Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4829/2024 25.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı icarəsində olan “Toyota Hilux minik” markalı, “Universal” tipli, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli yol vərəqi üzrə idarə edən X7 xx.xx.2024-cü il tarixində, saat 09:10 radələrində Xırdalan şəhəri, Ak.H.Əliyev küçəsində hərəkətdə olarkən Cavabdeh2 etibarnamə vasitəsilə idarə etdiyi və hadisə baş verdiyi anda sığorta təşkilatları tərəfindən sığortalanmamış “X12” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi qaydalarını pozaraq Cəmiyyətə məxsus nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə şirkətin icarəsində olan nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir. Abşeron rayon X13 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı əsasında Cavabdeh2 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Hadisə ilə bağlı “Toyota Hilux minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün tərəflərindən "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş 188RO/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 300 manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Belə ki, iş üzrə materiallarda olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunmuşdur ki, “X12” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 məxsus olmaqla, heç bir sığorta təşkilatı tərəfindən sığortalanmamış və bu əsasla ziyan məbləği nə sığorta şirkəti tərəfindən, nə də ki cavabdehlər tərəfindən Cəmiyyətə ödənilmişdir. “X12” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə heç bir sığorta şirkəti tərəfindən sığortalanmadığı sorğu əsasında “İcbari Sığorta Bürosu” tərəfindən Cəmiyyətə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 10.DS.316 nömrəli cavab məktubunda öz əksini tapmışdır. Həmçinin cavabdehlərə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 300 manat borc məbləğini tələb etmələri barədə pretenziya məktubu göndərilmişdir. Lakin yazılı və şifahi müraciətlərə baxmayaraq, bu günədək qeyd edilən pul vəsaiti Cəmiyyətə ödənilməmişdir. Habelə “Toyota Hilux minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanılmış xx.xx.2024-cü il tarixli, RO188/2024 saylı icarə müqaviləsinin 5.3-cü maddəsinə uyğun olaraq icarəçi onun səlahiyyətli nümayəndəsi və ya üçüncü şəxslər tərəfindən icarə predmeti olan nəqliyyat vasitəsinə vurulmuş ziyanı birbaşa həmin səlahiyyətli nümayəndəsindən və ya üçüncü şəxsdən müstəqil tələb edə bilər. Belə ki, “Toyota Hilux minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 9 gün müddətinə təmirdə saxlanıldığından şirkətin müvafiq fəaliyyətlərinin həyata keçirilməsində problemlər yaranmışdır. xx.xx.2024-cü il tarixli, RO188/2024 saylı icarə müqaviləsinin 3.1-ci maddəsinə uyğun olaraq icarəyə götürülmüş nəqliyyat vasitəsinə (**- RO-***) münasibətdə icarə haqqı 600 manat təşkil edir. Bu nəqliyyat vasitəsinin təmirdə olduğu 9 gün ərzində şirkətin məqsədləri üçün istifadə edilməsinin qeyri-mümkünlüyünə baxmayaraq, həmin günlər üçün icarəçi (Evakuator.AZ MMC) tərəfindən icarəyə verənə180 manat (600:30=20, 20×9=180, “600” – nəqliyyat vasitəsinə görə aylıq icarə haqqı, “30” – bir ayda olan günlərin sayı, “9” – nəqliyyat vasitəsinin təmirdə qaldığı günlərin sayı) icarə haqqı ödənilmişdir. Cavabdeh iddiaçının müəyyən dövr üçün boş yerə icarə haqqı ödəməsinə səbəb olmuşdur. Bu səbəbdən İddiaçı MMC-nin 9 gün üçün ödədiyi 180 manat məbləğində icarə haqqı Cavabdeh2 və Cavabdeh1 tutulmalı və MMCnin hesabına ödənilməlidir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində şirkətə dəymiş 300 manat məbləğində zərər və 180 manat məbləğində icarə haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq şirkətə ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 300 manat məbləğində dəymiş zərərin, 180 manat məbləğində icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X5 izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sonuncu məhkəmə iclası ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, “bu ünvanda yaşamır” qeyd ilə bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
10. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Belə ki, iş materiallarında olan X2 ilə İddiaçı arasında bağlanılmış RO188/24 saylı, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X2 “Toyota Hilux minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürən İddiaçınə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə verməyi, icarəyə götürən də öz növbəsində 600 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AC № 613534 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-RO-*** dövlət qeydiyyat nişanlı, “Toyota Hilux minik” markalı avtonəqliyyat vasitəsi X1 məxsusdur.
13. İş materiallarında olan № 000401 saylı, xx.xx.2024-cü il tarixli yol vərəqəsinin surətindən görünür ki, X3 İddiaçı MMC-yə məxsus “Toyota Hilux minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixədək idarə etmək hüququ vardır.
14. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “qüsur aktı”ndan görünür ki, “Toyota Hilux minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 300 manat təşkil edir.
15. İş materiallarında olan “İcbari Sığorta Bürosu” X9 (Büro) tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “İcbari Sığorta Bürosu” X4 (Büro) daxil olmuş sorğuya baxılmışdır. Büronun informasiya sistemində axtarış zamanı “Chevrolet Cruze” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2024-cü il tarixdə saat 09:10 radələrində qüvvədə olan sığorta şəhadətnaməsi aşkar edilməmişdir.
16. İş materiallarında olan Abşeron DYP tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-EH-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələri ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi, Cavabdeh1 məxsus “X12” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən İddiaçı icarəsində olan “Toyota Hilux minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə sonuncuya 300 manat məbləğində ziyan dəymişdir. Hazırda iddiaçı avtomobilə vurulmuş zərərin əvəzinin və 9 gün üçün ödənilmiş icarə haqqının əvəzinin ödənilməsini tələb edir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır.
20. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. İş materiallarında olan X2 ilə İddiaçı arasında bağlanılmış RO188/24 saylı, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən icarəçi onun səlahiyyətli nümayəndəsi və ya üçüncü şəxslər tərəfindən icarə predmeti olan nəqliyyat vasitəsinə vurulmuş ziyanı birbaşa həmin səlahiyyətli nümayəndəsindən və ya üçüncü şəxsdən müstəqil tələb edə bilər.
22. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə iddiaçı icarəçi kimi məhkəmədə iddia qaldırmaq hüququna malikdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
27. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
28. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadəsində olan avtomobilə 300 manat məbləğində ziyan dəymişdir.
30. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
32. Məhkəmə qeyd edir ki, şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Həmçinin, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
33. İşin materiallarından göründüyü kimi Cavabdeh2 Cavabdeh1 məxsus olan avtomobili etibarnamə, yəni qanuni əsaslarla idarə etmiş və yol hərəkəti qaydalarını pozaraq iddiaçıya maddi ziyanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş və onun təqsiri Abşeron DYP-nın xx.xx.2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarı ilə təsdiq olunmuşdur.
34. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 həmin mənbənin vurduğu zərərə görə məsuliyyət daşımamalı və Cavabdeh2 avtomobilə vurulmuş zərərə görə 300 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir.
35. Məhkəmə iddia tələbinin “180 manat məbləğində icarə haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
36. Belə ki, iddiaçı tələbinin həmin hissəsini (avtomobilin 9 gün təmirdə saxlanılmasını, həmin dövrdə icarəyə verənə 180 manat icarə haqqının ödənilməsini) əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
37. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
38. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
40. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
41. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
42. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
43. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 300 (üç yüz) manat məbləğində vurulmuş maddi zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
45. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 300 (üç yüz) manat məbləğində vurulmuş maddi zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva