Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4437/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 20.000 manat məbləğində borc pulun və 150 manat ödənilmiş dövlət rüsumunun, cəmi 20150 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xeyli müddətdir ki, tanıyır. Onunla yaxşı münasibətləri olmuşdur. 13 iyul 2021-ci il tarixdə cavabdeh ona müraciət edərək iş qurmaq məqsədilə ona pul lazım olduğunu bildirmişdir. İddiaçı onun səmimiyyətinə inanaraq, eləcə də yaxşı münasibətləri olduğuna görə etibar etdiyi üçün ona 20.000 (iyirimi min) manat pul vermişdir. Pulu verərkən elə həmin gün cavabdehlə aralarında notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi də bağlanaraq pulun verilməsini rəsmləşdirmiş və razılığa əsasən bu müqavilənin müddəti 13 yanvar, 2023-cü il üçün müəyyən olunmuşdur. Cavabdeh qazanc əldə etdikcə aybaay onun pulunu qaytarmalı idi, lakin borc aldığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmağa başlamışdır. Dəfələrlə bu barədə onunla görüşüb danışsa da işlərinin yaxşı getmədiyini tez bir zamanda hər şeyin düzələcəyini desə də heç bir nəticəsi olmamışdır. İddiaçı ona bu halın narahat etdiyini bildirdikdə o bütün borcunu müqavilədə nəzərdə tutulan müddətdən də tez qaytaracağını biraz da gözləməyini xahiş etmişdir. İddiaçı ona bu barədə narazılığını bildirmiş və bu halın onu narahat etdiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh yenidən müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmağa başlamışdır. İddiaçı hər dəfə borcunu tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Daha sonra ümumiyyətlə görüşməkdən yayınmış və zənglərinə cavab verməmişdir. Cavabdeh müqavilənin tələblərini pozmuş, ödəməli olduğu borc məbləğini bu günə qədər də geri qaytarmamışdır. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhərində uşaq oyuncaqlarının alqı-satqısı ilə məşğul olmuşdur. İddiaçı onunla şərikli işləməyi barədə təklif irəli sürmüş və bildirmişdir ki, bu birgə fəaliyyətə görə 40000 (qırx min) manat pul qoymağa razıdır. Birgə razılaşmaya əsasən 2021-ci ildən etibarən ayrı-ayrı ticarət obyektlərindən oyuncaqlar gətirib birgə Sumqayıt şəhərində satmışlar. Bu məqsədlə xx.xx.2021-ci ildə və xx.xx.2021-ci ildə kredit müqavilələri bağlanmışdır. “Covid-19” pandemiyası ilə əlaqədar olaraq ticarət obyektinin fəaliyyəti məcburən uzun müddətə dayanmalı olmuşdur. Ticarət fəaliyyəti göstərə bilmədiklərinə görə birgə biznesləri iflasa uğramış, əldə olan pul vəsaiti ticarət obyektinin icarəsinə və sair mənfəət gətirməyən məqsədlərə sərf olunmuşdur. Onu da bildirir ki, icarəsinə və sair mənfəət gətirməyən məqsədlərə sərf olunmuşdur. Onu da bildirir ki, iddiaçı birgə ticarət üçün sərmaye kimi 40000 (qırx min) manat kapital qoymuş, həmin pulun 25000 (iyirmi beş min) manatı ona ödənilmişdir. Birgə fəaliyyətləri zamanı hər ay alınan borca görə ödənilən puldan savayı satışdan iddiaçıya 1500-2000 manat ödəmişdir. Qeyd etdiyi kimi, “Covid-19” xəstəliyi ilə əlaqədar biznes faəliyyətləri 2021-ci ildən dayanmışdır. O, İddiaçı təklif etmişdir ki, 2021-ci ildə borc müqaviləsi bağlasınlar. Onu da bildirir ki, borcun yaranmasına səbəb birgə fəaliyyət dövründə ticarət əməllərinin iflas olaraq bankrot olmaqlarıdır. Borcun yaranmasına səbəb “Covid-19” xəstəliyi ilə əlaqədar fəaliyyət göstərə bilmədikləri olmuşdur. Fəaliyyətlərinin dayanması səbəbindən o borca düşmüş, hazırda taksi fəaliyyəti göstərir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə əlaqə saxlamış o isə bildirmişdir ki, 40000 (qırx min) manat borc vardır. 20000 (iyirmi min) manat borcu vermiş, digər 20000 (iyirmi min) manat isə qalmışdır. Cavabdeh keçmiş məhkəmə iclasında bildirdi ki, öz etirazının əsasını təşkil edən sübutlar vardır. Hazırki məhkəmə iclasında cavabdeh məhkəməyə heç bir mötəbər sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, yazışmalar yoldaşı ilə iddiaçı arasında olmuşdur. Fotoşəkillərdə nömrə onun yoldaşının nömrəsidir. Pulun hansı məqsəd ilə verilməsi barədə yazışmalar olmuşdur. Həmin zaman iddiaçı özü bildirmişdir ki, 20000 (iyirmi min) manat borcu vermiş, digər borcdan isə 4000 (dörd min) manat vermiş, 16000 (on altı min) manat qalmışdır. Ondan sonra da ödənişlər etmiş, 15000 (on beş min) manat borcu qalmış, lakin o haqda dəqiq məlumat verə bilmir. Bildirir ki, çeklər onda olmalıdır. Həmin çeklər dəftərin arasında olmuş, dəftəri isə tapa bilməmişdir. 4000 (dörd min) manatı əlbəəl ödəmiş, lakin çeklər yoxdur. O bankrot olmuşdur. Yazışmalarda da vardır ki, Bakı şəhərində dükan açmış, iddiaçı ilə birgə iş görmüşlər. İddiaçı ona pulu sadəcə vermiş, cavabdeh isə bildirmişdir ki, borc müqaviləsi bağlansın. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş əslindən görünür ki, borcverən borcalana 20000 manat məbləğində borc verməyi, borcalan krediti xx/xx/2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin verilməsini faizssiz şərtləşdirmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh ünvanlanmış borc tələbinə dair pretenziya məktubundan görünür ki, pul verilərkən elə həmin gün aralarında notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi də bağlanaraq pulun verilməsi rəsmiləşdirilmiş və razılığa əsasən bu müqavilənin müddəti 13 yanvar, 2023-cü il müəyyən olunmuşdur. Cavabdehdən borcun 5 gün müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş qaydada pul vəsaitinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ ödənilməmişdir. Cavabdeh tərəfindən sübut növündə təqdim edilmiş yazışmaların tərəflər arasında olan pul öhdəlikləri ilə bağlı olub-olmaması müəyyən edilmədiyindən, məhkəmə cavabdeh tərəfin iddia ərizəsi ilə baxış mərhələsində tanış olması baxımından baxış iclasında həmin sənədi qəbul etmiş, lakin qiymətləndirərəkən onun sübut əhəmiyyəti olmadığı qənaətinə gəlmişdir. Belə ki, yazışmaların kimlərin arasında, hansı kredit öhdəliyi ilə bağlı olması, hansı şəaitdə əldə edilməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin əsassız olması, yəni kredit müqaviləsi üzrə ödənişlərin edilməyi açıq aydın bəlii olduğundan, işin mübahisə edilməyən halı kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 20000 manat məbləğində pul və 150 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul və 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4437/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4437/2023
02.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver