Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3890/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı «müqavilənin etibarsızlığı və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1-ci Blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv/m olan 18 saylı mənzilin 2/1 hissəsi üzərində mənim mülkiyyət hüququmun tanınması və mülkiyyətimdən istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1-ci Blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv/m olan 18 saylı mənzilin 2/1 hissəsi üzərində onun payının tanınması və həmin məzildən istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh1 Əlisgəndər qızı ilə 11 iyun 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları - 30 may 2010-cıı il təvəllüdlü X3 dünyaya gəlmişdir. O, xx.xx.2020-ci il tarixində Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanında yerləşən, Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasın 1-ci Blok, 6-cı mərtəbədə yerləşən ümumi sahəsi 104.79 m olan 18 saylı mənzili müqavilə əsasında əldə etmiş və həmin mənzili təmir edərək orada yaşamağa başlamışlar. Cavabdeh1 Əlisgəndər qızı sonradan nikahın ləğvi iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2(012)-4264/2021 saylı qətnaməsi ilə aralarındakı nikah ləğv edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 Əlisgəndər qızı onun xəbəri olmadan, birgə nikah dövründə əldə etdikləri mənzili xx.xx.2021-ci il tarixində vermiş olduğu notarial ərizə əsasında qanunsuz olaraq Cavabdeh2 MTK tərəfindən onun anası Cavabdeh3 adına keçirmiş, onunla xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilə və maliyyə arayışı verilmişdir. Cavabdeh qeyd olunan qanunsuz əməlləri ilə faktiki olaraq onun mülkiyyət hüququnu mənimsəmişlər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən o, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanında yerləşən 18 saylı mənzilin yarısının sahibidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1-ci Blok, 6cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv/m olan 18 saylı mənzilin 2/1 hissəsi üzərində onun payının tanınması və həmin məzildən istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügüdən mənzil birgə nikah dövründə cavabdehin anasının maddi dəstəyi ilə alınıb. Sonradan borclarını qaytarmaq üçün iddiaçı ilə cavabdeh mənzili satmaq qərarına gəlmişlər. Hazırki iddia tələbində qeyd olunanlar əsassızdır. İddiaçı mənzilin cavabdehin anasının adına keçməsinə razılıq vermişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin məhkəmə tərəfindən rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh2 MTK-nın nümayəndəsi X4 məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 "xxxx"MTK-ya rəsmi müraciət edərək xx.xx.2020- ci il tarixli müqaviləyə əsasən "Payçı" kimi özünün adına olan ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104.79 kv.m olan, 3 otaqlı, 18 saylı mənzili anası Cavabdeh3 adına sənədləşdirilməsini xahiş eləmişdir. Onlar həyat yoldaşının razılığının olub olmadığını soruşduqda Lamiyə xanım onun şəhərdə olmadığını və etiraz etmədiyini bildirdi. Cavabdeh1 izah olundu ki, gələcəkdə bu mənzil ilə hər-hansı bir problem ortaya çıxarsa məsuliyyəti tam olaraq o özü daşıyır. xx.xx.2021-ci il tarixdə 018003 saylı, xx.xx.2020-ci il tarixli müqavilə Cavabdeh1 müraciətinə əsasən MTK tərəfindən Cavabdeh3 adına sənədləşdirilmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh3 Cavadaxan qızı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən, məhkəmə cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh3 Cavadaxan qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 MTK-nın nümayəndəsi X2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli №018003 saylı müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh2 Mənzil Tikinti Kooperativi ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 104,79 kv.m olan, 18 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi Cavabdeh3 vermişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 104.79 kv.m təşkil edir. Mənzilin 1 kv.m-520 manat olmaqla, ümumi dəyəri 54500 manatdır və tam şəkildə ödənilib. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh3 Cavabdeh2 MTK-nın ünvan 4 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbədə, ümumi sahəsi 104,79 kv.m olan, 3 otaqlı, 18 saylı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli №018003 saylı müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh2 Mənzil Tikinti Kooperativi ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 104,79 kv.m olan, 18 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi Cavabdeh1 vermişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 104.79 kv.m təşkil edir. Mənzilin 1 kv.m-520 manat olmaqla, ümumi dəyəri 54500 manatdır və tam şəkildə ödənilib. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 MTK-nın ünvan 4 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbədə, ümumi sahəsi 104,79 kv.m olan, 3 otaqlı, 18 saylı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan Cavabdeh1 Ailsgəndər qızının notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh2 MTK-nın inşa etdiyi binada adında olan və ünvan 4 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının, 1-ci blok, 6-c mərtəbəsində yerləşən, 104,79 kv.m ümumi sahədən ibarət olan 3 (üç) otaqlı 18 nömrəli mənzilindən və pay hüququndan imtina edir. Həmin pay hüquqununun digər şəxsin adına keçirilməsinə etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzil barəsində Cavabdeh2 MTK-ya qarşı heç bir iddiası olmayacaqdır. İş materiallarında olan Cavabdeh2 MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 "xxxx"MTK-ya rəsmi müraciət edərək xx.xx.2020- ci il tarixli müqaviləyə əsasən "Payçı" kimi özünün adına olan ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104.79 kv.m olan, 3 otaqlı, 18 saylı mənzili anası Cavabdeh3 adına sənədləşdirilməsini xahiş eləmişdir. Onlar həyat yoldaşının razılığının olub olmadığını soruşduqda Lamiyə xanım onun şəhərdə olmadığını və etiraz etmədiyini bildirdi. Cavabdeh1 izah olundu ki, gələcəkdə bu mənzil ilə hər-hansı bir problem ortaya çıxarsa məsuliyyəti tam olaraq o özü daşıyır. xx.xx.2021-ci il tarixdə 018003 saylı, xx.xx.2020-ci il tarixli müqavilə Cavabdeh1 müraciətinə əsasən MTK tərəfindən Cavabdeh3 adına sənədləşdirilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri). Əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (Ailə Məcəlləsinin 36.1-ci maddəsi). Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Beləliklə, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 MTK-nın nümayəndəsinin ifadəsindən görünür ki, Cavabdeh1 "xxxx"MTK-ya rəsmi müraciət edərək xx.xx.2020- ci il tarixli müqaviləyə əsasən "Payçı" kimi özünün adına olan ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104.79 kv.m olan, 3 otaqlı, 18 saylı mənzili anası Cavabdeh3 adına sənədləşdirilməsini xahiş edərkən iddiaçının razılığının alınmadığını bildirmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili iddiaçının razılığı əsasında cavabdehin anasının adına pay müqaviləsinin bağlanmasını qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməli, Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1ci Blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv/m olan 18 saylı mənzilin 2/1 hissəsi üzərində iddiaçının payı tanınmalı və həmin məzildən istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılmalı və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Dərəçiçək” MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018003 saylı müqavilə və, həmin müqaviləyə dair maliyyə arayışı etibarsız hesab edilsin. Sumqayıt şəhər, 13-cü mkr, Niyazi küç, 27A ünvanı, 1-ci Blok, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 104.79 kv/m olan 18 saylı mənzilin 2/1 hissəsi üzərində İddiaçı payı tanınsın və həmin məzildən istifadəyə yaradılan məhdudiyyətlər aradan qaldırılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-3890/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3890/2022
16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver