Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3392/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X27 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. O, 14 may 1988-ci il tarixdə xx.xx.1955-ci il təvəllüdlü X6 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların bu nikahdan 3 övladları anadan olmuşdur. Onların ilk övladı olan xx.xx.1988-ci il təvəllüdlü X21 (Алиджанова Ревзия Рауф кызы) ağır xəstəliklə dünyaya gəlmişdir. Belə ki, onun sağalmaz xəstəlikləri olmuşdur. Övladları xx.xx.1988-ci il təvəllüdlü X21 qüsurlu anadan olduğuna görə doğulduqdan sonra uzun bir müddət də xəstəxanada qalmışdır. Bunu təsdiq edən sənədlər də bizdə mövcuddur. Belə ki, X41 Şəhər Xəstəxanasının xx.xx.1988-ci il tarixli, 1625 nömrəli arayışından da övladları xx.xx.1988-ci il təvəllüdlü X9 xəstəliyi tam olaraq sübut olunur. Övladları xx.xx.1988-ci il təvəllüdlü X9 xəstəliyi çox ağır olmuşdur. Buna görə də onun ev şəraitində onlar tərəfindən saxlanılması mümkünsüz olmuşdur. Həmçinin həyat yoldaşı X6 da övladları dünyaya gəldikdən sonra özünü pis hiss etməyə başlamış və onun səhhətində problemlər yaranmışdır. Bu səbəblərə görə də onlar öz övladları xx.xx.1988-ci il təvəllüdlü X15 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov, AZ1007 ünvanında yerləşən 1 saylı Körpələr Evinə yerləşdirməli olmuşlar. Həyat yoldaşının da səhhətində olan problemlərə və özlərinin Bakı şəhərində yaşamadıqlarına görə onlar teztez Bakıya övladlarının yanına gedə bilməmişlər. Nəticədə isə, çox təəssüflər olsun ki, bu hadisədən bir müddət sonra, daha dəqiq, 29 noyabr 1988-ci il tarixdə övladları xx.xx.1988ci il təvəllüdlü X21 1 saylı Körpələr Evində vəfat etmişdir. Bunun səbəb isə övladları anadan olmasından sonra onun səhhətində olan problemlər olmuşdur. Qeyd edir ki, həmin dövrlərdə, yəni 1988-ci ildən sonra ölkələri ağır günlərdən keçmiş və çox qarışıq vəziyyət yaranmışdır. Məlum olduğu kimi başda Bakı şəhəri olmaqla bölgələrdə mitinqlər olmuş və qarışıq vəziyyət yaranmışdır. Həmçinin hamımızın həmin dövrlərdə yaralı yeri olan Qarabağ Müharibəsi də həmin dövrlərdə başlamışdır. Bu da ölkədəki qarışıqlığı artıran amillərdən olmuşdur. Bütün bunlar və həyat yoldaşının səhhətində olan problemlər onların vəziyyətini daha da ağırlaşdırmışdır. Bu səbəblərə görə də onlar övladları X9 1 saylı Körpələr Evində vəfat etməsi ilə bağlı olan sənədlər üçün Bakıya gedə bilməmiş və bu məsələləri həll edə bilməmişlər. Buna səbəb isə qeyd etdiyi kimi onların psixoloji və fiziki olaraq vəziyyətlərinin ağır olması və ölkədəki vəziyyətin gərginliyi olmuşdur. Onların bu hadisədən sonra da 2 övladları anadan olmuşdur. Digər övladları anadan olduqda onların səhhətində şükürlər olsun ki, heç bir problem olmamışdır. Övladlarından biri olan X22 ilə X23 nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların bu nikahlarından xx.xx.2016-cı il təvəllüdlü övladları X19 anadan olmuşdur. Bundan sonra isə övladları X10 da səhhətində problemlər yaranmağa başlamışdır. Həmçinin sonrasında övladları X22 ilə X11 nikahları da pozulmuşdur. Bundan sonra isə onların övladları olan xx.xx.2016-cı il təvəllüdlü X12 da övladları X1 olan problemlərə görə onlar nənə və babası olaraq saxlamış və qulluq etmişlər. Bu dövrlərdə həyat yoldaşı X6 və o, birlikdə həm qızları X16, həm də onun övladı olan nəvələri xx.xx.2016-cı il təvəllüdlü X13 qulluq edərək yanlarında saxlamışlar. Bütün çabalarına rəğmən təəssüf ki, digər övladları olan X22 da dünyasını dəyişmişdir. 361230 nömrəli, 25 iyul 2023-cü il tarixli Maraqlı şəxs verdiyi ölüm haqqında şəhadətnamədən də görünür ki, X22 ürək çatışmazlığı səbəbilə 16 iyul 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 07 ayının 25 günündə 889 nömrə ilə qeyd edilmişdir. X2 vəfatından sonra da onun övladı və onların nəvəsi olan xx.xx.2016-cı il təvəllüdlü X13 həyat yoldaşı X6 ilə o, qulluq edərək saxlayırlar. Hal-hazırda da xx.xx.2016cı il təvəllüdlü X19 onlarla qalır və onların himayəsi altındadır. Buna görə də onlar xx.xx.2016-cı il təvəllüdlü X7 rəsmi olaraq onların himayəsinə verilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Burada onlardan bəzi sənədləri və ailə üzvlərinin razılığını tələb etmişlər. Onlar bütün bu sənədləri toplayaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə təhvil vermişlər. Burada isə sənədlərdə əskiklik olduğunu və övladları olan X9 da razılığının lazım olduğunu dedilər. Onlar isə X9 illər öncə 1 saylı Körpələr Evində vəfat etdiyini bildirmişlər. X3 ölmədiyini və onların sistemlərində onun da sağ göründüyünü bildirmişlər. Buna görə də onlar 1 saylı Körpələr Evinə müraciət edərək övladları xx.xx.1988-ci il təvəllüdlü X9 orada vəfat etməsi ilə bağlı arayış verilməsini istəmişlər. Bundan sonra onlara yazılı vəkil sorğusu ilə müraciət etməli olduqlarını bildirmişlər. O, vəkil sorğusu ilə 1 saylı Körpələr Evinə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X9 (Алиджанова Ревзия Рауф кызы) 1 saylı Körpələr Evində olarkən dünyasını dəyişməsinə dair arayışın sürətinin təqdim edilməsini xahiş etmişdir. Nəticədə, ona Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X39 “X37” X34 23 fevral 2024-cü il tarixli, 18-1-2/2-Ə-155-xx-xx/2024 nömrəli cavabı ilə ona bildirilmişdir: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Stasionarda istifadə olunan tibbi qeydiyyat sənədlərinin saxlanma müddəti haqqında xx.xx.2016- cı il tarixli 100 nömrəliəmrinin təsdiq olunmuş 1 nömrəli əlavəsinə əsasən xəstəlik tarixinin (TQS-003) saxlanma müddəti 25 il təyin olunmuşdur. X8 ölümünün baş verməsindən isə 36 il vaxt keçmişdir. Bu səbəbdən X37 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir.” Buna görə də o, nəticədə övladının ölümü ilə bağlı 1 saylı Körpələr Evindən heç bir arayış ala bilməmişdir. Lakin övladının xəstəliyi və səhhətində olan problemlər, həmçinin xəstəxanada qalması X41 Şəhər Xəstəxanasının xx.xx.1988-ci il tarixli, 1625 nömrəli arayışı ilə də təsdiq edilir. Bu məsələ ilə bağlı hər hansısa başqa sübut olmadığı üçün maraqlı şəxs olan Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən hər hansısa arayış almaq da mümkün olmamışdır. Bu məsələ düşünür ki, qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən həll edilməlidir. Yuxarıda qeyd etdiyi kimi övladının ölüm faktını təsdiq edən lazımi sənədləri almağı mümkün olmamışdır. Bunu onun göndərdiyi sorğu və bu sorğuya verilən cavab da sübut edir. Onun övladı xx.xx.1988-ci il təvəllüdlü övladı X21 (Алиджанова Ревзия Рауф кызы) 29 noyabr 1988-ci il tarixdə 1 saylı Körpələr Evində dünyasını dəyişmişdir. Lakin bu məsələ ilə bağlı indiyədək onların heç bir problemi yaranmadığına görə o, övladının ölümü ilə bağlı heç bir yerə müraciət etməmişdir. Həmçinin göründüyü kimi övladının ölümü ilə bağlı heç bir sənəd də əldə etmək mümkün olmamışdır. Bütün bunlara görə də düşünür ki, xx.xx.1988-ci il təvəllüdlü övladı X9 (Алиджанова Ревзия Рауф кызы) 29 noyabr 1988-ci il tarixdə ölüm faktının tanınmasına dair qərar qəbul edilməlidir. Həmçinin qeyd edir ki, o, xx.xx.1988-ci il təvəllüdlü övladı X9 (Алиджанова Ревзия Рауф кызы) 29 noyabr 1988-ci il tarixdə ölüm faktının tanınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Bu müraciəti əsasında ona 09 aprel 2024-cü il tarixli, 3- 16-5/8-579/69 nömrəli arayış təqdim edilmişdir. Bu arayışdan da görünür ki, “xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyt informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar olunmamışdır.” Bütün bunlardan əlavə qeyd edir ki, o, bu ərizəni “Elektron Məhkəmə” Sistemi vasitəsilə göndərir. Bu zaman isə ərizə növü olaraq “ölüm faktının tanınması tələbi”nə dair heç bir bənd olmadığı üçün bu ərizəni iddia ərizəsi kimi “Elektron Məhkəmə” Sisteminə yerləşdirir. Buna görə də məhkəmədən bu halın nəzərə alınmasını və ərizənin “ölüm faktının tanınması tələbin”nə dair ərizə kimi qeydiyyata alınaraq “Elektron Məhkəmə” Sistemində bu cür qeyd edilməsini xahiş edir. Həmçinin məhkəmədən maraqlı şəxs kimi AR Maraqlı şəxs də bu işə cəlb edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən xx.xx.1988-ci il təvəllüdlü X9 (Алиджанова Ревзия Рауф кызы) 29 noyabr 1988-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, işin faktiki hallarını təsdiq etmək üçün məhkəməyə iki şahid təqdim etmişlər. Onlardan biri ailənin qohumu, digəri isə qonşu olmuşdur. Ailənin digər övladı – Ülviyyə xanım bir il öncə rəhmətə getmişdir. Onun övladı ərizəçi və onun yoldaşının himayəsində qalmışdır. Onlar rəsmi qəyyumluğun müəyyən edilməsi ilə bağlı İcra Hakimiyyətinə müraciət etmişlər. İcra Hakimiyyəti sənədlərə baxış keçirdən zaman övladın sağ kimi görsəndiyi məlum olmuşdur. Qəyyumluğun da tanınması üçün sağ olanın razılığı tələb olunur. Onlar körpələr evinə də müraciət etmişlər. Lakin 30 ildən artıq bir müddət keçdiyi üçün sənədlərin heç biri saxlanılmamışdır. Hal-hazırki ölüm faktının tanınması himayəsiz qalmış uşağın nənə və babanın qəyyumluğuna götürülməsi ilə bağlıdır. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, Ərizəçi onun dayısı qızının yoldaşıdır. Uşaq 5 kiloqram 500 qram çəkisində, normadan artıq doğulmuşdur. Uşağın anadangəlmə xəstəlikləri olmuşdur. Uşaq üç ay yaşamışdır. Doğum evindən uşaq xəstəxanası reanimasiya şöbəsinə aparmışlar. Oradan isə OMD-yə göndərilmişdir. Orada da rəhmətə getmişdir. Uşaq 4 avqust 1988-ci ildə anadan olmuşdur. 29 noyabr 1988-ci il tarixdə vəfat etmişdir. Uşaq sapsarı olmuş, gözləri görməmişdir. Daha sonra isə bir normal uşaq anadan olmuşdur. İki qızı vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. 1985-ci ildə həmin binaya gəlin köçmüşdür. Bir evin fərdləri kimi olmuşlar. Hal-hazırda iki qızı vardır. Bir qızı da rəhmətə getmişdir. Bir qızı da 33 yaşında rəhmətə getmişdir. Hal-hazırda iki uşağı vardır. Uşaq xəstə doğulmuş, onun yeznəsi Rauf ilə birlikdə öldükdən sonra dəfn etmişlər. Corat ərazisində dəfn olunmuşdur. 3 aylıq olmuş, avqust ayında anadan olmuş noyabr ayında isə rəhmətə getmişdir. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-5/8-579/69 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli, AZ-İİ seriyalı, 361230 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 16 iyul 2023-cü il tarixdə Sumqayıt şəhərində ürək çatışmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 07-ci ayının 25-ci günündə 889 nömrə ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı, 760276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2016-cı ilin may ayının 27-ci günündə 3285 nömrə ilə qeyd edilmişdir. X5, anası isə X17r. ünvan 2 ünvanlanmış 500/RM nömrəli, 27 oktyabr 2023-cü il tarixli vəkil sorğusundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X21 (Алиджанова Ревзия Рауф кызы) 1 saylı Körpələr evinə yerləşdirilmişdir. Sonradan isə 1988-ci ilin noyabr ayının sonlarında (26-29 noyabr) X21 dünyasını dəyişmişdir. Hazırda bu hadisəni təsdiq edəcək sənədə ehtiyac yaranmışdır. Buna görə də xx.xx.1988-ci il təvəllüdlü X9 (Алиджанова Ревзия Рауф кызы) 1 saylı Körpələr Evində olarkən dünyasını dəyişməsinə dair arayışın surətinin müvəkkili Ərizəçi təqdim edilməsini və ya bu barədə ətraflı məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X39 “X37” X39 tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 18-1-2/2-Ə-155-xx-xx/2024 nömrəli ərizəyə cavabdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Stasionarda istifadə olunan tibbi qeydiyyat sənədlərinin saxlanma müddəti” haqqında xx.xx.2016-cı il tarixli, 100 nömrəli əmrinin təsdiq olunmuş 1 nömrəli əlavəsinə əsasən xəstəlik tarixinin (TQS- 003) saxlanma müddəti 25 il təyin olunmuşdur. X8 ölümünün baş verməsindən isə 36 il vaxt keçmişdir. Bu səbəbdən X40 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Azərbaycan SSR Sumqayıt şəhəri Xalq deputatları Sovetinin İcraiyyə Komitəsi Uşaq Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 1625 nömrəli Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X21 Bakı şəhəri, X18 stasionar müalicəyə göndərilmişdir. Antenatal ensefalopatiya (Rezus-konflikt hamiləlik, hidrosefaliya – hipertenziv titrək sindormla) hemotrofiya 2-ci mərhələ / d-v=25%, Raxit 2-ci dərəcə diaqnozu qoyulmuşdur. Aviasiya san. Nevropatoloqu R.Rzayev tərəfindən xx.xx.1988-ci ildə konsultasiya keçmişdir. Bakı Şəhəri Uşaq Nevroloji Xəstəxanada stasionar müalicə keçmək tövsiyyə olunmuşdur. Yolxucu xəstəliyi olan xəstələrlə təmasda olmamışdır. Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş həkim Şirəliyeva tərəfindən keçirilmiş professor Əliyev Z.M ilə birlikdə olan xx.xx.1988-ci tarixli konsultasiyadan görünür ki, hemolitik xəstəliyin ilkin təzahürlərinin (yüksək bilirubin və nüvə sarılığının aydın klinik mənzərəsi) müsbət dinamikaya malik olmadığını və hal-hazırda ağır ikitərəfli piramidal çatışmazlıq və hiperkinetik sindromun davam etdiyini nəzərə alsalar, proqnoz əlverişsiz hesab edilməlidir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası isə X4r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qızı xx.xx.1988-ci il təvəllüdlü X21 29 noyabr 1988-ci il vəfat etmişdir. Ərizəçi qızı X9 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparmış və ölümü haqqında akt qeydi aşkar olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1988-ci il təvəllüdlü X9 29 noyabr 1988-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X9 29 noyabr 1988-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3392/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3392/2024
10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver