Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5096/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh iddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən texniki səhv nəticəsində köçürülmüş 1000 (bir min ) manat pul vəsaitinin və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1030,40 ( bir min otuz manat ,qırx qəpik) manat pulun Cavabdeh tutularaq Şirkətə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixində, saat 14:00 radələrində Bakı şəhəri, Y.Məmmədov küçəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonar mətndə - Şirkət) “avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “X1 Rover” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz E220” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Sumqayıt rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ından və xx.xx.2024-ci il tarixli TP6265925 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixində, saat 14:00 dəqiqədə Y.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Şirkətdə icbari qaydada sığortalanmış “X1 Rover” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Mercedes Benz E220” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Şirkət tərəfindən qiymətləndirilərək 1000 (bir min ) manat məbləğində müəyyən edilmişdir. “X1 Rover” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinin mülki məsuliyyəti Şirkətdə sığortalandığından sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxs qismində tanınmış “Mercedes Benz E220” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə müvafiq məbləğdə sığorta ödənişi köçürülməlidir. Lakin, texniki səhv nəticəsində Cavabdeh hesabına 1000 (bir min ) manat məbləğində pul vəsaiti köçürülmüşdür və əsassız varlanmışdır. Şirkət cavabdehə xx.xx.2024-ci il tarixli, 02/01-079/2024 saylı məktub ünvanlayaraq əsassız varlandığını bildirmiş və texniki səhv nəticəsində cavabdehin hesabına köçürülmüş pul vəsaiti geri tələb etmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan məbləğ bu günədək Şirkətə qaytarılmamışdır hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli 0218924/01 saylı Sığorta ödənişi aktının surətindən görünür ki, Cavabdeh üçün 1000 manat sığorta ödənişi müəyyən olunmuşdur. -xx.xx.2024-cü il 76903 saylı və xx.xx.2024-ci il tarixli 77844 saylı ödəmə tapşırıqlarının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfinən Cavabdeh 2 dəfə 1000 manat köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh sığorta ödənişi texniki səhv ucbatından bank hesabına müvaqfiq ödənişin iki dəfə köçürülməsi barədə xəbərdar edilmiş və texniki səhv nəticəsində cavabdehə artıq ödənilmiş 1000 (bir min) manat məbləği Şirkətin bank hesabına ödənilməsi istənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfinən Cavabdeh texniki səhv nəticəsində 2 dəfə 1000 manat köçürülmüşdür. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul vəsaiti) əldə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs – Cavabdeh əldə etdiklərini məhrum olana – iddiaçıya qaytarmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bu Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən texniki səhv nəticəsində köçürülmüş 1000 (bir min ) manat pul vəsaitinin və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1030,40 ( bir min otuz manat ,qırx qəpik) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5096/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5096/2024
19.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver