Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-329/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan avtomobilə vurduğu ziyandan ödəmədiyi 5000 (beş min) manat vəsaitin və 70 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının şəxsi mülkiyyətində 2015-ci il buraxılışlı, MERCEDES BENZ C200 D markalı, **-GH-*** qeydiyyat nömrəli minik avtomobili vardır. Həmin avtomobili adətən o, baş etibarnamə əsasında idarə edir. Onun «BC» dərəcəli, AC 240813 №-li sürücülük vəsiqəsi vardır. O, 2022-ci ilin dekabr ayının 24dən 25-nə keçən gecə idarə etdiyi həmin avtomobili yaşadığı binanın arxa tərəfindən saxlamış, saat 02:15-də qonşu iddiaçıya avtomobilin durduğu yerdə digər avtomobil tərəfindən vurulduğu barədə məlumat vermişdir. O, geri qayıtmış və ona məlum olmuşdur ki, Sumqayıt şəhər sakini Cavabdeh idarə etdiyi TOYOTA PRİUS markalı, **-TX-*** qeydiyyat nömrəli avtomobilin qabaq tərəfi ilə mülkiyyətində olan MERCEDES BENZ C200 D markalı, **-GH-*** qeydiyyat nömrəli minik avtomobilin arxa tərəfini vurmuş, nəticədə iddiaçıya məxsus avtomobilə ciddi ziyan dəymişdir. Hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin DYP şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış və hadisəni törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmaqla 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Mülkiyyətində olan MERCEDES BENZ C200 D markalı, **-GH-*** qeydiyyat №-li minik avtomobili müvafiq qaydada icbari sığorta olunmuşdur. Eləcə də hadisəni törətmiş Cavabdeh idarə etdiyi TOYOTA PRİUS markalı, **-TX-*** qeydiyyat nömrəli avtomobil də "xxxx" ASC-də sığorta olunduğu üçün hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın bir hissəsi, yəni 5000 (beş min) manatı qeyd etdiyi sığorta şirkəti tərəfindən 09 fevral 2023-cü il tarixdə ödənilmişdir. Sığorta vəsaitini o, iddiaçının ona verdiyi etibarnamə əsasında alaraq avtomobilini tam təmir etdirmişdir. Bununla belə verilmiş 5000 manat məbləğində sığorta ödənişi avtomobilinin təmirinə yetməmiş, təmirə əlavə olaraq pul vəsaiti sərf etmişdir. Həmçinin qeyd etmək istəyir ki, mülkiyyətində olan həmin avtomobilin dəyəri yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində xeyli ucuzlaşmışdır. Bu barədə daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-dən ekspert rəyi olaraq iddia ərizəsinə əlavə edir. Belə ki, həmin MMC-nin qiymətləndiricisi Ruslan Xankişiyev tərəfindən tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, 005/LBC saylı qiymətləndirmə rəyindən görünür ki, texniki cəhətdən normal işlək vəziyyətdə olan MERCEDES BENZ C 200 D markalı, 2015-ci il buraxılışlı, qara metallik rəngli minik avtomobilinin daşınar əmlak bazarında hazırki dövrə olan orta bazar qiyməti 50.000 (əlli min) manat təşkil edir. MERCEDES BENZ C 200 D markalı, 2015-ci il buraxılıslı, qara metallik rəngli, **-GH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin indiki vəziyyətdə (qəzadan sonra) hazırki dövrə olan bazar qiyməti 40.000 (qırx min) manat təşkil edir. Göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan MERCEDES BENZ C200 D markalı, **-GH-*** qeydiyyat nömrəli avtomobilinin dəyəri 10000 (on min) manat ucuzlaşmışdır. Bu məbləği də Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan hesab edir. Bir neçə dəfə cavabdehə ona vurduğu ziyanın qalan hissəsini, yəni 5000 (beş min) manatını ödəməsini təklif etsə də, o, bundan qəsdən imtina etmişdir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, iddia tam əsassız olduğu üçün qəbul etmir və hesab edir ki, iddiaçı sadəcə onu təhtid edir. Belə ki, iddiaçı bundan öncə də onun mənzilinə gəlmiş, həm onunla, həm də atası ilə görüşmüş, ondan əlavə pul alacağına dair təhtidlər etmişdir. Nəzərə çatdırır ki, doğrudan da 2022-ci ilin dekabr ayının 24-dən 25-nə keçən gecə idarə etdiyi avtomobil ilə iddiaçının avtomobilinin arxa tərəfinə vurmuşdur. Həmin əmələ görə də AR İXM-nin 327.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edilmişdir. İstər həmin zaman, istər hadisədən sonra dəfələrlə özü, həm də valideyni iddiaçıya üzrxahlıq etmişlər. Avtomaşınının sığortalı olduğunu "xxxx" ASC xx.xx.2023-cü il tarixdə iddiaçıya 5000 manat ödəmişdir. Bundan sonra iddiaçı avtomobilini tam təmir etdirmiş, hətta iddia ərizəsində də özü göstərmişdir ki, sığorta vəsaitini alaraq avtomobilini tam təmir etdirmişdir. Lakin sonradan qeyd etdiyi kimi ondan əl çəkməmiş, bir neçə dəfə təmirə xərcləmiş vəsait yetmədi və s. sözlərlə ondan əlavə pul tələb etmişdir. İddia ərizəsində xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə istinad edərək göstərir ki, guya maşının satış dəyəri 10.000 manat aşağı düşüb. İlk öncə qeyd edir ki, bunun onların hal- hazırki münasibətlərinə heç bir aidiyyatı yoxdur. Həmçinin xx.xx.2023-cü ildə qiymətləndirmə rəyi aldığı halda ərizəsində göstərir ki, xx.xx.2023-cü ildə sığortadan pulu almış və maşını təmir etdirmişdir. Belə çıxır ki, maşını təmir etdirməmiş belə bir rəy alır. Həmçinin bu rəy mötəbər sübut hesab edilə bilməz. Bundan əlavə iddiaçı AR Konstitusyasının normalarına istinad etmişdir ki, həmin normalar ona da aiddir. O, da başqasına vura biləcəyi ziyanı əvvəlcədən qarşılamaq məqsədi ilə avtomaşınını sığorta etdirmiş və etdyi əməlində, yəni vurmuş olduğu ziyanın əvəzi də sığorta tərəfindən tam qarşılanmışdır. Yəni mübahisə bitmişdir. İddiaçı AR MM-nin 385-ci maddəsinə istinad etmişdir ki, həmin maddəyə əsasən də onun iddiaçıya pul verməyi üçün onun qarşısında öhdəliyi olmalıdır. Onun iddiaçının qarşısında hər hansı bir öhdəliyi mövcud deyil. iddiaçıya pul verəcəyi barədə aralarında hər hansı müqavilə mövcud deyildir. Bir sözlə iddiaçının iddiası əsasız və qanunsuzdur. Ona görə də iddia rədd edilməlidir. Bu səbəbdən iddia tələbini ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AE №088844 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz C200D minik” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İşə əlavə olan ƏN-Vİ № 321587 saylı, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan “Toyota Prius” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 3 il 9 ay 23 gün müddətinə Cavabdeh etibar etmişdir. İşdə olan TP ******* saylı, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh idarə etdiyi Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi ərazisində idarə etdiyi “Toyota Prius” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşdə olan “X3” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Mercedes Benz C200 D” markalı, 2015-ci il buraxılışlı qara metallik rəngli, ** GH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin indiki vəziyyətdə (qəzadan sonra) hazırki dövrə olan orta bazar qiyməti 40000 (qırx min) manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10092 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Şahin-95” firması tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mercedes Benz C200D” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9372 manat müəyyən edilir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbi üzrə avtomaşına vurulan zərər görə ekspert rəyini əsas tutaraq hesab edir ki, maddi ziyanın əvəzi olaraq 4372 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləğini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 4372 (dörd min üç yüz yetmiş iki) manat məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-329/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-329/2024
29.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver