Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4876/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi maraqlı tərəf olan Maraqlı şəxs ilə 17 aprel 2018-ci ildə rəsmi nikah münsaibətlərinə daxil olmaqla ailə qurmuş və nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 894 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı iki övladları dünyaya göz açmışdır. Maraqlı şəxsla ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birilərini başa düşməmiş və aralarında sözsöhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmağının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Bu səbəbə görə nikah kağız üzərində qalmışdır. Ona görə də aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl tərəfindən cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifini qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediator Qabil Əsgərovun iştirakı ilə aşağıdakı şərtlərlə 08 fevral 2024-cü il tarixli, MŞS/MT030/2024-00218 saylı Barışıq sazişini imzalamışlar: “1. Mediasiya prosesində hər iki tərəf Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındaki Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış xx.xx.2018-ci il tarixli, 894 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən (Sumqayıt şəhəri: “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi, xx.xx.2018-ci il 894 № ilə qeyd edilmiş, AZ-ll № 267704) doğulmuş övladları-xx.xx.2018- ci il təvəllüdlü X8 (Ş/v AA1945370) və xx.xx.2020-ci il təvəllüdlü X6 (Ş/v AA 1945371) saxlanması ücün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq ücün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dödr yüz yetmiş) manatı alimenti fevral ayından başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. 3. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) X2 və X6 Ərizəçi ( uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. 4. Mediasiya prosesində - Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) X8 və X3 - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə məhdudiyyət qoyulmadan) sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın anası) razılaşaraq öhdəlik götürdü.” Belə ki, tərəflər 08 fevral 2024-cü il tarixli, MŞS/MT030/2024-00218 saylı Barışıq sazişində bütün mübahisələri könüllü olara həll etdilər, yalnız nikahın pozulması məhkəmənin səlahiyyətində olduğundan, aralarında olan nikah qeydinin pozulması üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 08 fevral 2024- cü il tarixli, MŞS/MT030/2024-00218 saylı barışıq sazişinin təsdiq olunması və eyni zamanda ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməsi təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 243640 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 21 dekabr 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 426709 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 aprel 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X7 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış № MŞS/MT030/2024/00218 saylı barışıq sazişinə əsasən Mediasiya prosesində hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi bir- birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı Nigah qeydinin Sumqayıt şəhəri: “ ASAN xidmət" mərkəzi Qeydiyat şöbəsi, xx.xx.2018-ci il 894 № ilə qeyd edilmiş, AZ-İİ № 267704) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi Məhkəmə nüstəvisində həll ediləcəkdir. Tərəflərin, yəni Maraqlı şəxs və Ərizəçi rəsmi nikah münasibətlərindən (Sumqayıt şəhəri: "ASAN xidmət" mərkəzi Qeydiyat şöbəsi, xx.xx.2018-ci il 894 № ilə qeyd edilmiş, AZ-İİ № 267704) doğulmuş övladları aşağıdakılardır: xx.xx.2018-ci il doğumlu X8. Şəx/vəs: AA 1945370. xx.xx.2020-ci il doğumlu X9. Şəx/vəs: AA 1945371. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah nünasibətlərindən (Sumqayıt şəhəri: “ASAN xidmət” mərkəzi Qeydiyat şöbəsi, xx.xx.2018-ci il 894 № ilə qeyd edilmiş, AZ-İİ № 267704) doğulmuş övladları xx.xx.2018-ci il doğumlu X4/vəs: AA 1945370, xx.xx.2020-ci il doğumlu X9. Şəx/vəs: AA 1945371. Uşaqların şaxlanması üçün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq ücün 235 manat olmaqla cəmi 470 manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasıya prosesində - Maraqlı şəxs (uşağın - atası) X2 və X6 Ərizəçi (uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) X8 və X3 - Maraqlı şəxs ilə hər hansı (ay,gün və aat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın - anası) razılaşaraq öhdəlik götürdü.
Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi “1. bəndi (Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X5 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinə əsasən hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Nigah qeydinin Sumqayıt şəhəri: “ASAN xidmət" mərkəzi Qeydiyat şöbəsi, xx.xx.2018-ci il 894 № ilə qeyd edilmiş, AZ-İİ № 267704) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.)” hissəsində təmin edilməməlidir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız qalan hissədə təsdiqləməyi əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.
1. Tərəflər, yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah nünasibətlərindən doğulmuş övladları xx.xx.2018-ci il doğumlu X8 və xx.xx.2020-ci il doğumlu X1 üçün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar.
2. Maraqlı şəxs (uşağın - atası) uşaqları- X8 və X6 Ərizəçi (uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdı.
3. Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) X8 və X6 ataları - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın anası) öhdəlik götürdü. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva