Məhkəmə qərarları › İş №e-2(060)-3399/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3399/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3399/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 62430 manat (altımış iki min dörd yüz otuz) manat vurulmuş maddi zərərin, 2000 manat mənəvi zərərin və ödənilmiş 283 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-ci il tarixli 1(060)-119/2019 saylı hökmü ilə (sədrlik edən hakim Nəriman Abıyev) Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə cəza təyin edilməmişdir. Hökmdən zərərçəkmiş şəxsin vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.O.Əsgərova) 26 may 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-ci il tarixli 1(060)-119/2019 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxsin vəkilləri tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ələsgər Novruzov) 21 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda hökm qanuni qüvvəsini almışdır. Həmin cinayət işində müəyyən olunmuşdur ki, iddiaçının zərərçəkmiş şəxs qismində tanınmış olduğu cavabdehin Azərbaycan Respublikası CM-in 186.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-863/2020 saylı cinayət işinin materiallarında verilmiş ittihama əsasən iddiaçıya məxsus Sumqayıt şəhər, Novxanı Bağlar massivində yerləşən ümumi ölçüsü 0.19 ha təşkil edən B-250 nömrəli bağ sahəsinin 1610,7 kub metr torpağı götürülərək təqsirləndirilən şəxs tərəfindən satılmışdır. Ekspert rəyinə əsasən qanunsuz qazdırıb və talamaqla ümumilikdə 32214 (otuz iki min iki yüz on dörd) manat məbləğində maddi zərər vurmuşdur (bax qoşma-Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2020-ci il tarixli 10/2309 nömrəli rəyi). Bundan əlavə, cinayyət işinin materiallarına əlavə olunmuş mütəxxəsis rəyində göstərilmişdir ki, ona məxsus olan həmin bağda məhv edilmiş meyvə bağlarının bəhərindən əldə olunan gəlirin məbləği 7890 (yeddi min səkkiz yüz doxsan) manat təşkil edir. Cavabdeh tərəfindən onun bağ sahəsi qəsdən məhv edilməklə ona həmin məbləğdə də zərər vurmuşdur (bax qoşma Aqronom Rəyi). Eyni zamanda bağ massivində olan tikililərin, asmaların məhv edilməsinə və talanmasına görə ekspert tərəfindən dəyən zərərin məbləği 12306 (on iki min üç yüz altı) manat müəyyən edilmişdir. Bağ massivində olan ağacların məhvinə görə ona 10020 (on min iyimi manat) zərər dəymişdir. Bu barədə məhkəmə aktında qeyd vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər prokurorluğu tərəfindən Cavabdeh verilmiş ittihama görə o, Sumqayıt şəhər icra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, "xxxx" MMC-də müfəttiş vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2015-ci ilin oktyabr ayında reyestr nömrəsi **********18, qeydiyyat nömrəsİ 140800124, qeydiyyat tarixi 10.01 2008-ci il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən B-250 nömrəli bağ sahəsinin qumunu gəlir əldə etmək raəqsədilə daşıyıb satmaq qərarına gələrək X1 və istintaqla müəyyən edilməmiş digər şəxslərə həmin bağın sahəsinin Ramin adlı tanışının qohumuna məxsus olduğunu və bağ sahibinin yaxın qohumlarından qumun satılması üçün razılıq aldığını və aparılan qumun yerini gələcəkdə torpaqla dolduracağı barədə yalan məlumat verib, cəmi 88 ədəd ağacları kəsib qəsdən məhv etməklə İddiaçı 46.080 manat, bağ sahəsində olmuş eni 5 metr, uzunluğu 17 metr olan çardaq tikilisini söküb qəsdən məhv edərək sonuncuya 12.036 manat, bağ sahəsinin 5400 kub metr qumunu avtomobillərlə daşırtdıraraq, torpağın vəziyyətini əhəmiyyətii dərəcədə pisləşdirmək, təsərüffat və başqa məqsədlər üçün qismən yararsız vəziyyətə salmaqla zərərçəkmişin əmlakını qəsdən zədələyərək 2970 manat, cəmisi 61.356 manat-külli miqdarda ziyan vurmaqla yanaşı, öz hərəkətiəri ilə İddiaçı xüsusi mülkiyyətində olan bağ sahəsindən istifadə etmək imkanından məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 308.1-cı maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə ona cəza təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin hökmdən zərərçəkmiş tərəf apellyasiya şikayəti vermiş, işə Sumqayıt Apellyasiya məhkəməsində (sədrlik edən hakim X2, hakimlər X7 və X4) baxılaraq xx.xx.2021-ci il tarixli 1(105)-11/2021 saylı qərarla Sumqayıt şəhər məhkəməsinin müvafiq hökmü dəyişdirilmədən saxlanılmşdır. Həmin qərardan narazı qalmış tərəf kassasiya şikayəti versə də, AR Ali Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 1(102)-189/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək ilkin 62430 manat vurulmuş zərərin, 2000 manat mənəvi ziyanın və ödənilmiş 283 manat dövlət rüsumunun cavabdehdən, yəni Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı aşağıdakılara əsasən qəbul etmirlər və hesab edirlər ki, əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı özü iddia ərizəsində zərərçəkmiş şəxs qismində tanınmış olduğu yuxarıda qeyd olunan cinayət işlərinə istinad etmişdir. Hansı ki, həmin cinayət işləri üzrə yekun olaraq kassasiya instansiyası məhkəməsinin qərarı qəbul olunmuş və Cavabdeh əməlinə hüquqi qiymət verilmişdir. İstər Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, istərsə də Sumqayıt Apellyasiya məhkəməsinin 26.05,2021-ci il tarixli 1(105)-11/2021 sayiı qərarı ilə cinayət işi üzrə İddiaçı vurulmuş maddi ziyanın məbləği ümumilikdə 25296 (iyirmi beş min iki yüz doxsan altı manat) müəyyən edilmişdir. Bu ziyanın məbləğı AR Ail Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)-189/2022 saylı qərarı ilə də qüvvəsində saxlanmışdır. Zərərçəkmiş şəxsin iddia tələbi üzrə 62430 manat ziyan tələb etməsi özlüyündə mümkün deyildir, belə ki, bununla bağlı artıq preyudisial əhəmiyyət daşıyan məhkəmə orqanlarının qanuni qüvvəyə minmiş aktları vardır. İddia tələbinin onlar tərəfindən qəbul edilməməsinin digər səbəbi isə yenə də cinayət işi üzrə verilmiş ittiham və həmin ittihamla bağlı çıxarılmış məhkəmə hökmləri ilə bağlıdır. İş üzrə Cavabdeh istintaq orqanı tərəfindən verilmiş ilkin ittiham Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə olsa da, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə onun əməli 186.2.1-ci maddəsindən 186.1-ci maddəyə tövsif edilmiş, eyni zamanda 308.1-ci maddə ilə ona bəraət verilmişdir. Eyni zamanda istintaq orqanın vermiş olduğu ittihamda Cavabdeh İddiaçı məxsus Novxanı Bağ massivində yerləşən B-250 nömrəli bağ sahəsinə vurmuş olduğu ziyanın qabaqcadan əlbir olan bir qrup şəxs halında etməsi göstərilmiş və bu da məhkəmə hökmləri ilə öz təsdiqini tapmışdır. Ümumiyyətlə isə, Cavabdeh iş materiallarının heç bir yerində özünü təqsirli bilməmiş, İddiaçı məxsus sözügedən bağ yerindən hər hansı əmlakını məhv etmədiyini və oğurlamadığmı bildimıişdir. Hətta bununla bağlı qanuni qüvvəyə minmiş və dolayı sübutlarla təsdiq edilmiş məhkəmə aktları olsa belə Cavabdeh həmin əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında etməsi iddianı təmin edilməsini qeyri-mümkün edir. Belə ki, konkret olaraq Cavabdeh tərəfindən və istintaqla şəxsiyyəti məlum olmayan digər şəxslər tərəfindən nə qədər ziyan vurulması nə istintaq, nə də ki, məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bütün vurulmuş ziyanın Cavabdeh tutulması isə qanunsuz və əsassız olardı. Mənəvi ziyanm tutulması ilə İddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən həmin hissədə də iddia təmın edilməyərək rədd edilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən məhkəmədə İddiaçı Cavabdeh Zaur oğluna qarşı vurulmuş maddi və mənəvi ziyanla bağiı onun xeyrinə pul tələbi ilə bağlı iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil3 etiraza uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, birinci instansiya məhkəməsindən kassasiya məhkəməsinə qədər bütün məhkəmə iclaslarında iştirak etmişdir. 2019-cu il tarixli hökm ilə cavabdeh barəsində bəraət hökmü çıxarılmışdır. 2015-ci ilin oktyabr ayında Raufa məxsus bağ sahəsindən 61356 manat külli miqdarda maddi ziyan vurmaqla Ələsgər və qeyriləri ilə birlikdə özgə əmlakını məhv etmişdirlər. Qeyd olunan hökmdən sonra İddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı verdiyi kassasiya şikayəti Ali Məhkəmənin cinayət kollegiyası tərəfindən onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddia tələbində 62400 manat məbləğində maddi zərər, 2000 manat mənəvi zərər və ödənilmiş 283 manat dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Cavabdeh özünü təqsirli bilməyib, torpaq oğurlamadığını qeyd etmişdir. Həmçinin bildirmək istəyir ki, Cavabdeh qeyd olunan əməli başqaları ilə birlikdə törətmiş, cinayət qrup şəklində baş vermişdir. Cinayət əməlinin qrup şəklində törədildiyi halda bütün məbləğin Əİəsgər Nuriyevdən tələb olunması düzgün deyil. Nümyəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan 10/2309 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhər, Novxanı Bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsindən 1610,7 m3 qumun daşınması nəticəsində dəymiş ziyanın ümumi dəyəri 32214 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 27246 nömrəli, xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhər, Novxanı Bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsinə dəymiş ziyanın aradan qaldırılması üçün (sərf olunan materialların fəhlə və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 15276 manat olduğu müəyyən edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 1(060)- 119/2019 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Cavabdeh cəza təyin edilməməsi hökm edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 1(060)-119/2019 saylı hökmünün məzmunundan görünür ki, iş üzrə mövcud olan sübutların qiymətləndirilməsi zamanı, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Nuriyev X3 Rauf Zaur oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 250 B nömrəli bağ sahəsindən qum daşıyaraq, həmin bağ sahəsini qəsdən zədələyib və məhv edərək İddiaçı ümumilikdə 61.356,0 manat deyil, 25.296,0 manat məbləğində ziyan vurmuşdur. Sözügedən hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 26 may 2021-ci il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 may 2021-ci il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə aktlarını və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 25.296 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsini nə iddia ərizəsində əsaslandırmamış, nə də məhkəmə iclasında bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 2000 manat mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 25.296 (iyirmi beş min iki yüz doxsan altı) manat məbləğində pul tutulub, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi sözügedən cinayət əməlinin Cavabdeh tərəfindən təkbaşına deyil, digər şəxslərlə qrup halında törədildiyini, bu səbəbdən bütün vurulmuş ziyanın cavabdehdən tutulmasının qanunsuz olmasını bildirsə də, məhkəməyə etirazının əsası kimi istinad etdiyi hallara (sözügedən cinayət halının qrup halında törədilməsi, başqa hər hansı şəxsin həmin əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə aktı və s.) dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 39% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 283 manat dövlət rusumunun 110 manatı cavabdehdən tutulmalı, 173 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25.296 (iyirmi beş min iki yüz doxsan altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 110 (bir yüz on) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar