Məhkəmə qərarları › İş №e-2(060)-3734/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3734/2021

19.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3734/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh oğluna qarşı cehiz əmlakı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və Cavabdeh oğlunun yaşadığı ünvan 1 ünvanında yerləşən ona məxsus iddia ərizəsində qeyd etdiyi 10930 manat dəyərində cehiz əşylarının ona qaytarılması və ya cehiz əşyaları olmadıqda dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13.10.2014-cü ildə el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını 10.04.2015-ci ildə rəsmiləşdirmişlər. Həmin nikahdan 20.07.2015-ci il təvəllüdlü X7 adlı övladları vardır. 01.09.2020-ci ildə Cavabdeh onu döydüyü üçün atasının evinə qayıtmışdır və həmin tarixdən atası ilə yaşayır. Övladı onun yanındadır. Ona məxsus cehiz əşyaları gəlin köçən zamanı ünvan 1 ünvanına aparmışdır. Qeyd olunanlara əsasən 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd türmo, 1 ədəd amazon dəmir krovat, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd servant, 1 ədəd bar, 1 ədəd kamod, 1 ədəd televizor seti, 1 ədəd-310 manat İnci soyuducu, 1 ədəd-45 manat elektrik sobası Kumtel, 1 ədəd-70 manat elektrik çaynik çaydan dəsti, 1 ədəd-100 manat tozsoran, 1 ədəd-70 manat ət çəkən maşın, 1 ədəd-30 manat mikser, 1 ədəd-20 manat elektrik çaynik, 1 ədəd-30 manat ütü Tefal, 3 ədəd-50 manat gecə lampası, 2 ədəd-170 manat çil-çıraq, 1 ədəd-40 manat divar saatı, 2 ədəd300 manat (2 x 3 metr)-xalça, 2 ədəd-400 manat yataq və qonaq pərdə dəsti, 1 ədəd- 50 manat taxt üçün döşək, 1 ədəd-50 manat taxt üçün-yorğan, 5 ədəd-150 manat tək adamlıq yorğan, 2 ədəd-100 manat tək adamlıq döşək, 6 ədəd-100 manat yastıq, 1 ədəd250 manat yataq örtüyü dəsti, 3 ədəd-140 manat odeyal, 8 ədəd-70 manat nalça, 4 ədəd150 manat süfrə, 7 ədəd-350 manat yataq dəsti, 6 ədəd-100 manat qətvə, 12 ədəd- 60 manat əl-üz dəsmalı, 12 ədəd-30 manat çay dəsmalı, 6+6+6 düzüm-500 manat nahar çay və qəhvə dəsti, 6 ədəd-100 manat böyük ölçü büllur qədəh, 6 ədəd-60 manat orta ölçü büllur qədəh, 2 ədəd 6 qədəhlə-250 manat büllur abxor dəsti, 8 ədəd-300 manat büllur mürəbbə qabı, 2 ədəd-60 manat büllur şamdan, 250 manat bəzək (meyvəqabı, qənd qabı- 2 ədəd, ləpə qabı, kül qabı, güldan) üçün dəst, 12 ədəd-20 manat böyük ölçü stəkan dəsti, 12 ədəd-30 manat armudu stəkan, 12 ədəd-12 manat böyük ölçülü nəlbəki, 12 ədəd-10 manat kiçik ölçülü nəlbəki, 3 ədəd-60 manat fincan nəlbəki dəsti, 6 ədəd-40 manat su stəkan dəsti, 14 ədəd-20 manat mürəbbə qabı, 4 ədəd-20 manat şirniyyat boşqabı, 3 ədəd-12+12-30 manat nahar boşqab dəsti, 22 ədəd-20 manat kasa, 4 ədəd15 manat qənd qabı, 12 ədəd-10 manat duz qabı, 1 ədəd-8 manat qəhvədan, 2 ədəd-200 manat qazan dəsti, 150 manat (çəngəl, qaşıq, bıçaq dəsti)- çemodan, 5 ədəd-60 manat bıçaq dəsti, 6 ədəd-25 manat böyük ölçülü qaşıq dəsti, 2 ədəd-10 manat çörək qabı, 10 manat yuxa üçün oxlov, 3 ədəd-20 manat podnos, 3 ədəd-25 manat ləyən dəsti, 60 manat divan kreslo örtüyü, 1 ədəd-30 manat ütü altlığı, 1 ədəd-5 manat tava və 1 ədəd- 25 manat iri güldanın, cəmi 10930 manat dəyərində cehiz əşyalarının X2 və Cavabdeh yaşadığı ünvan 2 ünvanından ona qaytarılması, əşyalar olmadıqda dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X8 oğlu etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən etiraf edərək, iddia tələbində göstərilən əşyalardan onlarda 1 ədəd Kumtel markalı sobanın, 1 ədəd çaydan dəstinin, 1 əsdəd tozsoranın, 1 ədəd ətçəkn maşının, 1 ədəd mikserin, 1 ədəd elektrik çaydanın, 1 ədəd Tefal markalı ütünün, 3 ədəd gecə lampasının 2 ədəd çilçırağı, 2 ədəd xalçanın, yataq və qonaq pərdə dəstinin, 1 ədəd taxt döşəyinin, 1 ədəd taxt yorğanının, 3 ədəd tək adamlıq yorğanın, 2 ədəd tək admlıq döşəyin, 6 ədəd yastığın, 1 ədəd yorğan örtüyü dəstinin, 2 ədəd odeyalın, 6 ədəd nalçanın, 2 ədəd süfrənin, 3 ədəd pastel dəstinin, 4 ədəd qətvənin, 6 ədəd əl-üz dəsmalının, 5 ədəd çay dəsmalının, 6 ədəd böyük ölçülü büllur qədəhin, 6 ədəd orta ölçülü büllür qədəhin, 2 ədəd büllur abxor dəstinin, 8 ədəd büllur mürəbbə qabının, 2 ədəd büllur şamdanın, 2 ədəd bəzək üçün dəstinin, 12 ədəd böyük ölçülü stəkan dəstinin, 6 ədəd armudu stəkanın, 6 ədəd böyük ölçülü nəlbəkinin, 8 ədəd kiçik ölçülü nəlbəkinin, 3 ədəd fincan nəlbəki dəstinin, 6 ədəd su stəkan dəstinin, 4 ədəd mürəbbə qabının, 4 ədəd şiriniyyat boşqabının, 3 ədəd nahar boşqab dəstinin, 16 ədəd kasanın, 4 ədəd qənd qabının, 6 ədəd duz qabının, 1 ədəd qəhvədanın, 2 ədəd qazan dəstinin, 1 ədəd çəngəl, bıçaq və qaşıq dəsti olan çemodanın, 5 ədəd bıçaq dəstinin, 2 ədəd çörək qabının, 1 ədəd yuxa oxlovun, 3 ədəd podnosun, 2 ədəd ləyən dəstinin, 1 ədəd ütü altığının, 1 ədəd tavanın, 1 ədəd güldanın olmasını və həmin əşyaların iddiaçıya istənilən vaxt qaytarmasına razı olduğunu bildirmişdir. Digər əşylar onlarda yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialalrında olan: -Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1228/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh oğlu arasında 10 aprel 2015-ci il tarixində, Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra 20.07.2015-ci il təvəllüdlü X7 İddiaçı yanında saxlanması, 20.07.2015ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 17.11.2020-ci il tarixindən hesablanması və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(105)-1787/2021 saylı Qərardadı ilə iddia tələbində qeyd edilən əmlakların üzərinə həbs qoyulmuşdur. -Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(105)-1787/2021 saylı icra sənədi üzrə tərtib edilmiş aktdan görünür ki, iddia ərizəsində qeyd edilən cehiz əşyaları mövcuddur və saxlanılması üçün Rəhim Əhədova verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən - Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən - Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Ailə həyatı qurduqdan sonra iddiaçı cehiz əmlaklarını cavabdehin valideynlərinə məxsus mənzilə yerləşdirmişdir. Tərəflər bir müddət ailə kimi bir yerdə yaşamışlar və xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. İddiaçı cavabdehlərə məxsus olan mənzili tərk etdikdən sonra dəfələrlə cavabdehlərə müraciət edərək cehiz apardığı əmlakları tələb etmiş, lakin cavabdehlər cehiz apardığı əmlaklarını ona verməkdən imtina etmişlər. Hal hazırda cavabdehlər iddia tələbini qismən etiraf edərək, bildirmişdir ki, iddiaçı tərəfindən tələb edilən əşyalardan bir qismi ondadır və həmin əşyaları iddiaçıya qaytarmaq niyyətindədir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(105)-1787/2021 saylı icra sənədi üzrə tərtib edilmiş aktla tələbdə qeyd edilən əmlakların hamısının mövcud olduğu və cavabdehə saxlanca verildiyi öz əksini tapır. Mülki işin mübahisəsiz hallarına əsasən, iddiaçının tələb etdiyi əşyalar cavabdehlərin sahibliyində qalmışdır. Belə sahiblik isə hüquqi baxımdan tanınan vəziyyət olmadığı üçün qanunsuz sayılır. Odur ki, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.2-ci maddəsinin zəruri dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən əşyalar cavabdehlərdən alınaraq iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən- Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən əşyaların hal hazırda cavabdehlerin sahibliyində olmasına dair sübutları iddia tələbinin tam təmin edilməsi üçün əsaslıdır. Buna görədə məhkəmə belə qanaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Russiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, noversiya prosedurları çərçivəsində süburlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “ əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Məhkəmədə dindirilən tərəflərin izahatları məzmun baxımından öz növbəsində iddia tələbinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə predmeti barəsində həlledici qənaət formalaşdırmaq həcmində olmuş və daxili inam yaranması üçün müəyyən mənada əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini təmin edilməsi qənaətinə gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh oğlundan ümumi dəyəri 10930 manat olan 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd türmo, 1 ədəd amazon dəmir krovat, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd servant, 1 ədəd bar, 1 ədəd kamod, 1 ədəd televizor seti, 1 ədəd-310 manat İnci soyuducu, 1 ədəd-45 manat elektrik sobası Kumtel, 1 ədəd-70 manat elektrik çaynik çaydan dəsti, 1 ədəd-100 manat tozsoran, 1 ədəd-70 manat ət çəkən maşın, 1 ədəd-30 manat mikser, 1 ədəd-20 manat elektrik çaynik, 1 ədəd-30 manat ütü Tefal, 3 ədəd-50 manat gecə lampası, 2 ədəd-170 manat çil-çıraq, 1 ədəd-40 manat divar saatı, 2 ədəd300 manat (2 x 3 metr)-xalça, 2 ədəd-400 manat yataq və qonaq pərdə dəsti, 1 ədəd-50 manat taxt üçün döşək, 1 ədəd-50 manat taxt üçünyorğan, 5 ədəd-150 manat tək adamlıq yorğan, 2 ədəd-100 manat tək adamlıq döşək, 6 ədəd-100 manat yastıq, 1 ədəd250 manat yataq örtüyü dəsti, 3 ədəd-140 manat odeyal, 8 ədəd-70 manat nalça, 4 ədəd150 manat süfrə, 7 ədəd-350 manat yataq dəsti, 6 ədəd-100 manat qətvə, 12 ədəd-60 manat əl-üz dəsmalı, 12 ədəd-30 manat çay dəsmalı, 6+6+6 düzüm-500 manat nahar çay və qəhvə dəsti, 6 ədəd-100 manat böyük ölçü büllur qədəh, 6 ədəd-60 manat orta ölçü büllur qədəh, 2 ədəd 6 qədəhlə-250 manat büllur abxor dəsti, 8 ədəd-300 manat büllur mürəbbə qabı, 2 ədəd-60 manat büllur şamdan, 250 manat bəzək (meyvəqabı, qənd qabı-2 ədəd, ləpə qabı, kül qabı, güldan) üçün dəst, 12 ədəd-20 manat böyük ölçü stəkan dəsti, 12 ədəd-30 manat armudu stəkan, 12 ədəd-12 manat böyük ölçülü nəlbəki, 12 ədəd-10 manat kiçik ölçülü nəlbəki, 3 ədəd-60 manat fincan nəlbəki dəsti, 6 ədəd-40 manat su stəkan dəsti, 14 ədəd-20 manat mürəbbə qabı, 4 ədəd-20 manat şirniyyat boşqabı, 3 ədəd-12+12-30 manat nahar boşqab dəsti, 22 ədəd-20 manat kasa, 4 ədəd15 manat qənd qabı, 12 ədəd-10 manat duz qabı, 1 ədəd-8 manat qəhvədan, 2 ədəd-200 manat qazan dəsti, 150 manat (çəngəl, qaşıq, bıçaq dəsti)- çemodan, 5 ədəd- 60 manat bıçaq dəsti, 6 ədəd-25 manat böyük ölçülü qaşıq dəsti, 2 ədəd-10 manat çörək qabı, 10 manat yuxa üçün oxlov, 3 ədəd-20 manat podnos, 3 ədəd-25 manat ləyən dəsti, 60 manat divan kreslo örtüyü, 1 ədəd-30 manat ütü altlığı, 1 ədəd-5 manat tava və 1 ədəd- 25 manat iri güldan alınaraq İddiaçı qızına verilsin. Adları qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyəri cavabdehlər X1 və Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar