Məhkəmə qərarları › İş №e-2(060)-418/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-418/2025

17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-418/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəmədə Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin səlahiyyətli nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin iddia ərizəsindən görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, 90PR674 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Cadenza” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, sözügedən “RAVON NEXİFA R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş zərərlərin qiymətləndirilməsi barədə hesabata əsasən “Kia Cadenza” markalı ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18533.76 AZN (on səkkiz min beş yüz otuz üç manat yetmiş altı qəpik) zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti PRP **********262 saylı ödəniş tapşırığına uyğun olaraq X3 5000 AZN (beş min manat) sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli Abşeron rayon DYPŞ-nin TP ******* saylı qərarından həmçinin aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Ömərli Ağakərim Alik oğlu olmuşdur. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsində Ömərli Ağakərim Alik oğlu İXM-nin 327.6-cı maddəsi ilə hadisə yerindən yayındığına görə təqsirli bilinmişdir. Belə ki, Ömərli Ağakərim Alik oğlu hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edirlər ki, 5000 AZN (beş min manat) pul Ömərli Ağakərim Alik oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, Cavabdeh “Kia Cadenza” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi. Məhkəmə, işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət eləməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş 060482 saylı sığorta aktından görünür ki, “Ravon Nexia R3” markalı, 90PR674 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində icbari sığorta (icbari sığorta növündə) olunmuşdur. Yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Kia Cadenza” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-in 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 23 yanvar 2019-cu il tarixli, PRP**********262 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Atəşgah” Sığorta Şirkəti tərəfindən X3 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə zamanı müəyyən olundu ki, xx.xx.2018-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, 90PR674 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Cadenza” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törənmişdir. Zərərlərin qiymətləndirilməsi barədə hesabata əsasən “Kia Cadenza” markalı ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18533.76 AZN (on səkkiz min beş yüz otuz üç manat yetmiş altı qəpik) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Kia Cadenza” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat sığorta ödənişini ödəmişdir. 0 manat azadolma (franşiza) çıxılmaqla qalan 5000 AZN isə cavabdeh tərəfindən hələ də ödənilməmişdir. xx.xx.2018-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh, təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936-cı maddəsinə əsasən həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazalarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh könüllü sığortalı olan “Kia Cadenza” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238- 239-241-244,253.cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh könüllü sığortalı olan “Kia Cadenza” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 (beş min) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar