Mərkəzinə müraciət etmədiyi və poliklinik şöbənin nevroloji və endokrinoloji kabinetində qeydiyyata alınmadığı səbəbindən ölüm faktını təsdiq edən sənədin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, mərhum anası G.Hümbətovanın ölüm faktını təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq ərizəçiyə xx.xx.2024-cü il tarxində edilmiş müraciəti üzrə Sumqayıt Şəhəri Qeydiyyat Şöbəsindən xx.xx.2024-cü il tarixində göndərilmiş cavab məktubu əsasında ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ona görə də müvafiq sənədin əldə edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmədə ərizəçinin nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan “Tibbi ərazi X3” Publik Hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum G.Hümbətova xx.xx.2023-cü il tarixdə vəfat edən zaman evdə tək olmuş, ölüm hadisəsi barədə polis əməkdaşlarına məlumat verilmiş və meyit polis əməkdaşlarına təhvil verilmişdir. Belə olan hallarda ölüm haqqında şəhadətnamənin məhkəmə tərəfindən veriləcəyi barədə ərizə müvafiq izahat verilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası “Tibbi ərazi X3” “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsin X11 Stansiyasının Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:54-də ünvan 1 ünvanında yaşayan 1957-ci il təvəllüdlü X4 adına 14 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1957ci il təvəllüdlü X1 meydini aşkar etmişdir. Mərhumun boynu və başı kəskin sianotik, burnunda qurumuş halda qanlı ifrazat, bədəndə çox saylı meyit ləkələri aşkarlanmışdır. Oğlunun deməsinə görə mərhumə “Epilepsiya, yüksək təzyiq və şəkərli diabet”dən əziyyət çəkmişdir. Ölüm hadisəsi barədə polisə məlumat verilmiş və meyit polis əməkdaşlarına təhvil verilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi vətəndaşlara xidmət idarəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 10 oktyabr 2023-cü il tarixində vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, anası X1 öz əcəli ilə vəfat etdiyinə görə heç bir şikayət və ya tələbləri olmadığı və araşdırmanın dayandırılmasını xahiş etdiyi üçün toplanmış material PB-nin dəftərxanasında işə tikilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı ilə həqiqətən xx.xx.1957-ci təvəllüldü X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölüm faktı sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1957-ci təvəllüldü X1 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3013/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3013/2024
20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver