Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3055/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 54.460 (əlli dörd min dörd yüz altımış) manatın, 1.000 (min) manat mənəvi zərərin və iddia ərizəsi verilərkən ödənilmiş 257 (iki yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmış və nizamnamə əsasında fəaliyyət göstərən (əsasən beynəlxalq yükdaşımalar) - icarəyəverən qismində İddiaçı MMC-nin direktoru X6 ilə icarəçi qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə və mülki məsuliyyət haqqında Müqavilələrə əsasən icarəçi özünə məxsus “X12 1844 LS yük” markalı, yəyərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentli-furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçinin müraciəti əsasında icarə haqqı ödənişlərinin həyata keçirilməsi müqabilində, Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq 3 il müddətinə icarəyə təqdim emişdir. Müqavilənin şərtlərinə görə icarə müqaviləsi müddəti ərzində daşınar əmlaka mülkiyyət hüququ icarəyəverəndə saxlanılmışdır. Bu müddət ərzində icarəçi daşınar obyekt üzərində müvəqqəti sahiblik və ondan istifadə hüquqlarına malik olmuşdur. İcarə ödənişlərinin həyata keçirilməsi icarəçinin daşınar obyekt üzərində mülkiyyət hüququna malik olmasını ifadə etməmişdir. İcarəçi avtomobilin və yarımqoşqunun saxlanmasına görə tam məsuliyyət daşımaqla, itirilmənin və ya zədələnmənin qarşısını almaq üçün öz hesabına tədbirlər görməli, həmçinin obyekti işlək vəziyyətdə saxlamalı olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdeh Qəribov X3 Respublikasına yük aparmaq məqsədi ilə Gürcüstan Respublikasından keçərkən Sarp deyilən ərazidə təxminən günorta saat 12-13 radələrində magistral şossedə hərəkətdə olduğu zaman sürət həddini aşmaqla qarşıdan gələn minik avtomobilinin yoluna çıxaraq toqquşmaqla ağır yol qəzası törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində MMC-yə məxsus avtomobilə çox ciddi maddi ziyan dəymiş, minik avtomobilində olan 2 nəfər isə dünyasını dəyişmişdir. Bu barədə cavabdeh şəxsən iddiaçıya özü məlumat verməmişdir. Hadisə yerinə gəlmiş şəxslər sonradan telefon vasitəsi ilə bildirmişlər ki, belə bir qəza baş vermişdir. Bir müddət cavabdeh ilə əlaqə saxlamaq mümkün olmamış və hadisənin təfərrüatları iddiaçıya məlum olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı təyin edilmiş bir çox ekspert rəyləri və digər hallarla Cavabdeh bu hadisənin törədilməsində günahkar olduğu tam sübuta yetirilmişdir. Cavabdeh icarə obyektini tam yararsız vəziyyətə salmış və 2022-ci ilin dekabr ayında avtomobil Gürcüstan Respublikasından gətirilərək müvəqqəti duracağa yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib olunmuş akta əsasən avtomobilə 54.460 manat məbləgində ziyan dəymişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, keçən müddət ərzində cavabdeh MMC-yə vurulmuş ziyandan heç bir ödəniş etməmişdir. Sonradan müəyyən olunmuşdur ki, cavabdeh avtomobili idarə etdiyi dövrdə xeyli məbləğə yığılıb qalmış cərimələri belə ödəməmişdir. Tərəflər arasında bağanmış mülki məsuliyyət haqqında müqavilənin 1.1-ci bəndinə əsasən icarəçi avtonəqliyyat vasitəsininin qeydinə qalmalı və ona heç bir ziyan vurmamalıdır. Həmin müqavilənin 1.2, 1.12, 1.13-cü bəndlərinə əsasən isə icarəçi vaxtlı-xaxtında öhdəsində olan avtonəqliyyat vasitəsinin təhlükəsizliyi barədə məlumat verməli, digər diqqətəlayiq şərtləri yerinə yetirməli, yol hərəkəti qaydalarına, yüklərin daşınması, texniki təhlükəsizlik qaydalarına və s. əməl etməli, həmçinin yol-nəqliyyat hadisəsinin baş verməsi barədə icarədara bildirməlidir. Cavabdehin qanunsuz əməlləri nəticəsində MMC-yə ziyan vurulduğundan, pozulmuş hüquqlarınının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bununla yanaşı hesab edirlər ki, cavabdehin təqsiri üzündən keçən müddət ərzində iddiaçı avtonəqliyyat vasitəsini vaxtında saz vəziyyətdə təhvil ala bilməmiş və bununlada ümid etdiklərindən məhrum olmuşdur. İddiaçıya vurulmuş mənəvi zərər isə qeyri-əmlak xarakterli olduğundan bunu pul ilə ifadə etməklə 1.000 manat dəyərində qiymətləndirirlər və tələb edirlər. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İddiaçındə sürücü işləmişdir. Maşında olan nasazlıq nəticəsində o, hadisəni törətmişdir. Hadisədən sonra o, 5-6 gün xəstəxanada qalmışdır. Şirkət bir dəfə də olsun onunla maraqlanmamışdır. Hadisə Gürcüstan Respublikasının ərazisində olmuşdur. Orada 83 gün qalmış, istintaq bitdikdən sonra o, inzibati məsuliyyətə cəlb edilmiş və 1000 lari cərimə ödəmişdir. İddiaçı il. Aralarında əmək müqaviləsi olmadəgə üçün o heç bir məsuliyyət daşımır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X7 bildirdi ki, cavabdeh onlarla bərabər 1 il sürücü kimi iddiaçı təşkilatda çalışmışdır. Qəza törədilən yük maşını ona məxsusdur. X8 yük aparan zaman Gürcüstan Respublikasında baş vermişdir. Onlar hadisənin baş verməsində kimin günahkar olması ilə cavabdehdən maraqlandıqda hadisənin baş verməsində onun günahının olmadığını bildirmişdir. Sonradan ona zəng olunaraq onun maşını ilə baş verən hadisənin səbəbkarı cavabdeh olduğu müəyyən olunmuşdur. Məhkəmədə şahid X5 bildirdi ki, o, hazırda iddiaçı təşkilatda çalışır. Mübariz Gürcüstan Respublikasında qəza törətdikdən sonra qəzalı vəziyyətdə həmin maşını qoşqu yolu ilə ölkəyə gətirmişdir. Maşın tam yararsız vəziyyətdə idi. Həmin yük maşının gətirilməsi ona rəhbərlik tərəfindən göstəriş verilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərərin təyin olunması üçün tərtib olunmuş ziyan aktından görünür ki, İddiaçı MMC-yə məxsus ** BN *** (dartıcı) ** ZA *** (yarımqoşqu) nişanlı avtonəqliyyat vasitəsinə Gürcüstan Respublikası ərazisində qəza nəticəsində ümumilikdə 54460 manat ziyan dəymişdir. İşdə olan 19 avqust 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC-nin direktoru X6 ilə icarəçi qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə və mülki məsuliyyət haqqında Müqavilələrə əsasən icarəçi özünə məxsus “X12 1844 LS yük” markalı, yəyərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentli-furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçinin müraciəti əsasında icarə haqqı ödənişlərinin həyata keçirilməsi müqabilində, Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq 3 il müddətinə icarəyə təqdim emişdir. Müqavilənin şərtlərinə görə icarə müqaviləsi müddəti ərzində daşınar əmlaka mülkiyyət hüququ icarəyəverəndə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, №9/4549 saylı ekspert rəyindən görünür ki, 2010-cu il buraxılışlı “X14 1844 LS yük” markalı, yəyərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentli furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 50600 manat müəyyən edilir. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.2-ci maddəsinin tələblərinə görə əqdlər şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana) keçirməyi öhdəsinə göturur, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə göturur. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının mülkiyyətində olan “X12 1844 LS yük” markalı, yəyərli dartıcı tipli ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili və “X2” markalı, tentli-furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixli icarə və mülki məsuliyyət haqqında Müqavilələrə əsasən icarəyə götürmüş və yol nəqliyyat hadisəsi törədərək, avtomobilə ziyan vurmuşdur. Məhkəmə Cavabdeh avtomobilin təkərlərinin nasaz olduğu üçün yol-nəqliyyat vasitəsinə səbəb olması barədə gətirdiyi dəlili sübut növü kimi qəbul etmir. Belə ki, bu barədə onun tərəfindən məhkəməyə heç bir rəsmi sənəd təqdim edilməmişdir. Məhkəmə ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, cavabdehdən 50600 (əlli min altı yüz) manat məbləğində pul alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin təqsiri üzündən keçən müddət ərzində iddiaçı avtonəqliyyat vasitəsini vaxtında saz vəziyyətdə təhvil ala bilməmiş və bununlada ümid etdiklərindən məhrum edilməsinin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin təqsiri üzündən keçən müddət ərzində iddiaçı avtonəqliyyat vasitəsini vaxtında saz vəziyyətdə təhvil ala bilməmiş və bununlada ümid etdiklərindən məhrum edilməsi kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 50600 (əlli min altı yüz) manat məbləğində pulun və 257 (iki yüz əlli yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi mənəvi zərər hissəsində təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3055/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3055/2023
13.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver