Məhkəmə qərarları › İş №e-2(060)-4448/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4448/2022

16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4448/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Vita” markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil Sumqayıt şəhəri, Bulvar yolu ilə hərəkət edən zaman yol hərəkəti qaydalarını pozmuş, nəticədə, "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2021-ci il tarixli qərara əsasən “Opel Vita” markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 327.6, 328 və 330-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilə 15527 manat maddi zərər dəymişdir. MİB2000175 saylı sığorta şəhadətnaməsinə və AKS210092 saylı xx.xx.2021-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 6550 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 3597,11 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdеh Cavabdeh 2952,89 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 49,53 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, ümumilikdə 3002,82 manat pulun tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində şəhərin Bulvar ərazisində təxminən saat 18:00-19:00 radələrində avtoqəza keçirmişdir. Belə ki, ona məxsus **-BL-*** dövlət qeydiyyat nişanlı, Opel vita markalı maşını ilə bulvar idarəsinin qarşısında qırıq-qırıq xəttin üzərində (sol qabaq təkərin qırıq xəttin üzərində olmaq şərtilə) dayanmış, geriyə dönmə əməliyyatı icra etmək istəyərkən qarşı yolda nömrəsinə fikir vermədiyi maşın dayanmışdır. Bu səbəbdən yolun gediş zolağı məhdudlaşmış və o, yolu gözləyərək yaxınlaşan digər avtomobilin keçməsini gözləmişdir. Bu məqamda keçməsini gözlədiyi maşının arxasından çox böyük sürətlə bir maşın üzərinə gəlmiş və onu sağ tərəfindən güclü zərblə vuraraq xeyli sürümüşdür. Hadisə zamanı dəhşətli anlar yaşamış, şok keçirmiş, huşumu itirmişdir .Gözünü açanda X12 stansiyasının reanimasiya şöbəsində olmuşdur. Maşını ilə toqquşan X2 idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı Hunday Sanata markalı maşın olmuşdur. Hava yağışlı, sürüşkən, qaranlıq, maşının sürəti təxminən 120-130 km/saat olduğundan manevr etməsi mümkün olmamış, maşını yoluna döndərə bilməyib qabağındakı maşının arxasından çıxaraq yola qayıda bilməmiş, qırıq xəttin üzərində maşınını sağ tərəfdən vurmuşdur. Bu barədə qeyd həmin maşında qəza zamanı xəsarət almış X1 ibtidai istintaqa verdiyi ifadədə də öz əksini tapmışdır. "xxxx" şirkətinin əməkdaşı o xəstəxanada yatan zaman (təxminən 21-22 gün stasionar müalicə almışdır) ziyarətinə gəlmiş və şirkətlərinin qarşı tərəfin xərclərini ödəyəcəklərini, ona isə heç bir kömək göstərə bilməyəcəklərini bildirmişdir. O da öz növbəsində necə məsləhətdir elə olsun demişdir. Həmin vaxtlar öz canının hayında olduğu üçün ailəsi ,qohumları sağ qaldığı üçün şükür etmişlər. Ailəlidir, iki övladı var. Avtomobili ilə evinə 5-3 manat dolanışıq pulu aparırdığını,maşınını alarkən borc pul götürmüşdür. Hadisədən sonra da aylarla borc ödəmiş, hadisədə 6000 manatlıq maşını, 450 manata yeni aldığı telefonu yararsız olmuşdur. Ay yarım işə çıxa bilməmiş, maaş almamış, xəstəxanada yatdığı müddətdə müayinə və müalicələrə 1500-1600 manat vəsait ailəsi və qohumları tərəfindən xərclənmişdir. Qəzaya səbəbkar olan şəxs bir dəfə də ziyarətinə gəlməmiş, sonradan bunu hadisənin şokunda olduğu səbəbindən etdiyini demişdir. Aldığı zədədən sonra iş görmə qabiliyyəti azalmış, tez- tez güclü ağrıları olmuşdur. Bütün bunlara rəğmən hadisənin maddi tərəfini düşünməmişdir. Hadisədən 15-20 dəqiqə qabaq ailəsi və uşaqları da maşında idilər, onları düşürüb uşaqların istəyi ilə meyvə almağa gedib geri qayıdarkən bu hadisə baş vermişdir. Olacaqları düşündükcə dəfələrlə şükür edir. Onun günahı qırıq-qırıq xəttin üzərində (qabaq sol təkəri xətti tapdamaq şərtilə) çəp şəkildə geriyə dönmə əməliyyatını icra etmək üçün (sola dönmə işığı yanılı halda) durmağı olmuşdursa da, onla toqquşan maşının sürücüsü sürəti çox yüksək olduğundan manevri düz yerinə yetirmək iqtidarında olmamışdır. Yəni heç kəs zəmanət verə bilməz ki, o, əks yola çıxmamaq şərtilə qırıq xəttin üzərində sol təkəri olmaq şərtilə dayanmış olmasa idi, Hunday markalı maşın arada qalan kiçik məsafədən keçə, qəzadan yayına bilərdi. Həmin vaxt onun anidən yüksək sürətlə qarşısındakı maşının arxasından qəfil manevr etdiyi, üzərinə gəldiyi üçün onun da hadisənin qarşısını ala bilməyi texniki cəhətdən heç cür mümkün olmamışdır. Əvəzində onun çəp durmağı həyatını xilas etmişdir. Sumqayıt Şəhər Məhkəməsində bu işlə bağlı onun inzibati, həmçinin zərərçəkmiş qismində olduğu məhkəmə iclası keçirilmişdir. Hundayın sürücüsü Əbülfəz əsgərliyə getmək ərəfəsində olan gənc olduğundan cinayət işinə xitam verilməsini istəmiş, barışıq etmiş, lakin heç bir maddi yardım və köməklik almamışdır. "xxxx" şirkəti heç bir əsas olmadan, haqsız olaraq ona qarşı iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh hadisə yerindən yayındığına görə onların cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Hadisədə hər iki tərəf təqsirli bilinsə də, bu işin mahiyyətinə təsiri yoxdur. Onların qarşı tərəfə subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, hadisə yerindən yayınmamışdır. Hadisə nəticəsində xəsarət almış və xəstəxanada ayılmışdır. O, digər sürücünü də cavanlığına və əsgər getdiyinə görə bağışlamış, buna görə də onun təqsirləndirildiyi iş üzrə icraata xitam verilmişdir. Hadisənin üzərindən bir il keçəndən sonra ona qarşı iddia qaldırılmışdır. Eyni zamanda iddiaçı tərəfindən ona heç bir müraciət və bildiriş göndərilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AKS210092 saylı sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC-nin Cavabdeh münasibətdə 6550 manat məbləğində subroqasiya tələbi yaranmışdır. İş materiallarında olan avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən görünür ki, “Hyundai Sonata” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qiymətləndirməyə dair hesabatdan görünür ki, “Hyundai Sonata” markalı, **-PL-*** DQN olan, "xxxx" BOKT MMC-yə məxsus nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin həcmi 15527 manat təşkil edir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin DYPŞ-in xx.xx.2021-ci il tarixli, AP0157074 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-346/2021 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində 6550 manat dəymiş zərər "xxxx" ASC tərəfindən "xxxx" BOKT MMC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığorta ilə bağlı mübahisələri məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi öz səlahiyyətinə müvafiq surətdə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində X3 idarə etdiyi “Hyundai Sonata” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin aradan qaldırılmasına görə "xxxx" ASC tərəfindən 6550 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 3597,11 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə 2952,89 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 49,53 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2952,89 (iki min doqquz yüz əlli iki manat səksən doqquz qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 49,53 (qırx doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar