Məhkəmə qərarları › İş №e-2(060)-479/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-479/2023

26.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-479/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd qəhvəyi rəngli, iki nəfərlik yataq dəsti, 1 ədəd ağ rəngli, altı oturacaqlı, açılan masa, 6 ədəd ağ rəngli altı ədəd stul, 1 ədəd boz rəngli, “TOSHİBA” markalı iki mərtəbəli soyuducu, 1 ədəd boz rəngli, “LG” markalı 6 kq-lıq paltaryuyan, 1 ədəd boz rəngli, “SUSLER” markalı qaz sobası, 1 ədəd “LG” markalı televizor, LCD, 1 ədəd qara rəngli televizor altlığı, 1 ədəd qara rəngli, DVD player, 1 ədəd video oynadıcı, 1 ədəd ağ rəngli beşik, 1 ədəd qəhvəyi rəngli, üç hissədən ibarət yataq otağı şkafı, 2 ədəd qəhvəyi rəngli tumba, 1 ədəd qəhvəyi rəngli güzgü və oturacağı, 1 ədəd boz rəngli divan, iki kiçik ölçülü yastığı ilə, 2 ədəd kreslo, 2 ədəd: böyük, kiçik Komot, 1 ədəd güzgülü qab-qacaq şkafı, 2 ədəd çilçıraq, 1 ədəd “LG” markalı tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd şirə çəkən maşın, 2 ədəd paltar ütüsü, 1 ədəd iri ölçülü çemodan, 3 ədəd Yataq dəsti, 6 ədəd Pastel dəsti, 18 ədəd qab dəsmal, 6 ədəd yastıq, 6 ədəd bədən dəsmalı, 12 ədəd Əl dəsmalı, 6 ədəd Stol süfrəsi, 6 ədəd Yataq örtüyü, 2 ədəd Yüngül yorğan, 450 manat dəyərində qab servisi dəsti, 2 ədəd qaşıq dəsti (çemodan), 24 ədəd xrustal materiallı stəkanlar, 4 ədəd qazan dəsti, 4 ədəd çay servisi, 1 ədəd qəhvə servisi, 2 ədəd Şüşə qab, 2 ədəd Meyvə qabları, 1 ədəd Güldan, 12 ədəd Bakal, otaq üçün pərdə; 1 ədəd iki qat bir nəfərlik yataq dəsti, 2 ədəd qaşlı vaza, 2 ədəd bulud vaza, Mətbəx dəsti: qablar, çəngəl-qaşıq, stəkanlar və s., uşaqların yorğan- döşəkləri, yastıqları; iddiaçının və övladlarımın paltarları; sənədlər: uşaqların doğum haqqında şəhadətnamələri, ölən ərinin sürücülük vəsiqəsi, əmək kitabçası və iddiaçıya aid digər sənədlər; toy koseti,diski, şəkilləri-iddiaçıya məxsus olan qeyd edilən cehiz əmlakların alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı 13 sentyabr 2013-cü il tarixdə X2 ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 adlı iki övladı vardır. Bildirir ki əri X2 27 iyun 2021-ci il tarixdə ölmüşdür, cavabdeh oun qayınatasıdır. Cehiz əmlaklarını geri gətirmək məqsədilə cavabdehin evinə getsələr də sonuncu onları verməkdən imtina etmişdir. Cehiz əşyaları ilə yanaşı iddiaçı və övladlarının paltarları, lazımi sənədləri və ölən ərinin da bəzi sənəndləri cavabdehdədir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh 13 sentyabr 2013-cü il tarixdə nikaha daxil olmaqla ailə qurmuş və xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 adlı iki övladları doğulmuşdur. İddiaçının əri X2 27 iyun 2021-ci il tarixdə ölmüşdür, cavabdeh isə iddiaçının qayınatasıdır. İddiaçı cehiz əmlaklarını geri gətirmək məqsədilə cavabdehin evinə getsə də, cavabdeh onları verməkdən imtina etmişdir. Cehiz əşyaları ilə yanaşı iddiaçının və onun övladlarının paltarları, lazımi sənədləri və ölən ərinin bəzi sənədləri də cavabdehdədir. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsində göstərilən cehiz əmlaklarının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirdi ki, 1 ədəd boz rəngli, “SUSLER” markalı qaz sobası, 1 ədəd qara rəngli, DVD player, 1 ədəd video oynadıcı, 1 ədəd ağ rəngli beşik, 2 ədəd paltar ütüsünün 1-i, 18 ədəd qab dəsmalı, 6 ədəd bədən dəsmalı, 12 ədəd əl dəsmalı, 6 ədəd yataq örtüyü, 24 ədəd xrustal materiallı stəkanlardan 6 ədəd armudu, 6 ədəd böyük olmaqla cəmi 12 ədəd, 4 ədəd çay servisindən 2 ədəd, 2 ədəd şüşə qabın 1-i, 2 ədəd qaşlı vaza, şaqların yorğan-döşəkləri, yastıqları, iddiaçının və övladlarının paltarlarının çox hissəsi, uşaqların doğum haqqında şəhadətnamələri, iddiaçının ölən ərinin sürücülük vəsiqəsi, əmək kitabçası və iddiaçıya aid digər sənədlər, toy kaseti, diski və şəkilləri istisna olmaqla iddia ərizəsində qeyd edilən digər əşyaların onlardadır və iddiaçı gəlib götürə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, MŞB-5-02721 saylı, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən - Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən - Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, İddiaçı 13 sentyabr 2013-cü il tarixdə X2 ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 adlı iki övladı vardır. Bildirir ki əri X2 27 iyun 2021-ci il tarixdə ölmüşdür, cavabdeh oun qayınatasıdır. Cehiz əmlaklarını geri gətirmək məqsədilə cavabdehin evinə getsələr də sonuncu onları verməkdən imtina etmişdir. Cavabdeh iddianı qismən etiraf edir. Mülki işin mübahisəsiz hallarına əsasən, iddiaçının tələb etdiyi bir qisim əşyalar cavabdehin sahibliyində qalmışdır. Belə sahiblik isə hüquqi baxımdan tanınan vəziyyət olmadığı üçün qanunsuz sayılır. Odur ki, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.2-ci maddəsinin zəruri dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən- Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən əşyaların bir qisminin hal hazırda cavabdehin sahibliyində olmasını cavabdeh etiraf etdiyindən iddia tələbinin qismən təmin edilməsi üçün əsaslıdır. Buna görədə məhkəmə belə qanaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1 ədəd qəhvəyi rəngli iki nəfərlik yataq dəsti, 1 ədəd ağ rəngli altı oturacaqlı açılan masa, 6 ədəd ağ rəngli stul, 1 ədəd boz rəngli “TOSHİBA” markalı iki mərtəbəli soyuducu, 1 ədəd boz rəngli “LG” markalı 6 kq-lıq paltaryuyan, 1 ədəd “LG” markalı televizor LCD, 1 ədəd qara rəngli televizor altlığı, 1 ədəd qəhvəyi rəngli üç hissədən ibarət yataq otağı şkafı, 2 ədəd qəhvəyi rəngli tumba, 1 ədəd qəhvəyi rəngli güzgü və oturacağı, 1 ədəd boz rəngli divan iki kiçik ölçülü yastığı ilə, 2 ədəd kreslo, 2 ədəd böyük və kiçik Komot, 1 ədəd güzgülü qab-qacaq şkafı, 2 ədəd çilçıraq, 1 ədəd “LG” markalı tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd şirə çəkən maşın, 1 ədəd paltar ütüsü, 1 ədəd iri ölçülü çemodan, 3 ədəd Yataq dəsti, 6 ədəd Pastel dəsti, , 6 ədəd yastıq, 6 ədəd Stol süfrəsi, 2 ədəd Yüngül yorğan, 450 manat dəyərində qab servisi dəsti, 2 ədəd qaşıq dəsti (çemodan), 6 ədəd armudu 6 ədəd böyük olmaqla 12 ədəd xrustal materiallı stəkanlar, 4 ədəd qazan dəsti, 4 ədəd çay servisi, 1 ədəd qəhvə servisi, 2 ədəd Şüşə qab, 2 ədəd Meyvə qabları, 1 ədəd Güldan, 12 ədəd Bokal, otaq üçün pərdə, 1 ədəd iki qat bir nəfərlik yataq dəsti, 2 ədəd bulud vaza, Mətbəx dəsti: qablar, çəngəl-qaşıq, stəkanlar və s., uşaqların yorğanları, yastıqları; iddiaçının və övladlarımın paltarları; -iddiaçıya məxsus olan qeyd edilən əmlaklar alınıb iddiaçıya verilsin. İddia tələbi qalan hissədə rəd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar