Məhkəmə qərarları › İş №e-2(060)-327/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-327/2024

16.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-327/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızının, İddiaçı Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızının Cavabdeh qarşı mülkiyyətdəki payın naturada ayrılması, mümkün olmadıqda kompensasiya, mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 1 avqust 2022-ci il tarixli, e-2(060)-2901/2022 nömrəli qətnaməsi ilə 2-də bir, 2-də bir payları müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən 69 nömrəli mənzil, ünvan 2ektar həyətyanı torpaq sahəsi və Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 6/11, 14 saylı mənzilin və “Hyundai İX- 35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya düşən hissədə payın naturada ayrılması-naturada bölgüsü, əgər bu mümkün olmazsa, Cavabdeh 102500 manat (yüz iki min beş yüz) manat pulun iddiaçıya kompensasiya olaraq ödənilməsi barədə, bu mümkün olmadıqda ünvan 1 ünvanında yerləşən 69 nömrəli mənzil, ünvan 2ektar həyətyanı torpaq sahəsi və Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 6/11, 14 saylı mənzilin və “Hyundai İX-35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair, həmçinin iddia ərizəsinə görə ödədiyi 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 1 avqust 2022-ci il tarixli, e-2(060)-2901/2022 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “nikahın pozulması və əmlak bölgüsü” tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt Nikah evində xx.xx.1992-ci il tarixdə 1256 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ünvan 1 ünvanında yerləşən 69 nömrəli mənzil, ünvan 2ektar həyətyanı torpaq sahəsi və Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 6/11, 14 saylı mənzil bərabər paylara bölünməklə, ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi, Cavabdeh ilə X6 arasında bağlanmış 16 mart 2022-ci il tarixli «Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsi» etibarsız hesab edilməsi və “Hyundai İX-35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair X4 adına olan BD201071 nömrəli şəhadətnamənin ləğv edilməsi, “Hyundai İX-35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı paylarının müəyyən edilməsivə avtomaşının X2 alınaraq Cavabdeh və İddiaçı qaytarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Qanunun tələbinə əsasən kompensasiya ilə bağlı təklif məktubu ilə müraciət edərək öz təklifini bildirmişdir. Qanunda qeyd edildiyi kimi kompensasiya təklif etməklə özünə düşən payı götürmək istəmişdir. Həmin təklifdə də qeyd edildiyi kimi sözügedən daşınmaz əmlaklarla, avtomobillə bağlı internet saytlarından -tap.az və s. araşdırılmışdır ki, maşının orta bazar qiyməti 25 min-30 min manat civarıdır. Maşına görə kompenasiya kimi təklif etdiyi məbləğ 12500 manatdır. Masazırdakı qaldıqları evin qiyməti 80000 manatdır, 40000 manat kompensasiya ödənilməsini təklif edir. Sumqayıt şəhəri, 2 ci mkr, ev 6/11, mənzil 14-ün bazar qiyməti təxminən 50-55 min manatdır, həmin daşınmaz əmlaka görə də təklif etdiyi kompensasiya məbləği 25000 manatdır. ünvan 1 ünvanında yerləşən 69 nömrəli mənzilin bazar qiyməti təxminən 50000-55000 manatdır, həmin daşınmaz əmlaka görə də təklif etdiyi kompensasiya məbləği 25000 manatdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq və cavabdehdən ona düşən payı, yəni 102500 manat məbləğin iddiaçıya 10 gün ərzində kompensasiya olaraq ödənilməsini təklif etsə də bu günə qədər də cavabdeh tərəfindən iddiaçıya cavab verən olmamışdır. Buna görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçı Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək iddia tələbində qeyd edilən əmlakların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2901/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “nikahın pozulması və əmlak bölgüsü” tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt Nikah evində xx.xx.1992-ci il tarixdə 1256 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ünvan 1 ünvanında yerləşən 69 nömrəli mənzil, ünvan 2ektar həyətyanı torpaq sahəsi və Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 6/11, 14 saylı mənzil bərabər paylara bölünməklə, ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi, Cavabdeh ilə X6 arasında bağlanmış 16 mart 2022-ci il tarixli «Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsi» etibarsız hesab edilməsi və “Hyundai İX-35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair X4 adına olan BD201071 nömrəli şəhadətnamənin ləğv edilməsi, “Hyundai İX-35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı paylarının müəyyən edilməsivə avtomaşının X2 alınaraq Cavabdeh və İddiaçı qaytarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2190/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2901/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2190/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2901/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası ƏMDX DƏDKR-nin verdiyi çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0160 ha torpaq sahəsinin mülkiyyətçisi ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçıdır. İddiaçı daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDX DƏDKR-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 8/6 saylı evin 69 saylı mənzilinin mülkiyyətçisi ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçıdır. İddiaçı daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDX DƏDKR-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 6/11, mənzil 14-ün (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sülh prospekti, 342, M5, m3) mülkiyyətçisi ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçıdır. İddiaçı daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə, Cavabdeh daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. MŞS/MT030/2023-02469 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızı ödəmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızı arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/136 №-li ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 69 nömrəli 1 otaqlı mənzilin; ünvan 3nında yerləşən 14 saylı 1 otaqlı mənzilin (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Sülh prospekti, 342, M5, m3) və Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0160 hektar torpaq sahəsinin payçılar arasında İddiaçı ½ hissə, Cavabdeh ½ hissədə İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərində göstərilənlərə və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada bölünməsininin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlaklar tərəflərin ½ nisbətində paylı mülkiyyətindədir. Əmlakın naturada bölgüsü mümkün olmamış, iddiaçının öz payının dəyərinin ödənilməsi təklifinə, cavabdeh müsbət cavab verməmişdir. Məhkəmə həmçinin, iddiaçının cavabdehə mediasiya təklifini, sonuncunun mediasiya sessiyasının davam etdirilməsindən yayınmasını tərəflər arasında paya uyğun kompensasiya barədə razılığın olmamasının bir daha təsdiqi kimi qiymətləndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bu Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin adlanılmasına riayət olunduğundan əsaslıdır. Belə ki, iddia maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilən hüquqi mövqenin şərtlərinə cavab verir. Məhkəmə iddianın dövlət rüsumunun ödənilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızına verilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 150 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 69 nömrəli mənzil, ünvan 2ektar həyətyanı torpaq sahəsi, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 6/11, 14 saylı mənzil və “Hyundai İX-35 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul əmlakların paylı mülkiyyətçiləri, yəni Cavabdeh və Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızı arasında ½ hissədə bölünsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı Allahverdiyeva (Quliyeva) Səmilə Musa qızına verilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar